Əlyazması hüququnda


Fəsil II. Kür-Araz iqtisadi rayonunun torpaq resurslarının



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix08.06.2022
ölçüsü0,61 Mb.
#60960
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
crai-F-rid-Dissertasiya-son (1)

Fəsil II. Kür-Araz iqtisadi rayonunun torpaq resurslarının
istifadəsinin müasir vəziyyəti 
2.1. Torpaq fondu və onun istifadəsinin müasir vəziyyəti 
İqtisadi-coğrafi mövqe və təbii şəraitlə əlaqədar olaraq torpaq 
ehtiyatlarından istifadə proseslərinin müxtəlifliyinə görə digər iqtisadi 
rayonlarından fərqlənən Kür-Araz iqtisadi rayonunun sahəsi 2,6 mln. ha-dır və bu 
respublikanın ümumi ərazisinin 30,3%-i deməkdir.İqtisadi rayonun ümumi 
sahəsinin təxminən 3/2 hissəsi əkinçilik və heyvandarlığın inkişafı üçün 
əhəmiyyətli hesab olunur [29,40]. 
Kür-Araz iqtisadi rayonu ölkənin ərazi sahəcə ən böyük iqtisadi rayonudur 
və torpaq ehtiyatları ilə yüksək təmin edilmiş bölgələrdən hesab edilir. İqtisadi 
rayon əkinçilik üçün lazımı torpaq ehtiyatlarının tiplərinə və növlərinə münasib 
fərqlənir və ərazisində istifadə edilən müvafiq torpaqların 3/1-i, əkin yerlərinin 
50%-ə qədəri, qış otlaqların 3/1-i həminbölgənin hesabına düşür. Ancaq 
göstərilməlidir ki, bölgədə istifadəyə yararlı torpaq ehtiyatlarının quruluşu ilə 
respublikanın uyğun torpaqları arasında quruluş fərqlərinə rast gəlinir. Deməli 
Respublika ərazisi üzrə şümluq sahələr ümumi torpaq sahəsinin 16,8%-ni, əkinçilik 
və heyvandarlıq əhəmiyyətli ərazilər isə təxminən ərazinin 3/1-ni əhatə edir. 
Həmin götəricilər Kür-Araz bölgəsi ərazisində uyğun olaraq təxminən 3/1 və 5/2-ə 
müvafiqdir. İqtisadi bölgədə torpaq sərvətlərinin 2- 4% arası çoxillik bitkilər, 2/1 
hissəsiotlaq və biçənək kimi istifadə olunan torpaqlardır [18,29]. 
Kür-Araz iqtisadi rayonunda əkinçilik və heyvandarlıq əhəmiyyətli münbit 
torpaqların və şümluq ərazilərinin dəyərinin böyük olması həmin sahələrdən 
səmərəli və kompleks şəkildə mənimsəməyə imkan yaradan amillərdən hesab 
olunur.
İqtisadi rayonunun torpaq fondunun strukturu aryı-ayrı ekoloji-iqtisadi 
sahələr üzrə fərqlidir.İqtisadi bölgənin daxilində olan Kür-Araz ovalığına məxsus 
düzənliklərin torpaq sahələrindəfərqli fiziki-kimyəvi və aqrokimyəvi xüusiyyətlər 
mövcuddur. Kür-Araz bölgəsinin torpaq sərvətləri boz torpaq tipləri ilə xarakterizə 


olunurlar. Həmin torpaqlar ərazilər üzrə bir-birindən yüksək şorakətləşmə, 
qələviləşmə, gilli bərkimə və digər mənfi fiziki xarakterləri ilə seçilirlər. Qeyd 
edilən vəziyyət Kür-Araz bölgəsinin torpaq sərvətlərinin növ müxtəlifliyinə, 
həmçinin torpaqlardan müxtəlif məqsədlərlə istifadəsinə səbəb olmuşdur. Müasir 
dövrdə bölgənin ümumi torpaq sahəsinin 10/1-i isə Arazboyu, 4/1-iayrılıqda Şirvan 
və Mil-Qarabağ, 3/1-i isə Muğan-Salyandüzlərinin ərazisində yerləşir. Ümumi 
torpaqlara nisbətdə aqrar sektor üçün əhəmiyyətli torpaq sərvətlərininistifadə 
xüsusiyyətinə görə3/2-siKür-Araz bölgəsi daxilində olan düzənliklərin payına 
düşür.Eyni zamanda qeyd edilməlidir ki, əkinçilik altında istifadə olunan 
məhsuldar torpaq sərvətlərinin tədqiqat bölgəsində payı düzənliklərdən asılı olaraq 
30-50% arasında dəyişilir [18,29]. 
İqtisadi rayonda torpaq sərvətlərindən səmərəli və kompleks istifadə
torpaqların həm məhsuldarlığını yüksəldər, həm də əkinçiliyin əhəmiyyətli 
inkişafına gətirib çıxarar. Belə yanaşsaq onda bölgədə hazırda istifadə olunmayan 
və ya dincə qoyulmuş torpaq sərvətlərini yenidən kənd təsərrüfatı məqsədləri ilə 
istifadə etmək xüsusi əhəmiyyətə malikdir.Ölkə üzrə dincə qoyulmuş torpaqların 
3/1-i Kür-Araz bölgəsinin payına düşür. Region ərazisində olan ehtiyat torpaqların 
4/2-si Şirvan və Muğan-Salyan, 10/1-i Mil-Qarabağ və təqribən 4%-i Arazboyu 
düzənliklərdədir.
Tədqiqat rayonunda çoxillik bitkilərin altındakı ərazi sahəsi çox deyildir və 
59,7 min ha təşkil edir ki, onun 2,6%-i Şirvan zonasında, 5,5%-i Mil-Qarabağ 
zonasında, 0,7%-i Muğan-Salyan zonasında, 7,3%-i isə Arazboyu zonada yerləşir. 
İqtisadi rayonun təbii-coğrafi xüsusiyyətləri, aqroiqlim ehtiyatları imkan verir ki, 
bölgədə həm pambıqçılıq, tərəvəzçilik və bostançılıq və həm də quru subtropik 
meyvəçilik intensiv inkişaf etsin.
Kür-Araz iqtisadi rayonun ərazisində biçənək sahələri az, otlaq əraziləri isə 
5,5% təşkil edir. Otlaq və biçənəklər tədqiqat bölgəsində heyvandarlığın il boyu 
açıq şəkildə inkişaf etdirilməsi üçün böyük imkanlar açır. Buna iqlim amilinin 
ilboyu mülayim keçməsi də şərait yaradır [29,40]. 
Regionun torpaq fondunda son illərdə əhəmiyyətli dəyişikliklər müşahidə 


edilməkdədir. Deməli, 1990-2016-cı illər arası müddətdə bölgədə istifadə 
olunmayan torpaq sahələri və biçənək əraziləri xeyli məhdudlaşmış, əksinə aqrar 
sektorda istifadə oluna bilən əkin yerləri və bağlar əhəmiyyətli miqdarda 
yüksəlmişdir. Bu onu bildirir ki, həmin ərazilərdən müxtəlif məqsədlər 
üçün,xüsusən də pambıqçılıq, üzümçülük və meyvə-tərəvəz istehsalı üzrə istifadə 
etmək daha məqsədəmüvafiqdir.
Kür-Araz iqtisadi rayonunun torpaq fondunun strukturunda istifadəçilər 
arasındakı bölgüsünün tədqiqi göstərir ki, 2016-cı ilin statistikasına əsasən 
istifadədə olan ümumi torpaqların 10/9-u kənd təsərrüfatı üzrə fəaliyyətdə olan 
sahibkarların ixtiyarındadır. Bunlarla yanaşı istifadədə olan bölgə torpaqlarının 
digər hissələri dövlət,bələdiyyə, sosial və sənaye infrastrukturları məqsədləri üçün 
saxlanılmış torpaq sahələrinin hesabına düşür.Tədqiqat ərazisində hazırda aqrar 
məqsədlər üçün yararlı hesablanan ərazidəki torpaqların 3%-i yerli əhalinin şəxsi 
mülkiyyətinə ayrılmışdır. Nəticədə, həm şəxsi torpaq mülkiyyətçiləri və həm də 
digər aqrar sektor istifadəçilərinin ümumi torpaq istifadələrində payları 98%-ə 
çatmışdır [18,29,40]. 
Tədqiqat bölgəsində əkinçiliyin müasir inkişaf xüsusiyyətləri və 
istiqamətləri torpağın məhsuldarlığının artırılmasına kömək edir. Digər tərəfdən 
torpaqlarda müxtəlif meliorasiya tədbirlərinin aparılması da əkin sahələrinin 
genişləndirilməsinə 
gətirib 
çıxarır.Belə 
ki,torpaqların 
daşlardan 
təmizlənməsi,irriqasiya eroziyasına qarşı mübarizə aparılması,bataqlıqların 
qurudulması və arid regionda süni suvarma sisteminin qurulması vacib mühafizə 
tədbirləri hesab olunur.Ölkəmizin Kür-Araz ovalığında şoranlaşmış torpaqlara 
meliorasiya tədbirləri tətbiq olunaraq əkin sahələri yenidən bərpa edilir. 
Kür-Araz iqtisadi bölgəsində torpaqların pisləşməsi ilə əlaqədar aşağıdakı 
tədbirlərin müntəzəm yerinə yetirilməsi məqsədəuyğundur; tarlaqoruyucu meşə 
zolaqlarının salınması,süni sututarların yaradılması və irriqasiya sistemlərinin 
təkmilləşdirilməsi və s. Hazırda regionda insan fəaliyyətinin torpaq örtüyünə və 
torpaqda gedən proseslərə təsir miqyası getdikcə artmaqdadır.Bunu nəzərə alaraq 
torpaqla bağlı effektiv tədbirlərin yerinə yetirilməsi,torpaqların mühafizəsi və 


məhsuldarlığının artırılması üçün tədbirlər planı nəzərdə tutulmalıdır. Kür-Araz 
regionunun torpaqlarının şoranlaşması bölgə üçün xarakterik haldır.Tərkibində 
kənd təsərrüfatı bitkilərinin inkişafına maneə ola biləcək miqdarda suda asan həll 
oluna bilən duzlar toplanmış torpaqlara şoran torpaqlar deyilir. Torpaqların üst 
qatlarının duzlarla zəngin olması həmin torpaqların səciyyəvi xüsusiyyətidir. 
Regionda zonadaxili torpaqlar kimi şoran torpaqlar zonal torpaqlar fonunda 
Azərbaycanın Kür-Araz ovalığında daha geniş yayılmışdır.Həmin torpaqlar 
respublika ərazisinin 1,3-1,5%-ni əhatə edirlər. Şoranlıqlar qərbə-Xəzər sahillərinə 
doğru çoxalır.Şoran torpaqlar duzların anion və kationlarının nisbətinə və 
morfoloji əlamətlərinə görə müxtəlif qruplara bölünürlər. Suda asan həll oluna 
bilən duzların kimyəvi tərkibinə görə duzlar xloridli,sulfatlı,sodalı və qarışıq 
şorlaşmış torpaqlara ayrılırlar. Azərbaycanın şoran torpaqlarının duz toplanmanın 
xarakterindən və şəraitindən asılı olaraq iki genetik tipi fərqləndirilir; avtomorf və 
hidromorf şoranlar. Kur-Araz ovalığı düzənlikləri üçün əsasən hidromorf 
şoranlıqlar səciyyəvidir. Bu torpaqlarda minerallaşmış qrunt suları yaxın dərinlikdə 
yerləşirlər. Həmin torpaqların səciyyəvi xüsusiyyəti həll olan duzların torpaqların 
üst qatında toplanmasıdır. Burada bitki örtüyü çox kasıb olub əsasən 
şorəngə,qarağan,qışotu və s. ibarətdir. Adətən qrunt suları torpağa yaxın yerləşdiyi 
üçün onların ərazidə totpaqyaranmada əhəmiyyəti böyükdür.Torpaq qrunt sularının 
səviyyəsindən asılı olaraq inkişaf edərək dəyişilir. Qrunt suları tərkibindəki 
maddələrlə torpağı kimyəvi cəhətdən zənginləşdirir. Tədqiqatlar nəticəsində aşkar 
olunmuşdur 
ki, 
bütövlükdə 
iqtisadi 
rayonda 
bataqlıqlaşma,kolluqlaşma,şorəkətləşmə üzündən 700 min ha yaxın torpaq sahəsi 
hazırda demək olar ki, istifadəsiz vəziyyətdədir 
[29,40].

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin