TarġXĠ III-XIII əsrin I rübü


§ 1. ALBANĠYA. SĠYASĠ-ĠNZĠBATĠ VAHĠDLƏR VƏ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   2   3   4   5   6   7   8   9   ...   45
§ 1. ALBANĠYA. SĠYASĠ-ĠNZĠBATĠ VAHĠDLƏR VƏ 

ETNĠK SƏRHƏDLƏR 

 

V-VIII əsrlə r ermən i yazılı  mənbələ rindəki  mə lu matla ra və alban müə llifi 



Moisey Kalankatlıya görə I-VII əsrlərdə Albaniya Ģimalda Qafqaz sıra dağlarından 

cənubda Araz çayına, qərbdə Ġberiyadan Ģərqdə Xəzər dənizinədək geniĢ bir ərazini 

tuturdu.  Təbii  sərhədlər  bu  ərazini  ço xsaylı  bölgələrə  ayırmıĢdı.  Ġnzibati-ərazi 

baxımından Albaniya vilayətlərə - qavarlara və əyalətlərə -nəhənglərə bölünürdü. 

Albaniyanın  Kürün  sol  sahilin i  tutan  ərazisi  inzibati  baxımdan  ancaq 

qavarlara  -  vilayətlərə  bölünürdü.  VII  əsr  " Erməni  coğrafiyası"na  görə  sol  sahil 

Albaniyası  on  bir  vilayətdən  ibarət  idi.  Yerli  alban  mənbəyi  onlardan  həm  ə razi, 

həm də siyasi baxımdan daha əhəmiyyətli o lan  Qəbələni, ġəkini, Kamb isenanı və 

Ecerin i qeyd edir. Bunlardan Qəbələ, ġəki və Kamb isena kilsə-inzibati vahidi o lan 

yepiskopluq  yeparxiyası  id i;  onların  nümayəndələri  olan  yepiskoplar  bütün  alban 

məclislərində  təmsil  o lunurdular.  Adları  çəkilən  qavarlarla  yanaĢı  sol  sahil 

Albaniyasına heç də həmiĢə Albaniya dövləti tərkibində olmayan Lp iniya və Çoqa 

(Ço la  və  ya.Çora)  ölkələri  də  daxil  id i.  Hələ  V  əsrin  ik inci  yarısında  bu  ölkələr 

özünəməxs ııs  daxili  mu xtariyyəti  saxlayan  ucqar  vilayət  idi.  Lakin  488-ci  ildən 

sonra alban hökmdarı  III  Vaçaqanın dövründə Lp iniya və  Çoqa qəti olaraq Alban 

dövləti  tərkibinə  daxil  o ldu,  Çoqa  vilayəti  eyni  adlı  və  ya  Dərbənd  keçidindən 

cənuba  doğru  -  BaĢ  Qafqaz  sıra  dağlarının  Ģərq  qolunun  Xəzər  dənizinə  lap 

yaxınlaĢdığı  yerədək  (təxminən  BeĢbarmaq  dağınadək)  olan  Xəzərsahili  zolağı 

əhatə edirdi. 

Bu  vilayətdə  tabasaranlılar,  albanlar,  çilblər  (silvlər),  leqlər,  maskutlar, 

xəzərlər, hunlar yaĢayırdılar. Vilayətin əsas Ģəhərləri Çoqa,  Dərbənd və Sri idi. 

Çoqa  vilayəti  mühüm  strateji  əhəmiyyətli  ərazin i  tuturdu.  BaĢ  Qafqaz 

silsiləsi  ilə  Xəzər  dənizi  arasında  olan  və  Albaniya qapıları  adlanan  keçid  burada 

yerləĢirdi.  ġimal  istiqamətindən  gələn,  nəinki  Albaniya,  eləcə  də  Ġran  Sasani 

dövləti  və  Bizans  imperiyası  üçün  təhlükə  təĢkil  edən  mü xtəlif  köçəri  tayfalar 

məh z  bu  qapıdan soxula  bilərdilər.  Ona  görə  bu  keçidin  qorunmasında  albanlarla 

yanaĢı, o dövrün iri dövlətləri olan Sasani Ġranı və Bizans da maraqlı idi. 

Çoqadan qərbdə, onunla ġəki arasında Lp iniya vilayəti yerləĢirdi.  Burada 

albanlar, lp inlər və baĢqa etnik qruplar yaĢayırdılar.  

Alban  tarixçisi  lp inləri  (lupenləri)  müasir  Dağ ıstanın  dağlıq  hissəsində, 

silvlərlə  (çilb lərlə)  yanaĢı  yerləĢdirir.  Bəzi  tədqiqatçılar  (S.Yeremyan,  K.Əliyev ) 



13 

 

lpinləri  Samur  çayın ın  yuxarı  və  orta  his səsində  və  ya  Alazan  çayı  vadisində 



yerləĢdirirlər.  Gö rünür,  lpinlər  Samur  çayının  mərkəzi  hissəsindən  Alazan 

vadisinədək Ģərqdən qərbə doğru uzanan ərazidə məskunlaĢmıĢdılar.  

Kambisena  (Kambecan)  vilayəti  Albaniyanın  Ģimal-qərbində  Ġberiya 

sərhədində yerləĢmiĢdi.  O, Ģimal-qərbdə Alazan çayın ın orta axarından və Ġoridən 

tutmuĢ  cənubda  Kür  çayınadək,  Ģərqdə  isə  Alazan,  Ġori  və  Kür  çayların ın 

qovĢağınadək  olan  ərazin i  əhatə  edirdi.  Bu  vilayət  daĢlı  ġirak  yaylasının  y arısını 

tuturdu.  Burada  albanlar,  lpin lər,  skif,  ya  sak  tayfaları  nəsillərindən  olanlar  və 

nəhayət,  savirlər  yaĢayırdılar.  Bəzi  tədqiqatçılar  (məsələn,  A.Yanovski)  Alazan 

çayı vadisində çilb ləri (silv ləri) də yerləĢdirirlər. 

Eceri  (Heceri)  vilayətinin  adı  müasir  Uca r  Ģəhərinin  adında  qorunub 

saxlan mıĢdır. Mənbələrdən ("AĢharatsuys") görünür ki, bu vilayət DəĢti-Bazqan da 

adlanırdı.  O,  Qəbələ v ilayətindən cənubda, Qarasu və Gird iman çayları aras ındakı 

ərazidə yerləĢirdi, cənub sərhədi Kür çayına çatırdı. 

Qəbələ vilayəti tarixi  Eceri vilayətindən Ģimalda, ġəki və Çoqa vilayətləri 

arasında  yerləĢirdi.  Antik  və  erkən  orta  əsrlər  A lban  dövlətinin  ilk  paytaxtı  o lan 

Qəbələ  Ģəhəri  bu  vilayətdə  idi.  Sasanilərin  təyin  etdikləri  mərzbanların 

iqamətgahına  çevrilən  Qəbələ  bununla  əlaqədar  "Vostani  Mərzban"  adlanmağa 

baĢlayır. Bu vilayətin Ģimalında xeçmataklar,  ijimaxlar, qluarlar, qatlar, cənubunda 

isə  albanlar,  xəzərlər,  hunlar,  bıılqarlar,  barsillər  yaĢayırdılar.  K.V.Treverin 

fikrincə, tavasparlar, xeç matakla r, quqarla r, q luarla r, qatla r Qafqa z etnosu idilər.  

Tarixi  ġəki  (Şako,  Şake)  vilayəti  eyni  adlı  mərkəzi  ilə  (ġake,  gürcü 

mənbələrində  Nu xpato)  Albaniyanın  Ģimal-qərb ində,  Qafqaz  sıra  dağların ın 

ətəyində,  Qəbələ  vilayətindən  Ģimal-qərbdə  yerləĢird i;  bu  vilayət  qərbdən  və 

cənub-qərbdən tarixi Kamb isena vilayəti ilə, Ģimal-Ģərqdən Lpiniya, cənub-Ģərqdən 

isə Qəbələ ilə həmsərhəd idi. 

Belə  güman  edirlər  ki,  antik  dövrdə  Ay  -  Selena  ilahəsinin  məbədi  ġəki 

vilayətində  yerləĢird i.  ġəkidə  albanlarla  yanaĢ ı,  qədim  skif  və  ya  sak  tayfaların ın 

nəsilləri  (bu  öz  əksini  ġəki  toponimində  tapmıĢdır),  eləcə  də  zeken lər  (tsekan), 

xenukla r (henio xla r) yaĢayırdıla r. 

Sağ  sahil  Albaniyası  isə siyasi-inzibati  baxımdan  dörd  iri  nəhəng  əyalətə 

bölünürdü:  Arsax,  Utik,  Paytakaran  və  Sünik.  On ların  hər  biri  ö z  növbəsində 

həmçinin kilsə-in zibati vahidləri də olan qavarlara - vilayətlərə ayrılırdı. 

Azərbaycanın  cənub-Ģərq  hissəsində  yerləĢən  Paytakaran  (yunan-Roma 

mənbələrində Kaspiana, fars-ərəb  mənbələrində Balasakan, Balasacan) əyaləti M il 

və Muğan düzlərinin bir hissəsini, Kür çayından aĢağıda olan ərazin i tııtur, Ģərqdə 

Xəzər dənizinədək u zanırd ı. 

Məlu mdur  ki,  e.ə.  II  əsrdə  erməni  hökmdarı  I  ArtaĢes  tərəfindən  iĢğal 

olunmuĢ  Kaspiana  -  Paytakaran  e.ə.  55-ci  ilə  qədər  Ermənistanın  tərkibində 

qalmıĢdı.  Bundan  sonra  Kaspiana  (Paytakaran)  siyasi  baxımdan  gah  Albaniyaya, 

gah  da Atropatenaya  meyil  göstərmiĢ,  gah  birincinin,  gah  da  ikincin in  tərkibində 



14 

 

olmuĢdur. Eramızın IV əsrin in ikinci yarısından Kaspiana  - Paytakaran qəti olaraq 



alban  vilayəti  oldu.  Bu  vilayətin  mərkəzi  eyni  adlı  Paytaka ran  -  Beyləqan  Ģəhəri 

idi.  Vilayət  ara-sıra  ö zünəməxsus  daxili  mu xtariyyətdən  də  istifadə  edirdi.  I 

ġapurun  fars  yazısında  (III  əsr)  onun  fəth  etdiyi  ölkələr  sırasında  Paytakaran 

vilayətinin  adı  Albaniya,  Ġberiya  və  Ermən istanla  yanaĢı  çəkilir.  VII  əsr  erməni 

coğrafiyasında  Balasakan  ġimali  Qafqaz  kustuna  daxil  olan  ölkələr  sırasında 

xatırlanır.  Paytakaran  vilayətində  kaspilər,  balasiçlər,  balaslar,  hunlar,  xəzərlər, 

akasirlər, aynianlar yaĢayırdılar. 

Bəzi  tədqiqatlar  kaspiləri  dil  cəhətdən  Ön  Asiya  xalq larına  qohum  hesab 

edir, d igərləri isə Dağıstan tayfalarına aid edirlər.  

Kür çayının sol sahilində yerləĢən tarixi Utik (yunan mənbələrində Otena) 

vilayəti  Ģərqdən  Paytakaran,  cənubdan  Arsax,  Ģimaldan  Kür  çay ı  arasındaydı; 

vilayətin  qərb  hüdudları  Albaniyanın  Ġberiya  ilə  sərhədinə  qədər  uzanırdı. 

Albaniyanın  ikinci  və  sonuncu  paytaxtı  olan  Bərdə  (Partav)  Ģəhəri  bu  vilayətdə 

yerləĢirdi.  551-ci  ildən  Bərdə  Albaniya  katolikosunun  (patriarxın ın),  630-cu  ildən 

isə Mihranilər sülaləsindən olan ilk alban hökmdarı  Varaz  Qriqorun iqamətgahına 

çevrilir.  Uti  əyaləti  -  qavarı  öz  növbəsində  inzibati  vahidlərə  bölünürdü; onlardan 

ən mühü mü Sakasena (ġakaĢen) və Qard man (Girdiman) idi.  

Utidə  məskunlaĢmıĢ  utilər,  qarqarlar,  savdeylər  ənənəyə  görə  albanların 

əfsanəvi  əcdadı  Aranın  nəslindən  hesab  olunurdular.  Bu,  onların  alban  ittifaqı 

tərkib indəki  ən  qədim  yerli  tayfalardan  olduğunu söyləməyə  əsas verir.  Avtoxton 

(yerli)  əhali  ilə  yanaĢı,  Sakasenada  saklar,  Girdimanda  Ġran  mənĢəli  M ihranilər 

məskunlaĢ mıĢdılar.  Bu  tayfaların  adları  öz  əksini  toponimlərdə  tapır.  Qarqarların 

adları isə  Qarqar dü zündə (indiki Mil dü zü) qalır. Mənbələr  V-VI əsrlərdə burada 

yaĢayan kəngərlər və savirlər haqqında da məlu mat verir.  

Tarixi Arsax (antik mənbələrdə Orxistana) vilayəti sağ sahil Albaniyasının  

(Hazırda  Qarabağın  dağlıq  hissəsi  və  Mil  düzü)  əyalətlərindən  biri  id i.  "Erməni 

coğrafiyası"na  görə  bu  əyalət  öz  növbəsində  12  kiçik  inzibati  vahidə  bölünürdü. 

Arsax əhalisini albanlar, qarqarlar, hunlar, xəzərlər, barsillər təĢkil edirdi. 

Alban  dövlətinin  süqutundan  sonra  patriarxlığın  mərkəzi  Arsaxa  keçir. 

Mənbələrdə Arsax " möhkəmləndirilmiĢ vilayət", "möhkəm ö lkə" adlan ırd ı. 

Sünik  (Sisakan,  Sisəcan)  vilayəti  Albaniyanın  lap  cənubunda,  Arazın  sol 

sahilində  yerləĢirdi.  K.V.Trever  haqlı  olaraq  Sünikin  etnik,  siyasi  və  mədəni 

cəhətdən Ermənistandan daha çox Albaniya və Atropatena ilə bağlılığ ını qeyd edir. 

Bu  vilayət  müəyyən  dövrlərdə  (Ermən istan  387-ci  ildə  Ġran  və  Bizans  arasında 

bölüĢdürüldükdən  sonra)  siyasi  cəhətdən  gah  Albaniyanın,  gah  da  Atropatenanın 

tərkib ində  olmuĢdu.  Sünik  -  Sisakan  əhalisi  əsasən  avtoxton  idi,  V  əsrdə  burada 

kəngərlər məskən saldılar. 

Bu alban vilayətlərin in hər biri daha kiçik in zibati vahidlərə bölünürdü. 

Siyasi  sərhədlər.  Elmdə  belə  b ir  fikir  var  ki,  qədim  və  erkən  orta  əsrlər 

dövrlərində  Albaniya  Kürdən  Ģimala  doğru  ərazini  tııtur,  yəni  ancaq  Kürün  sol 



15 

 

sahilini  əhatə  edirdi.  Həmin  rəyə  görə  Kür  və  Araz  çayları  arasındakı  ərazi 



ermənilərə  məxsus olmuĢ, yalnız  387-ci ildən sonra Albaniyaya keçmiĢ, lakin buna 

baxmayaraq  etnik,  siyasi  və  mədəni  cəhətdən  Ermənistanın  Ģərq  vilayətləri  hesab 

olunmaqda  davam  etmiĢdi.  1784-cü  ildə  irəli  sürülən  bu  iddia  erməni  alimi 

M.Çamçyana  məxsusdur.  Bu   fikri  əsaslandırmaq  üçün  son ralar  bir  sıra  cəhdlər 

edilmiĢdir.  Bəziləri  (S.T.Yeremyan,  K.  V.Trever) belə  hesab  edirlər  ki,  Kü rün  sağ 

sahilindəki alban vilayətləri e.ə. II əsrdə erməni hökmdarı I ArtaĢes tərəfindən iĢğal 

edilmiĢ  və  387-ci  ilə  kimi  Ermən istanın  tərkib ində  qalmıĢdır.  Digərləri  ("Erməni 

xalq ının  tarixi",  1951)  bu  hadisəni  ermən i  hökmdarı  II  Tiqranın  e.ə.  I  əsrdə  baĢ 

vermiĢ  iĢğalları 

ilə  bağlayırlar.  Daha  baĢqalarının  (A.P.Novoseltsev, 

A.ġ.Mnatsakanyan,  B.  A.  Ulubabyan)  fikrincə,  bu  ərazilər  (Arsax,  Uti  və 

Paytakaran)  əzəldən  erməni  məmləkətinin  v ilayətləri  olmuĢ,  yalnız  387-ci  il 

müqaviləsinə görə Albaniyaya birləĢdirilmiĢdilər.  

Birinci  iki  nöqteyi-nəzərin  müəllifləri,  baĢlıca  olaraq,  Strabonun 

"Coğrafiya"sının,  V  əsr  erməni  müəllifi  Favstos  Buzandın  və  "VII  əsr  erməni 

coğrafiyası"nın 

məlu matlarına 

əsaslanmıĢlar. 

Strabonun 

məlu matların ın 

öyrənilməsi  göstərir  ki,  ermən i  hökmdarı  I  A rtaĢes  alban  vilayətlərindən  yalnız 

Paytakaran -  Kaspiananı iĢğal et miĢdir. II Tiqranın  iĢğallarına gəld ikdə  isə, yunan 

və  Roma  mənbələrinin  araĢdırılması  bu  iĢğalların  alban  torpaqlarına  toxun-

mad ığını  sübut  edir.  E.ə.  70-ci  illərdə  b ilavasitə  erməni  torpaqlarından  baĢqa 

Atropatena, ġimali Mesopotamiya, Korduena, Suriya, Adiabena, Finikiya, Kilikiya 

da  II  Tiqran  dövrü  Ermənistanının  tərkib inə  daxil  idi  (Y.A.Manandyan, 

M.M.Dyakonov).  Lu kull və  Po mpey tərəfindən II Tiqranın  məğlub edilməsi onun 

dövlətini süquta yetirdi.  E.ə.  66-cı ildə bağlanmıĢ sülh müqaviləsinə görə II Tiqran 

iĢğal  etdiyi  bütün  ərazilərdən  imtina  etməli  o ldu.  Mənbədəki  məlu mata  görə, 

Pompey  Tiqrana  irsən  çatmıĢ   məmləkəti  onda  saxladı,  ələ  keçird iyi  torpaqları  isə 

ondan  aldı.  ĠĢğal  edilmiĢ  torpaqlardan  yalnız  ġimali  Mesopotamiya  və  Korduena 

Ermənistanın tabeliyində qaldı.  Beləliklə, erməni dövləti  məhz  Ermən istan yaylası 

hüdudlarında  saxlanıldı.  Alban  vilayətlərinin  II  Tiqran  tərəfindən  fəth  olunması 

ehtimalını  qəbul  etsək  belə,  onun  dövlətinin  süqutundan  sonra  həmin  vilayətlər 

iĢğal  edilmiĢ  baĢqa  ərazilərlə  birlikdə  Ermən istandan  təcrid  olunmalı  id ilər. 

Ermənistan ərazisin i, onun sərhədlərini rəs mi təsdiq edən e.ə. 66-cı, eramızın 37-ci 

və 298-ci illər müqavilələrində alban vilayətləri haqqında heç bir söz deyilmir.  

Albaniyanın  Kür  çayı  boyunca  keçən  cənub  sərhədi  haqqında  sonuncu 

nöqteyi-nəzər  baĢlıca  olaraq  yunan-Roma  müəlliflərinin  (Strabon,  Plutarx, 

Pompey, Dion Kassi, Appian) və V-VIII əsrlər ermən i tarixç ilə rin in  məlu mat lar ına 

əsaslanır. Onu da qeyd etmə liyik ki, bu nöqteyi-nəzərin müəllifləri ilkin qaynaqlara 

həddindən çox  inanır, onlara  münasibətdə tənqidilikdən uzaq id ilər. Nəzərə almaq 

lazımd ır  ki,  antik  müəlliflərin  məlu matları  Cənubi  Qafqaza  yaxĢı  bələd  o lmayan 

Patrokl  və  Eratosfendən,  eləcə  də  məqsədləri  Albaniyanı  öyrən mək  deyil,  Pont 

hökmdarı M itridatı təqib etmək o lan ro malı yürüĢ iĢtirakçılarından əldə edilmiĢdir. 


16 

 

Bizi  ma raqlandıran  məsələdə  antik  müəlliflərin  təsadüfi,  ziddiyyətli  xa rakter 



daĢıyan məlu matlarına kor-koranə yanaĢmaq, onları yerli  mənbələrdən daha üstün 

tutmaq,  sözsüz  ki,  səhv nəticələrə  səbəb  olardı.  O  da  Ģübhə doğurmur  ki,  Moisey 

Kalan katlı  öz  ölkəsinin  tarixin i  və  coğrafiyasını  Pont  hökmdarına  qarĢı 

qısamüddətli  yürüĢdə  iĢtirak  edən  romalılardan  daha  yaxĢı  bilmiĢ  və  öyrənmiĢdi. 

Alban tarixçisi Moisey Kalankatlın ın və "erməni tarixin in atası" Movses Xorenat-

sinin  məlu matlarına görə, eramızın I əsrində Albaniyanın cənub sərhədi Araz çayı 

boyunca keçird i. 

Ġndi  də  Ermən istan  və  Albaniyanın  o  dövrdəki  real  vəziyyətinə  nəzər 

salaq;  e.ə.  66-cı  ildən  eramızın   387-ci  ilinədək  baĢ  verən  hadisələrin  gediĢatının 

Ermənistan və Albaniyanın taleyinə necə təsir etdiyin i müĢahidə edək.  

Məlu mdur  ki,  e.ə.  66-cı  ildən  sonra  II  Tiqran ın  varisi  II  Artavazd ın 

dövründə  Ermən istan  özünü  "Roma  xalq ının  dostu  və  müttəfiqi"  elan  etməyə 

məcbur olmuĢdu ki, bu da faktiki olaraq Ro madan  asılılığ ı  boynuna  almaq    idi.   

E.ə.      30-20-ci      illərdə  Ermənistanın  siyasi  həyatı  haqqında qiymətli  məlu matları 

numizmatik  abidələr  verir;  ilk  dəfə  məh z  onlar  Ermən istanın  iĢğal  olun ması, 

məmləkətin  süqut  etməsi  haqqında  xəbər  verir,  ro malıların  Ermənistan  üzərində 

qələbəsini vəsf edir.  Ġmperator Avqust zamanında  Ro ma qoĢunlarının  Ermənistanı 

iĢğal  etmələri  münasibətilə  kəsilmiĢ  sikkələr  üzərində  alleqorik  olaraq  məğlub 

olmuĢ  öküz,  yaxud  əlləri  və  qolları  bağlı  əsir,  gənc  erməni  döyüĢçüsünün  aman 

diləyən Ģəkli həkk ed ilmiĢdir (X.A.MuĢeqyan). 

E.ə.  I  əsrdən  eramızın  II  əsrinə  qədər  olan  u zun  müddət  ərzində  iĢğalçı 

Ro ma  qoĢunları  Ermənistanda  qalmıĢ,  həmin  qoĢunların  baĢ çıları  isə  ölkən in 

faktiki  sahibi  olmuĢlar.  On ların  kö məyi  ilə  59-cu  ildən  erməni  hökmdarları  gah 

Ro manın,  gah  da  Parfiyanın  tərəfini  tutmuĢlar.  63-cü  ildə  Ro ma  ilə  Parfiya 

arasında bağlanılmıĢ müqaviləyə əsasən Ermənistan ikiqat tabeliyə düĢmüĢdü. 

Albaniyada  isə  e.ə.  I  əsrdən  eramızın  63-64-cü  illərinə  kimi  yerli 

hökmdarlar hakimlik etmiĢlər. Plutarxın  və Appianın məlu matlarına görə, ro malılar 

Albaniyanı öz əyalətlərinə çevirə bilməd ilər.  63-cü ildən sonra arĢakilə r sülaləsinin 

kiçik  qolu  A lbaniyada  möhkəmləndi.  Alban  hökmdarları  ö z  sikkələrin i  zərb 

etdirdilər. 

Era mızın  114-cü  ilinə  qədər  parfiyalıla rın  asılılığ ında  qalan  Ermən istan 

onlardan  təcrid  edilərək,  115-ci  ildə  Ro ma  əyaləti  elan  edildi.  Trayanın  xələfi 

Adrian  arĢakilər  sülaləsini  erməni  taxtında  bərpa  etdi.  Bununla  belə,  Roma 

qoĢunları  185-ci  ilədək  Ermənistanda  qaldılar,  imperiya  əsgərləri  isə  hətta  erməni 

hökmdarı Papın (369-374) vaxtında da hökmdar sarayında yaĢayırdılar. Ermən istan 

358-c i ilə kimi Ro ma imperiyasına vergi vermə kdə dava m edirdi (N.Q.Qa rsoyan). 

III  əsrə  kimi  Ermənistanın  arĢaki  hökmdarları  irsi  hakimiyyətə  malik 

deyildi.  On lar  Ro man ın  razılığı  ilə  erməni  taxtın ı  tutan  Parfiya  məmləkətin in 

nümayəndələri id ilər. 

Albaniyanın 

dövrdəki 



vəziyyəti 

Ermən istanda 

olduğundan 


17 

 

müqayisəedilməz  dərəcədə  üstün  idi.  Parfiya  oriyentasiyasını  tutsa  belə,  Albaniya 



öz  müstəqilliy ini  heç  vaxt  əldən  verməmiĢdi.  Bütün  bu dövrlərdə  (e.ə.  I  əsrdən  e. 

IV  əsrinədək)  Ermənistanın  xarici  və  daxili  siyasi  vəziyyəti  onun  üçün  əlveriĢli 

deyildi. Belə b ir vəziyyətdə (yəni,  Ermənistanın özünün asılı o lduğu bir zamanda) 

onun  sərhədlərinin  dəyiĢməz  qalması  az  inandırıcıdır.  Hətta  alban  vilayətləri  olan 

Utik, Arsax və Paytakaranın Ermən istan tərəfindən həqiqətən iĢğal edildiy ini qəbul 

etsək  belə,  onda  da,  Ermənistanın  siyasi  cəhətdən  zəif  olduğu  bir  zamanda  həmin 

vilayətlər ondan ayrılard ı, yaxud alban hökmdarları onları geri qaytarardılar.  

Ġndi isə tədqiqatçıların istinad etdikləri  V-VII əsrlər ermən i  müəlliflərin in 

də  məlu matlarını  nəzərdən  keçirək.  Favstos  Buzandın  yazdığ ına  görə  ermən ilərin 

iranlılarla  müharibəsi qurtaran kimi, ermən i sərkərdəsi MuĢeq erməni hökmdarına 

qarĢı  üsyan  edənləri  darmadağın  etməyə  baĢladı.  Onun  371-ci  ildə  guya  "geri 

aldığı" ölkələr içərisində Ġberiya ilə yanaĢı alban vilayətləri Arsax, Utik,  Sakasena, 

Girdiman  və  Paytakaranın  da  adları  çəkilir.  MuĢeqin "Kür  çayını  əvvəlki  kimi  öz 

ölkəsi  ilə Albaniya arasında sərhədə çevirdiyini" iddia edən Favstos Buzan d açıq-

aĢkar  ifrata  varır.  A xı  e.ə.  66-cı  il,  e.  37-ci  il  və  298-ci  il  müqavilələrinə  görə 

Ermənistan  iĢğal  etdiyi  bütün  ərazilərdən  məhru m  olmuĢdu.  Mənbəyə  görə,  guya 

"MuĢeq tərəfindən dağıdılmıĢ" Atropatena, Ġberiya və alban vilayətləri əslində heç 

də  ermən i  iĢğalına  məru z  qalmamıĢ,  əksinə,  Atropatena  və  Ġberiya  hökmdarları 

bəzi  hallarda  erməni  taxtında  oturmuĢdular.  Bununla  yanaĢı,  y uxarıdakı 

məlu matdan  gördüyümüz  kimi,  I-IV  əsrlər  Ermən istanının  real  vəziyyəti  də  öz 

əsərini  V  yüzilin  sonunda,  Ermənistan  öz  dövlətçiliyini  itirəndən,  erməni 

arĢakilərinin  hakimiyyəti  ləğv  ediləndən  sonra  yazmıĢ  Favstos  Buzandın 

məlu matların ı  in kar  edir,  hər  halda  aydın  olur  ki,  onun  məlu matları  öyrənilərkən, 

yaĢadığı dövr nəzərə alın malı, əsərinin  meydana çıxma  məqsədi və tarixi  zəminləri 

aĢkarlan malıd ır.  Belə  ki,  əhalini  qarĢıdakı  antiiran  üsyanına  (481-484)  ideolo ji 

cəhətdən  hazırlamaq  üçün  elə  b ir  əsər  yaratmaq  lazımdır  ki,  orada  Ermənis tanın 

qüdrəti, onun ərazi bütövlüyü, əlbəttə, daha mübaliğəli Ģəkildə təsvir edilsin.  Lakin 

ərazini  öz  əvvəlki  sərhədlərində  bərpa  etmək  artıq  mü mkün  deyildi,  çünki  tarixi 

Ermənistan  torpaqları  o  dövrün  iki  iri  imperiyası  -  Bizans  və  Ġran  arasında  bölüĢ-

dürülmüĢdü.  Belə  bir  Ģəraitdə  Ermənistan  sərhədlərinin  Bizans  və  Ġranın  vassal 

asılılığında  olan  qonĢu  ölkələrin  -  Ġberiya,  Atropatena  və  Albaniyanın  hesabına 

geniĢləndirilməsini  mü mkün  hesab  edən  orta  əsr  erməni  tarixçilərinin  idd iaları 

qəribə  səslənir.  Elə  bu  məqsədlə  Favstos  Buzand  baĢqa  yerlərlə  yanaĢı  sağ sahil 

Albaniyasının  Utik,  Arsax  və  Paytakaran  vilayətlərini  də  Ermənistanın  tərkib inə 

(371-c i ildə) da xil edir. 

Elmdə hakim olan  rəyə görə,  Ermən istan 387-ci  il  müqaviləsi  ilə Ġran və 

Ro ma  arasında  bölüĢdürülmüĢdü.  Ananiy  ġirakatsinin  verdiyi  xəbərə  görə,  elə 

həmin vaxt Sasani hakim dairələrinin həyata keçirdiyi in zibati bölgüyə görə, guya 

"erməni  vilayətləri  olan  Arsax,  Paytakaran  və  Utik  Albaniyaya,  Quqark  isə 

Gü rcüstana  birləĢdirilmiĢdi".  Hər  Ģey  bir  yana,  Favstos  Buzandın  və  Ananiy 



18 

 

ġirakatsinin  gətirdiyi  məlu matlar  alban  müəllifi  Moisey  Kalankatlın ın  e.  I  əsrində 



Albaniyanın  cənub sərhədinin  Araz  çayı  boyunca  keçməsi  məlu matına  zidd  gəlir. 

Bir  də  ki  iki  imperiya  arasında  bölüĢdürülmüĢ  Ermənistanın  sərhəd vilayətləri  öz 

müstəqilliklərini saxlasalar da, həmin imperiyaların nüfuz dairələrində qalan qonĢıı 

Albaniya və Ġberiyaya verilməsin i təsdiq etmək  məntiqdən uzaq gorünür. Bu ancaq 

bir  Ģərtlə  ola  b ilərdi  ki,  həmin  vilayətlər  əzəldən  ermən ilərin  deyil,  albanların  və 

iberlərin torpaqları olsun. 

Bütün  deyilənlər  məsələnin  bu  qoyuluĢunun,  yəni  387-ci  ilədək  Utik, 

Arsax  və  Paytakaran  vilayətlərin in  sabit  olaraq  Ermən istanın  tərkibində  olması 

iddiasının  tamamilə  əsassız  olduğunu  göstərir.  Əlbəttə,  sözsüz  ki,  Ermənistan -

Albaniya,  eləcə  də  Ermənistan-Ġberiya  sərhədləri  faktiki  olaraq  dəyiĢilə  bilərdi  və 

görünür, bu ölkələrin daxili siyasi və  xarici vəziyyətindən asılı olaraq dəyiĢirdi də. 

Ancaq bu məqamlar dəqiq aĢkar olunmalı və əks edilməlid ir. Beləliklə,  mənbələrin 

və  Albaniyanın  real  vəziyyətinin  tədqiqi  təsdiq  edir  ki,  I -IV  əsrlərdə  Albaniyanın 

cənub sərhədi Araz çay ı boyunca olnıuĢdur. 

Albaniyanın qərb sərhədləri  məsələsi ədəbiyyatda öz əksini gürcü alimləri 

N.A.Berd zenaĢvili,  Q.N.ÇubinaĢvili,  T.S.PapuaĢvilin in  tədqiqatlarında  tapıb. 

D.L.Mus xeliĢvilin in "ġərqi  Gürcüstanın tarixi coğrafiyası (ġəki və Qoqarena)" adlı 

kitabında  irəli  sürdüyü tamamilə  zəminsiz,  elmi  cəhətdən  əsası  olmayan  iddiasına 

görə,  guya  sağ  sahil  Albaniyasının  Ģimal-qərbində  yerləĢən  Kambisena  və  ġəki, 

eləcə  də  sol  sahil  Albaniyasının  cənub-qərbində  yerləĢən  Girdiman  və  Sakasena 

vilayətləri  ta  qədimdən,  XIV  əsr  də  daxil  o lmaq la,  əzəli  gürcü  torpaqları,  yəni 

ġərqi  Gürcüstanın  vilayətləri  olmuĢdur

1

.  Tədqiqatlar  sübut  edir  ki,  Alban 



dövlətinin  e.ə.  III  əsrdən  qərarlaĢ mıĢ  siyasi  sərhədləri  eramızın  VIII  əsrinədək, 

demək  olar  ki,  sabit  qalmıĢ,  min  il  ərzində  yalnız  bəzi  siyasi  hadisələr  onun 

ərazisinin artıb-azalmasına səbəb olmuĢdur. 

Albaniyanın  dövrün  qüdrətli  Ro ma-Bizans  və  Ġran  imperiyalarından 

coğrafi u zaqlığı, tutduğu strateji  mövqe (döyüĢkən köçərilərin  keçə bildiy i Qafqaz 

keçid lərinin,  o  cü mlədən  Dərbəndin  mövcudluğu),  eləcə  də  Cənubi  Qa fqaz 

ölkələrində  yaranmıĢ  xarici  və  daxili  siyasi  Ģərait  alban  sərhədlərində 

təhlükəsizliy in sabitləĢməsinə kö mək edird i. 

 

 

 



 

 

 



 

1

  D.L.M usxeliĢvilinin  səhv  iddialarını  alimlərimiz  (Z.Bünyadov,  F.M əmmədova, 



N.Vəlixanlı,  V.Piriyev)  1987-ci  ildə  rus  dilində  nəĢr  edilmiĢ  ―Историческая  география 

Азербайджана‖ kitabındakı elmi məqalələrdə tamamilə alt-üst etmiĢlər



19 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin