§ 3. ALBAN KATOLĠKOSLUĞU
Xristianlığ ın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ
mövcud olduğu, alban ruhaniliy inin tam for malaĢ madığ ı, kilsə iyerarxiyasının
təĢəkkül tap madığı bir dövrdə erməni və gürcü kilsələri kimi, alban kilsəsi də
iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin baĢçısı
Kappadokiyanın Kesariyə Ģəhərində təsdiq edilən erməni kilsəsindən fərqli olaraq,
baĢçısı Yerusəlimdə təsdiq edilən alban kilsəsinin asılılığı formal xarakter
daĢıyırdı.
Alban müəllifi Moisey Kalankatlının məlu matlarına görə, IV əsrin
əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmiĢdi. Ro madan
onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüĢ daha bir "müqəddəs ər" gəlmiĢ
və həmin adam alban hökmdarı Urnayrla birlikdə alban kilsəsinə baĢçılıq etmək
üçün Albaniyaya yola düĢmüĢdü. Əlamətdar haldır ki, Ermən istan və Albaniyanın
ilk yepiskopla rı - Maarifç i Qriqori və hə min "müqəddəs ər" alban müə llifi
tərəfindən hərfən "ruhanilərin baĢçıları" mənasını verən terminlə ifadə olunmuĢdu; bu
isə yepiskop sözünün real sinonimidir. Onu da qeyd etməliyik ki, bu dövrdə baĢqa kilsə
rütbələrindən hələ söhbət ola bilməzd i.
IV əsrin sonuna yaxın Albaniyada özünəməxsus müəyyən subordinasiyası
olan lazımi kilsə iyerarxiyası artıq təĢəkkül tapmıĢdı. Bu da alban klirinə alban kilsə
baĢçısının təsdiqolunma mərasimini ö zü keçirməyə imkan vermiĢdi. Moisey
Kalankatlı yazırdı: "Bizim [alban] katolikosunun təsdiqinə gəldikdə, müqəd dəs
Qriqoriyə qədər ilk [alban katolikosları] Yerusəlimdə təsdiq edilirdilər. Ondan sonra
lap indi də bu mərasimi bizim yepiskoplar özləri keçirirlər".
Belə çıxır ki, 340-cı ildə alban kilsəsi artıq avtokefal idi. Elmi ədəbiyyatda
kilsənin avtokefallığı barədə iki nöqteyi-nəzər mövcuddur. Tədqiqatçı V.V.Bolotovun
fikrincə, Suriya-Ġran kilsəsi özünün ilk iyerarxlarını (yepiskop rütbəli keĢiĢlərini) Edessa
kilsəsindən almıĢ, avtokefal kilsəyə çevrilərək, bütün tarixi boyu heç vaxt Antioxiya
patriarxlığından asılı olmamıĢdır. Yenə də onun rəyinə görə, kilsə baĢçılarını onların
tabeliyində olan Suriya-Ġran yepiskopları seçir və təsdiq edirdilər. Tədqiqatçı Suriya-
Ġran kilsəsinin avtokefallığının səbəblərini izah etmir. Bizim fikrimizcə, bu, siyasi
səbəblərlə izah olunur. Suriya-Ġran kilsəsinin müstəqil Ġran dövlətində olması onun
avtokefallığını təmin etmiĢdi. Gü man etmək olar ki, Albaniya dövlətinin də siyasi
statusu ilk iyerarxları qədim ġərq Yerusəlim patriarxlığında təsdiq olunan alban kilsəsinin
erkən faktiki avtokefallığın ı müəyyənləĢdirmiĢdir.
Digər nöqteyi-nəzərə görə, həvari mənĢəli kilsələr avtokefal sayılırdı.
Beləliklə, kilsənin avtokefallığını izah edən hər iki nöqteyi-nəzər, alban kilsəsinin
erkən müstəqilliyindən inamla danıĢ maq imkanı verir. Bu isə, IV-VI əsrlərdə alban
kilsəsinin iyerarxiya baxımından erməni kilsəsinə tabe olduğunu, alban kilsəsi
baĢçısının erməni katolikosu tərəfindən təsdiq edildiyini iddia edən erməni alimləri
66
Y.A.Manandyan və S.T.Yere myanın fikirlərini əsassız edir.
Təsdiqetmə (bu mərasim təyin edilənin baĢına əl çəkməklə yerinə yetirildiyi üçün
onu əlqoyma da adlandırırlar) məsələsi ölkənin kilsəsində olan yepiskopların sayına
görə müəyyənləĢdirilirdi.
325-ci ildə çağırılmıĢ ümumdünya Nikeya məclisinin qərarına görə
yepiskopluğa keçirilmə həmin yeparxiyanın bütün yepiskoplarının razılığı ilə baĢ
verirdi; əgər bütün yepiskopların yığıĢması çətinlik törədirdisə, onda mütləq ən azı üç
yepiskopun iĢtirakı və iĢtirak etməyənlərin yazılı razılığı tələb olunurdu. Nəticə,
mitropolitin təsdiqinə təqdim olunurdu.
Erməni katolikosları Qriqoridən baĢlayaraq erməni hökmdarı Papın
dövrünədək Kesariyədə təsdiq olunurdular. Böyük Ermənis tanın qeyri-sabit siyasi
vəziyyəti, Bizans imperiyası və Ġrandan az və ya çox dərəcədə daimi asılılığı onun
kilsəsini də müvafiq vəziyyətə salırdı. N.Adontsa görə "Qriqoridən baĢlayan erməni
kilsəsinin ilk əsrindəki Ermənistanın IV əsrin sonunda bölünməsinədək olan müddətdə
Ermənistan əsasən imperiyanın (Bizansın) protektoratlığı altında idi və ona görə də
onların kilsə əlaqələri daha sıx idi", yəni, erməni kilsəsi imperiya kilsəsindən asılı idi.
Albaniyanın müstəqil vəziyyəti isə alban kilsəsinin avtokefallığını təmin edirdi.
Alban kilsəsinin faktiki vəziyyəti 451 -ci ildə Xalkidonda çağırılmıĢ IV
ümumdünya kilsə məclisindən sonra hüquqi cəhətdən qanuniləĢdirildi. Məhz bu zaman
xristian dünyasının Qərb və ġərq kilsələri arasında, əsasını iyerarxik mübarizə təĢkil
edən ehkamçı mübarizə (monofizilərlə diofizilər arasında) baĢlandı.
Bu dövrdə alban kilsəsi Qafqazın digər kilsələri ilə birlikdə Xalkidonda gedən
ehkamçı mübahisələrə öz münasibətini açıqlaya bilmədi, belə ki, elə həmin vaxt, onun
baĢı ZərdüĢt dini ilə mübarizəyə qarıĢmıĢdı.
Cənubi Qafqazın digər kilsələri kimi, alban kilsəsi də ilk üç ümumdünya kilsə
məclislərinin qərarlarını qəbul etdi. 325-ci ildə Nikeyada çağırılmıĢ ümumdünya
məclisi bidətçi Ariyin küfrünü lənətlədi; müəyyən düzəliĢ və əlavələrdən sonra Ariyin
təliminin əksinə olaraq Xristosu Allahın oğlu, xəlq olunmamıĢ [Allah]-Ata ilə eyni
mahiyyətli sayılan din rəmzini qəbul etdi. Moisey Kalankatlının məlumatına görə,
dinin bu rəmzi alban kilsəsi tərəfindən qəbul olundu.
381-ci ildə Konstantinopolda ancaq ġərq kilsəsi nümayəndələrinin iĢtirak
etdiyi II ümumdünya kilsə məclisi çağırıldı. Məclis ariyanlığı daha da inkiĢaf etdirərək
Müqəddəs Ruhun xəlq edildiyini sübut edən Makedoniyin küfrünü mühakimə etdi.
Müqəddəs Ruhun Allah-Ata və Allah-oğulla eyni mahiyyətliliyi haqqında təlimi
yenidən irəli sürdü. Ümumdünya kilsə məclisinə görə patriarxlar içərisində Roma
patriarxından sonra ikinci yeri Konstantinopol patriarxı tutdu; lakin daha qədim ġərq
patriarxları bununla razılaĢa bilməzdilər. 431-ci ildə Efesdə keçirilən III ürnumdünya
kilsə məclisi Nestorun təlimini (nestorianlığı) mühakimə etdi.
Bu zaman Bizans kilsəsinin özündə, xüsusilə də Ġsgəndəriyyədə
nestorianlığa müqabil olaraq yaranan və inkiĢaf edən yeni cərəyan meydana çıxdı. Bu,
sonralar alban kilsəsinin də etiqad etdiyi, xristianlığın monofizi cərəyanı idi. 451-ci ildə
67
Xalkidonda keçirilən IV ümumdünya kilsə məclisində Ġisus Xristosda iki baĢlanğıcın -
bitiĢməz olaraq, ayrılmaz Ģəkildə iki təbiətdə dərk edilən, tək doğulmuĢ Xristos Oğul və
Ġlahi olduğu qəbul edildi. Xalkidon məclisinin qəbul etdiyi 28-ci qanun böyük narazılığa
səbəb oldu. Əslində elə bu qanun yunan-Roma dünyasını parçaladı, bir ço x ġərq
kilsələrini imperiya kilsəsindən ayırdı. Bu qanuna görə, Konstantinopol patriarxına baĢqa
tayfa və xalqların məskunlaĢdığı Pont, Asiya və Frakiya yepiskoplarını təsdiq etmək
hüququ verilirdi.
Alban tarixçisinin məlu matına görə, 491-ci ildə erməni, alban və gürcü kilsə
nümayəndələrinin iĢtirak etdiyi yerli məclis Xalkidon məclisini pislədi. Gürcü
tədqiqatçısı Z.N.Aleksidzenin fikrincə, Qafqaz kilsələri Xalkidon məclisinə
münasibətlərini ilk dəfə 506-cı ildə Dvində çağırılmıĢ məclisdə bildirdilər; alban,
erməni və gürcü kilsə iyerarxları, məhz burada, Bizans hökmdarlarının məqsədi
diofızilərlə monofizilər arasında razılıq əldə etmək olan birləĢdirici siyasətinə tərəfdar
çıxdılar. 551-ci ildə yenə də Dvində keçirilən məclisdə erməni kilsəsi kimi alban
kilsəsi də Bizans imperiya kilsəsi ilə əlaqələri kəsdi və hüquqi cəhətdən avtokefal
kilsəyə çevrildi. Sasanilərin fəal iĢtirakı ilə bu ölkələrdə monofizi təriqəti qalib gəld i.
Gürcü kilsəsi isə özünün əvvəlki mövqeyində - mülayim xalkidonçuluqda
qaldı.
Rəsmi təriqət tərəfdarlarını təqiblərə məruz qoyan Sasani Ģahları öz
dövlətlərində Bizans kilsəsi ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə
baĢladılar.
O dövrdən etibarən alban kilsəsinin baĢçısı hüquqi olaraq katolikos
(arxiyepiskop, patriarx) adlan mağa baĢladı. Faktiki ola raq o, xeyli əvvəldən bu titula
sahib idi. Albaniya Ģəraitində ali kilsə rütbələri - patriarx, katolikos və arxiyepiskop
birmənalı terminlər kimi iĢlədilirdi. Halbuki yunan kilsə iyerarxiyasına görə patriarx və
arxiyepiskop hər biri ayrılıqda müstəqil rütbələr hesab olunur, arxiyepiskop katolikos
da adlana bilirdi. Yunan kilsə iyerarxiyasına görə doqquz rütbə olmalı idi. Albaniyada
isə, Moisey Kalankatlıya görə, yeddi kilsə rütbəsi var idi.
Alban katolikosluğunun patriarxları 551-ci ildən "Albaniya, Lpina və Çola
katolikosu" titulunu daĢıyırdılar. IV əsrdə alban kilsəsinin mərkəzi paytaxt-Ģəhər
Qəbələ, VI əsrdən isə yeni tikilmiĢ paytaxt Bərdə (Partav) o ldu.
Yadelli qüvvələrin assimilyasiya siyasətinə qarĢı dura biləcək alban kilsəsinin
müstəqilliyinin
bərqərar
edilməsində,
dini
ayin
və
mərasimlərin
möhkəmləndirilməsində, qeyri-xristian inam qalıqlarının məhv edilməsində, ruhanilərin
maddi bazasının yaradılmasında, onların hüquqi və iqtisadi imtiyazlarının
möhkəmləndirilməsində, albanların kilsə qarĢısında maddi və dini öhdəliklərinin
qanuniləĢdirilməsində alban hökmdarı III Vaçaqanın 487-488-ci illərdə keçirdiyi
Aquen məclisinin qərarları həlledici rol oynadı.
Kilsənin hakimiyyəti kilsə-inzibati vahidləri (yeparxiyalar, yepiskopluqlar)
üzrə bölüĢdürülürdü. Albaniyada yepiskopluğun ərazisi vilayətin ərazisini əhatə edirdi,
yəni kilsə inzibati vahidi inzibati-ərazi vahidi ilə üst-üstə düĢürdü. Lakin yepiskopluq
68
hər vilayətdə yox idi. Məsələn, Arsaxda on bir vilayət olduğu halda, yepiskopluqlar
ancaq üç vilayətdə - Habandda, Mets-Koqmankda və Mets-Ġrankda var idi. Bəzən
bütöv bir əyalət (nəhəng), Balasakanda (Paytakaranda) olduğu kimi, yalnız bir
yepiskopluğa malik olurdu. Görünür bu, xristianlığın həmin yerdə yayılma dərəcə-
sindən asılı id i.
Yepiskopluqlar məsələsinin iĢıqlandırılmasında əsasən kilsə məclisləri
aktlarının qalıqları qiymətli məxəz rolunu oynayır. Lakin bu aktlar da məclislərdə iĢtirak
etmiĢ yepiskopların sayını tam əks etdirmir, bu cəhət daha çox VI əsrin son larından
etibarən çağırılan məclislərin siyahılarına xasdır. Həmin vaxtdan dini ixtilaflar dövrü
baĢlayır, ölkə ehkamçı partiyalara bölünür; məhz buna görə kilsənin bir çox
nümayəndələri bu və ya digər məqsədlə məclislərdə iĢtirak etmirdilər. Kilsə ixtilaf ları
VIII əsrədək davam etmiĢdir.
V əsrdə və ondan sonrakı dövrlərdə çağırılan məclislərin siyahılarının təhlili
kilsə inzibati vahidlərinin artdığına dəlalət edir; bu da, həm yeni yepiskopluqların
meydana çıxmasında, həm də mövcud yepiskopluqların xırdalanmasında təzahür
olunur. Belə ki, V əsrdən VIII əsrədək Haband vilayətinin yepiskopluğu Haband
(Amaras) Ģəhərində yerləĢirdi, VIII əsrdən etibarən Amaras vilayətə, həm də müstəqil
Amaras yepiskopluğuna çevrilir, Haband isə ayrıca yepiskopluq kimi qalır. V-VIII
əsrlərdə Albaniyada 12 yepiskopluq vardı: Kapalaka (Qəbələ), QaĢua, Yeuta, Amaras
Tsri, Balasakan, ġəki, Qard man (Girdiman), Mets -Koqmank, Mets-Ġrank, Haband,
Partav (Bərdə).
Ehkam baxımından gürcü kilsəsi kimi, alban kilsəsi də sabit olaraq
monofiziliyə tərəfdarlıq etmirdi. Sasanilərin Cənubi Qafqazdakı siyasi nüfuzlarının
düĢməsi monofizilərin kilsə hegemonluğunun dağılması ilə müĢayiət olunurdu. VI əsrin
sonu - VII əsrdə Cənubi Qafqazda Bizansın siyasi nüfuzunun güclənməsi ilə əlaqədar
olaraq alban kilsəsi gürcü kilsəsi ilə birlikdə diofiziliyə qoĢuldu.
607-ci ildə keçirilən Dvin məclisində gürcü kilsəsi özünün xalkidonçuluq
məzhəbini tutduğunu və rəsmən erməni kilsəsindən ayrıldığını bəyan etdi. Alban kilsəsi
isə rəsmi surətdə erməni kilsəsindən ayrılmasa da onun bəzi icmaları və yepiskopluqları
xalkidonçuluğa tərəfdar çıxırd ıla r.
Cənubi Qafqazın ərəblər tərəfindən fəthindən sonra, VIII əsrin əvvəllərində
iĢğalçıların təzyiqi və erməni kilsəsinin fəal iĢtirakı ilə alban kilsəsi diofiziliklə
əlaqəsini kəsdi. Xristian əhalisinə qarĢı ardıcıl olaraq Sasanilərin siyasətini davam
etdirən Xilafət Bizans təsirinin güclənməsinin qarĢısını almaq məqsədilə monofizi məz-
həbini müdafiə etdi. Siyasi məqsədlər güdən ərəb üsuli-idarəsi tabeliyində olan xristian
əhalisi və kilsələrinin fəaliyyətini uzlaĢdırmağa çalıĢaraq, erməni ruhanilərinin köməyi
ilə alban kilsəsini monofizi kilsəyə çevirdi və 705-ci ildə iyerarxiya baxımından onu
monofizi erməni kilsəsinə tabe etdi. Bu asılılıq özünü əslində bərabər mənsəbli iki din
xadimindən birinin - erməni katolikosunun alban katolikosunu öz vəzifəsində təsdiq
etməsində göstərirdi. Bu isə faktiki o laraq iyerarxik prinsipin pozu lması demək idi.
Beləliklə, ölkədə mərkəzləĢdirilmiĢ yerli siyasi hakimiyyətin və vahid etnosun
69
olmadığı, xristianlığın baĢqa dini etiqadların mövcud olduğu bir zəmində ümumxalq
dininə çevrilə bilmədiyi bir Ģəraitdə alban kilsəsi, bu dövrdə xalqı birləĢdirən və
mütəĢəkkilləĢdirən qüvvəyə çevrilən ermən i kilsəsindən fərqli olaraq, Ərəb Xila-
fətinin siyasətinə və ona fəal kö mək göstərən erməni kilsəsinə qarĢı dura bilmədi.
Bütün bunlar alban xristian əhalisinin sonralar qismən müsəlmanlaĢmasına, mədəni-
ideoloji baxımdan assimilyasiyasına - qriqorianlaĢmasına (erməniləĢməsinə) və
gürcüləĢməsinə gətirib çıxardı.
70
IV FƏSĠL
III-VII ƏSRĠN BĠRĠNCĠ YARISINDA
CƏNUBĠ AZƏRBAYCANIN - ADURBADAQANIN
SOSĠAL-ĠQTĠSADĠ VƏ SĠYASĠ TARĠXĠ
§ 1. ADURBADAQAN SASANĠLƏR DÖVLƏTĠNĠN TƏRKĠBĠNDƏ
Cənubi Azərbaycanın III-VII əsrlər siyasi tarixi, artıq qeyd etdiyimiz kimi,
daxil olduğu bütöv Sasani dövlətinin tarixi ilə bağlı nəzərdən keçirilməlidir.
226-cı ildə baĢ verən tacqoyma mərasimində Sasanilər sülaləsi baĢçısı ƏrdəĢir
ĢahənĢah (Ģahlar Ģahı) titulunu qəbul etməklə, 651-ci ilə qədər mövcud olan Ġran
Sasanilər dövlətinin əsasını qoydu. Gənc dövlətin fəal xarici siyasəti tezliklə qonĢu
Bizansla toqquĢmaya gətirib çıxartdı. Artıq IV əsrin son rübündə bütün Cənubi Qafqaz
Bizans və Sasanilər dövlətləri arasında nüfuz dairələrinə bölündü, Ermənistanın böyük
hissəsi, Albaniya və Ġberiya Sasanilər dövlətinə birləĢdirildi. Bu imperiyanın dastakertinə
- vilayətinə çevrilən Adurbadaqan isə öz torpaqlarının münbitliyinə və təbii sərvətlərinə
(baĢlıca olaraq neft, duz) görə dövlətin iqtisadiyyatında birinci dərəcəli rol oynadı;
zərdüĢtiliyin mühüm mərkəzi də Adurbadaqan oldu.
IV əsrdə Mesopotamiya ərazisində hərbi əməliyyatlar aparan Bizans, Ģərq və
Ģimal köçərilərinin, eləcə də ərəb məlikliklərinin daxil olduqları antisasani birliyinin
yaranmasına imkan yaratmaqla Sasani dövlətinin onsuz da ağır olan vəziyyətini daha da
pisləĢdirdi.
Cənubdan Sasani dövləti ərazisinə qəhtan və maad qəbilələrindən olan
ərəblər hücum etdilər; Ģimaldan isə Azərbaycan və ona qonĢu vilayətlərə xəzərlər
soxuldular. 589-cu ildə türk xaqanının qoĢunu Ģərq sərhədlərinə yaxınlaĢdı. Tü rklərə
qarĢı mübarizədə Sasani qoĢunlarına baĢçılıq etmək adlı-sanlı Mihran nəslindən olan
Rey mərzbanı Bəhrama həvalə edildi. Xaqan qoĢunları darmadağın edildi və müharibə
Ktesifonda bağlanılan sülh müqaviləsi ilə baĢa çatdı.
Sonrakı hadisələr Cənubi Azərbaycan ərazisində cərəyan etdi. Türklərə qarĢı
müharibədə göstərdiyi hünərə görə ad çıxarmıĢ Bəhramın artan nüfuzunun qarĢısını
almaq üçün ĢahənĢah IV Hörmüzd əldə edilən qənimətin bir h issəsini mənimsədiyini
bəhanə edərək Bəhramı mərzban vəzifəsindən uzaqlaĢdırd ı.
Bundan sonra baĢ verən hadisələr Bəhramın üsyanı, onun Ģah ailəsi üzvləri
arasında törətdiyi fitnə-fəsadlarla bağlıdır. Nəticədə IV Hörmü zd devrilir və kor
edilir; hakimiyyət baĢına II Xosrov gəlir. Ancaq Bəhramın II Xosrovun naibi olmaq
ümidi doğrulmayır və o, II Xosrova qarĢı çıxır.
Xosrov Bizansa qaçsa da, Ġranın bir çox vilayətləri, o cümlədən Adurbadaqan
bu müddət ərzində Bizansda olan ĢahənĢaha öz sadiqliyini əsasən saxlayırdı. Bizans
tərəfindən müdafiə edilən və qoĢun alan Xosrov Adurbadaqanın əsas Ģəhəri Qanzak
yaxınlığında baĢ verən qanlı döyüĢdə Bəhramın ordusunu darmadağm edir.
71
603-cü ildə baĢlanan növbəti Ġran-Bizans müharibəsi 628-ci ilə kimi davam
etdi. Tərkibində azərbaycanlıların da olduğu sasani qoĢunları 622-ci ilə kimi uğurla
vuruĢurdular; hələ 614-cü ildə Yerusəlim ələ keçirildi, Konstantinopol mühasirəyə
alındı və Misir fəth edildi. Ancaq 622-ci ildən vəziyyət köklü surətdə dəyiĢdi, belə ki,
məhz bu vaxtdan II Xosrovun qüvvələrinin bir hissəsi Ģərq sərhədinin köçərilərdən
qorunmasına cəlb olundu. 623-cü ilin aprelində Ermənistana basqın edən Bizans
imperatoru Ġrakli Dvini ələ keçirib, Adurbadaqan ərazisinə daxil oldu; Qanzak iĢğal
edildi, buradakı atəĢgah isə dağıdıldı. Bunun ardınca Azərbaycanın Naxçıvan, Urmiya
Ģəhərləri, o cümlədən Həmədan tutulub darmadağın edildi. Yalnız 626-cı ildə II
Xosrovun qoĢunları Kiçik Asiyaya keçərək Bosforun Asiya hissəsindən
Konstantinopola yaxınlaĢdılar. Farsların müttəfiqi olan avarların köməyinə baxmayaraq,
Konstantinopolu almaq cəhdləri boĢa çıxd ı.
Həmin il Bizansın müttəfiqləri olan xəzərlər Dərbənd keçidi vasitəsilə Cənubi
Qafqaza soxulub, Albaniyanın paytaxtını tutdular. Ġberiyanın paytaxtını isə mühasirəyə
aldılar.
627-ci ildə Cənubi Qafqaza yeni yürüĢ edən xəzərlər Azərbaycanın cənublu-
Ģimallı çox yerlərini talayıb-çapdılar. 628-ci ildə hələ də Adurbadaqanda, Qanzakda olan
imperator Ġrakli II Xosrovun oğlu II Kəvadın, atasının yerini tutması xəbərini aldı. Əldə
edilən barıĢıqdan sonra Sasani elçiləri danıĢıq aparmaq üçün Qanzaka gəldilər. Sülh
müqaviləsi yalnız II Kavadın xələfləri dövründə imzalandı.
§ 2. ĠNZĠBATĠ BÖLGÜ VƏ ĠDARƏ SĠSTEMĠ
Erkən sasani dövründə Adurbadaqan Sasani dövlətini təĢkil edən Ģəhrlərdən
(Ģəhr - ölkə və ya vilayət deməkdir) biri idi. Sasani ənənəsinə əsaslanan ərəb qaynaqları
hələ ilk Sasani hökmdarı I ƏrdəĢirin (224-241) Albaniya, Balasakan və Sisakan
hakimlərinin Ģahlıq hüquqlarını təsdiq etdiyi haqqında məlumat verir. Onun oğlu I
ġapurun (241-272) dövründə imperiyanın tərkibi haqqında NəqĢi Rüstəmdə "ZərdüĢtün
Kəbəsi" adlı qədim od məbədindəki kitabədə Sasanilər dövlətinə tabe "Ġran olan" və
"Ġran olmayan" iyirmi yeddi "Ģəhrin" içində "Ġran olmayan" Adurbadaqan, Ġberiya,
Ermənistan, Sikan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da
adları çəkilir.
Sasanilər imperiyasına daxil olan müxtəlif vilayətlərin ərazisində, o cümlədən
Azərbaycanda aĢkar edilən kitabə və bullalarda (dövlət sənədlərinə bağlanan
möhürlərdə) qeyd edilən titulların və inzibati terminologiyanın eyniliyi, eləcə də
mü xtəlif qaynaqlardakı xəbərlər göstərir ki, Adurbadaqan - Cənubi Azərbaycan
72
ərazisində də bütün imperiyaya xas olan ərazi bölgüsü və inzibati idarəçilik qüvvədə idi.
Bu vilayətlərin hakimləri şəhriyar - "Ģəhr sahibləri", əyalətlərininki isə
payqospan - "tərəfləri (yerləri) qoruyanlar" adlanırdılar. I ġapurun kitabəsi bu sözlərlə
tamamlanır: "...Və bütün bu çoxsaylı Ģəhrləri [və onların] Ģəhriyar və payqospanlarını
mən bizə bac verənə və rəiyyətimizə çevird im".
Sasani dövləti vassal asılılıqda olan Ģahlıqlar sistemini parfiyalılardan əxz
etmiĢdi. III əsrin əvvəlində arĢakilər dövləti mahiyyət etibarilə ayrı-ayrı Ģahlıqların və
mərkəzi hakimiyyətdən az və ya çox asılı olan kiçik mü lklərin konfederasiyasından
ibarət idi. Belə vilayətlərin bəzilərinin hakimləri Ģah titulu daĢıyır, daha kiçik
mü lklərin hakimləri isə xvaday ("hökmdar") adlan ırdılar. Artıq III-IV əsrlərdə
Ģahlıqların statusu dəyiĢildi; mü lklərə (udellərə) çevrilmiĢ bu yerlərin ço xunu indi
Parfiya dövrü yerli sülalələ rin nəsillə ri deyil, Sasani nəslindən olan Ģahzadələr
idarə edirdilər.
VI əsrdə I Xosrov ƏnuĢirəvanın in zibati islahatları nəticəsində dörd iri
caniĢinlik - "kusf‖ (hərfən: "tərəf‖, "cəhət") təsis edildi. Mənbələrin (ortafars və
ərəb) məlu matına görə Cənubi Azərbaycan "Azərbaycan kustu" adlanan ġimal
caniĢinliy inin tərkibində idi. Buraya həmçin in Albaniya, Ġberiya, Ermən istan,
Ba lasakan, Sisakan, Rey, Gilan, Deylə m, Də mavənd, Təbəristan, Ruyan (Rovan),
Amul, Həmədan və Muğan da daxil idi. Son Sasanilər dövründə artıq bütün tarixi
Midiya torpaqları caniĢinliyin tərkib ində idi. Bəzi ərəb müəllifləri (ət -Təbəri)
xəbər verirlər ki, dövlətin dörd caniĢinliyə bölünməsi hələ I Xosrova qədərki
dövrdə həyata keçirilmiĢdi; I Xosrov hakimiyyət baĢına keçən kimi Ġranın dörd
əyalətini idarə edən dörd payqospana, o cümlədən Adurbadaqan, Ermənistan və
qonĢu yerlərin payqospanı Zadoy Nahverqana xəbər göndərmiĢ, dövlətin baĢ hərbi
rəisi - spahbedin vəzifələrini dörd "kustun" spahbedləri arasında bölüĢdürmüĢd ü.
Ərəb müəlliflərinin (ibn Xordadbeh və b.) əsərlərində böyük bir ərazin i - Sasani
Ġranın ın Ermənistandan Təbristanadək bütün Ģimal əyalətlərini, eləcə də talıĢların,
xəzərlərin, alanların və b.-nın torpaqların ı idarə edən Azərbaycan spahbedi
haqqında məlu mat vard ır.
Beləliklə, I Xosrov payqospanların mü lki hakimiyyətini spah bedlərin
hərbi hakimiyyətindən ayırdı. Hərbi və mü lki baĢçıları ĢahənĢahın özü təyin
edirdi.
Cənubi Azərbaycanda Təxti-Sü ley mandakı AdurquĢnasp od məbədində
aparılan qazıntılar zaman ı tapılan V-VII əsrlərə aid edilən bullaların təhlili göstərir
ki, k ust termini hə mç inin vilayət, nahiyə və ya bir neçə nahiyə mənasında da
iĢlənird i. Bu bullalar "Adurbadaqan tərəfin" inzibati-ərazi hakimiyyəti quruluĢunu
öyrənmək baxımından da maraq doğurur. Belə ki, Paris Milli kitab xanasında
Albaniya katolikosuna aid edilən möhürdə belə bir yazı var: "Albaniya və
Balasakan vilayətlərin in (kustlarının ) böyük katolikosu".
Hələ ArĢakilər dövründə çox vaxt özünü idarə edən Ģəhərlərin idarəsinə
gəldikdə, Sasanilər dövründə bu Ģəhərlər Ģəhrablar tərəfindən idarə olunurdu.
73
Adurbadaqan kustun tərkibinə daxil olan Ģəhərlərin də idarəçiləri bilavasitə ĢahənĢaha
tabe olan Ģəhrablar idilər. Təxti-Süleymanda aĢkar edilən VI-VII əsrlərə aid bullalarda
Azərbaycan Ģəhrabı (burada, görünür, ya ġimal kustunun bir parçası olan bütün
Azərbaycan vilayətinin, ya da vilayət paytaxtının hakimi nəzərdə tutulur) haqqında
məlu mat vardır.
Sasani dövrü mərzbanları (hərfən : "sərhəd qoruyucusu") haqqında ilk
məlumat IV əsrə aiddir. Hələ Parfiya dövründən məlum olan və sənədlərdən göründüyü
kimi, o dövrdə daha yüksək mövqe tutan bu titulun daĢıyıcıları haqqında tarixi mənbələr
ĢahənĢah V Varahranın (421-439) hakimiyyəti dövründən baĢlayaraq daha çox
məlumat verirlər. Mərzbanlar adlı-sanlı nəsillərin nümayəndələrindən təyin edilirdilər.
Siryani dini rəvayətlərində Adurbadaqan mərzbanı Tohm-Hörmüzdün, Mihran nəslindən
olan Bet-Daraye mərzbanı ġahrənin, yenə həmin nəsildən olan Albaniya və Ġberiya
mərzbanı Piran-QuĢnaspın (onun xristian adı Qreqor olub; xris tianların təqibi zamanı,
542-ci ildə əzablara məruz qalıb) və b.-nın adları çəkilir. Mənbələr Sasanilər dövründə
mərkəzi hakimiyyətdə yüksək vəzifələr tuta bilmiĢ azərbaycanlılardan RiĢəhr döyüĢünün
iĢtirakçısı, Pars mərzbanı ġəhrak haqqında məlumat verir.
Tədqiqatlardan aydın olur ki, bütün ġimal - Adurbadaqan kustunu idarə edən
spahbed və payqospandan fərqli olaraq, mərzbanlar nisbətən daha kiçik əraziyə nəzarət
edirdilər. IX-X əsr ərəb coğrafiyaĢünaslarının məlumatının təhlili "böyük mərzbanlar"
adlanan Adurbadaqan mərzbanlarının iqa mətgahının Ərdəbil, Bərdə, Dərbənd (Bab
əl-Əbvab) və bəlkə də Qazaka və ya ġizdə yerləĢ diyini göstərir.
Ġnzibati-idarə sistemində kust (tərəf) və şəhr/kust (vilayət) inzibati
vahidlərindən sonra nəhəng (nahiyə) gəlir. Sasani qaynaqlarına görə bu sonuncu inzibati
vahid də öz növbəsində rustaqlara (rayona) bölünürdü. Ġnzibati vahid kimi rustaq,
hər Ģeydən öncə, kənd yerlərini özündə birləĢdirirdi. Adurbadaqan rustaqlarından olan
Peraxravar (Burxuvar) VI yüzildə bu rustaqın baĢ kəndi SiroĢmaqova sürgün edilmiĢ
nestori patriarxı I Mar Aban haqqında dini rəvayətdə xatırlanır. Tədqiqatlara görə
(N.Piqulevskaya), ZərdüĢt təliminin yaradıcıları, ona mənəvi qida verənlər məhz bu
kənddən çıxmıĢdılar.
Sasanilər imperiyasının Mesopotamiyadakı ərazisində ġimal vilayəti -
Adurbadaqanda olduğundan bir qədər fərqli inzibati vahidlər, o cümlədən ərəb inzibati
vahidi kuraya (vilayətə) bərabər ostan (astan) adı iĢlədilird i. "Hökmdarın mülkü",
"vilayət" mənasını verən ostanlara ostandarlar baĢçılıq edirdilər. Bu torpaqları idarə
edən xüsusi idarə - "divani ostanzarih" təĢkil edilmiĢdi.
Dövlət mülkiyyəti iĢlərini ostandarlar və maliyyə məmurları olan
amarqarlar, kilsə iĢlərini isə mobedlər və radlar idarə edirdilər. Məhkəmə də
sonuncuların tabeçiliyində idi. Amarqarlar hökmdar xəzinəsinin əmlakına nəzarət edir,
vergi və mükəlləfiyyətləri təyin edib toplayırdılar. Dərbənd qala divarlarında VI yüzilə
aid pəhləvi yazısına görə Adurbadaqan kustunun BərzniĢ adlı amarqarı Dərbənd
divarların ın tikintisinə nəzarət edirdi.
Sasani "Qanunnaməsi‖nə görə mobedlərin rəsmi möhürü ilk dəfə ĢahənĢah
74
Kəvad dövründə tətbiq edildi; onun üzərindəki yazıda mobed "yoxsulların
mənafeyinin müdafiəçisi" adlandırılırdı. Arxeoloji qazıntılar Azərbaycan, Gilan, Rey,
Həmədan və baĢqa vilayətlərin mobedlərinə, o cümlədən ġizdəki AdurquĢnasp od
məbədinin mobedinə məxsus belə möhürləri aĢkar etmiĢdir.
Məbəd təsisatının baĢçısı olan rad məbədin xəzinəsinə daxil olan gəlirlərə
nəzarət edir, buraya daxil olacaq əmlaka qiy mət qoyur, əmlaka vergi təyin edir, eyni
zamanda mülkü geri almaq hüququnu daĢıyırdı. "Qanunnamə"yə görə iddia ərizələrinə
baxılması və hökm çıxarılması da radın səlahiyyətinə daxil idi; özü də hakimlər mütləq
radın rəyi ilə hesablaĢmalı idilər.
Dostları ilə paylaş: |