Fəsil I. Kür-Araz iqtisadi rayonunun torpaq resurslarının
ekoloji-iqtisadi qiymətləndirilməsi
1.1. Torpaq resurslarının qiymətləndirilməsinin nəzəri məsələləri
Torpaq kənd təsərrüfatında istehsal prosesinin əvəzolunmaz təbii əsasını
təşkil edir. Torpağın becərilməsi zamanı həyata keçirilən təbdirlər onun
münbitliyinin qorunmasına və artırılmasına yönəldiyi halda torpaq əmək
predmetidir. Kənd təsərrüfatı məhsulları istehsalında torpaq əmək vasitəsidir. Bu
baxımdan qeyd edilənləri də nəzərə almaqla torpağın ən vacib xüsusiyyətlərinə
aşağıdakıları aid etmək olar:
1. İnsan əməyinin məhsulu olmayan torpaq məhduddur, o, təbiətin bizə bəxş
etdiyi məhsuldur.
2. Torpağı heç bir başqa istehal vasitəsi ilə əvəz etmək mümkün deyil.
3. Torpaq sahələri keyfiyyətinə görə oxşar deyildir, ona görə də eyni vəsait
qoyuluşu müqabilində müxtəlif sahələrdən fərqli nəticələr əldə olunur.
4. Torpaq düzgün istifadə edildikdə daha da yaxşılaşmaq qabiliyyətinə
malikdir. Düzgün becərildikdə torpağın üst qatı qorunur, fiziki xüsusiyyətləri
yaxşılaşır, bitkilər üçün vacib olan mənimsənilən kimyəvi birləşmələrin miqdarı
artır, nəhayət torpağın məhsuldarlığı yüksəlir.
5. Torpaq insanın mexaniki, fiziki və digər təsir formalarına məruz qalan
halda əmək predmetidir.
6. Torpaq məkan etibarı ilə dəyişməzdir və ərazi hüduduna malikdir. Ona
görə də kənd təsərrüfatı məhsulları istehsalında istifadə edilən sahələr yerləşməsinə
görə bir-birindən kəskin surətdə fərqlənir.
7. Torpaq təbiətin məhsulu olduğu üçün qiyməti yoxdur, onun istifadə
zamanı amortizasiya hesablamaları aparılmır və torpaq bilavasitə maya dəyərinin
təşəkkülündə iştirak etmir [12 ].
Torpağın yuxarıda sadalanan xüusiyyətləri istehsal vasitəsi kimi kənd
təsərrüfatının iqtisadiyyatına və onun istehsalının təşkilinə olduqca böyük təsir
göstərir. İstehsal vasitəi kimi torpağın əsas xüsusiyyətlərindən biri də onun
münbitliyidir. Torpağın münbitliyi təbii proselər nəticəsində formalaşır və onun
istehlak dəyərini formalaşdırır. Becərilən bitkilərinin məhsuldarlığı da torpağın
münbitliyinin əsas göstəricisidir.
Bitkilərin qida maddələrinə olan tələbatını torpağın bu və ya digər dərəcədə
təmin edə bilməsi qabiliyyəti, bir təbii cisim kimi onu başqa təbii cisimlərdən
keyfiyyətcə fərqləndirən əlamətmünbitlik adlanır . İqtisadi baxımdan tədqiqatçılar
torpağın münbitliyini təbii, süni və iqtisadi münbitliyə ayırırlar [16].
Torpaqda münbitlik qida maddələri ehtiyatı ilə xarakterizə olunur və bəzi
hallarda yüksək, bəzən də aşağı səviyyədə ola bilir. Təbii münbitlik becərilməyən,
insan əli dəyməmiş xam torpaqlarda rast gəlinə bilər.
Süni münbitliyi insanlar tərəfindən torpağın səmərəli becərilməsi,
gübrələnməsi, meliorasiyası və s. əlaqədar həyata keçirilən tədbirlər nəticəsində
torpaqda qida maddələrinin miqdarının artması ilə yaranır. Torpaq istehal vasitəsi
kimi istifadə edildiyi andan ilk əlamətlərini get-gedə itirir və təbii münbitliklə
yanaşı süni münbitlik qazanır. Torpaqda təbii və süni münbitliyi əmələ gəlmə
baxımından fərqləndirmək, bir-birindən ayırmaq qeyri mümkündür. Lakin qeyd
etmək lazımdır ki, hər hansı bir torpaq nə qədər uzun müddət becərilərsə və ona
tətbiq olunan aqrotexniki tədbirlər nə qədər mükəmməl olarsa, torpaq özünün ilk
əlamətlərini o qədər çox itirmiş olar, əksinə süni münbitlik isə daha kəskin nəzərə
çarpa bilər.
Bitkilər torpağın təbii və süni münbitliyindən istifadə etdikdə, torpağın
məhsulvermə qabiliyyətini əks etdirən iqtisadi münbitlik və ya effektiv münbitlik
yaranır. İstehsal prosesində torpağın iqtisadi münbitliyi konkret sahədən əldə
edilən məhsulun miqdarı ilə qiymətləndirilir. Bununla belə istehsal prosesində süni
münbitliklə yanaşı, təbii münbitlik də iştirak edir. Ona görə də iqtisadi baxımdan
münbitliyi qiymətləndirərkən kənd təsərrüfatında mütləq və nisbi münbitlik
göstəricilərinlən də istifadə olunur.
Mütləq münbitlik konkret sahə vahidlərinlən götürülən məhsulun miqdarı,
bəzi hallarda məhsulun dəyəri ilə ifadə olunur. Lakin iqtisadi münbitliyin
yaranmasında torpaqların yaxşılaşdırılmasına becərilməsinə və aqrotexniki
tədbirlərin həyata keçirilməsinə çəkilən xərclər də öz əksini tapdığı üçün mütləq
münbitliyi yalnız məhsuldarlıq götəricisi ilə qiymətləndirmək düzgün olmazdı.
Belə ki, təbii münbitliyi aşağı olan torpaqlardan da normal vəsait qoyuluşu
hesabına yüksək məhsul istehsal etmək olar. Bu cür hallar yarandığı zaman
torpağın iqtisadi münbitliyini qiymətlənldirmək üçün nisbi münbitlik
göstəricisindən istifadə etmək lazımdır [24]. Nisbi münbitlik hər hansı bir torpaq
sahəsində vahid vəsait qoyuluşu müqabilində istehsal edilən məhsulun miqdarı,
yaxud onun dəyəri ilə müəyyən edilir.
Əsas istehsal vasitəsi kimi torpaqların mühüm xüsusiyyətlərinin və
məhsuldarlığının düzgün təyin edilməsi, onların səmərəli istifadəsini müəyyən
edən əsas şərtlərdəndir. Və bu şərt ona əsaslanır ki, təbii şəraitin rəngarəngliyi və
qədim əkinçilik mədəniyyətinin təsiri Azərbaycanda müxtəlif torpaq tiplərinin
formalaşmasını ilə nəticələnmiədir [19].
Müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı sisteminə keçsək də
mərkəzləşdirilmiş iqtisadi əlaqələrin birdən-birə kəsilməsi, bazarların itirilməsi,
dövlət sifarişi sisteminin liberallaşdırılması, kənd təsərrüfatı, emal və xidmət
müəssisələri arasında münasibətlərin pozulması, həyata keçirilən tədbirlərin bazar
iqtisadiyyatı tələblərinə və qanunauyğunluqlarına tam cavab verə bilməməsi, bir
çox sahələrdə məhsul istehsalının aşağı düşməsi tədiyyə balansında mənfi saldonun
yaranmasına, ümumilikdə aqrar sahənin təərrüfat-maliyyə fəaliyyətinin qeyri-
rentabelliyinə səbəb oldu.
Mövcud böhranın aradan qaldırılması məqsədi ilə aparılan iqtisadi, o
cümlədən aqrar islahatlar yeni mülkiyyət münasibətlərinin yaranmasına və
müxtəlif təsərrüfatçılıq sisteminin formalaşmasına zəmin yaratdı. İslahatların
gedişi ərəfəsində bazar iqtisadiyyatı tələblərinə uyğun yeni iqtisadi sistemin təşkili,
aqrar sahədə həyata keçirilən müxtəlif tədbirlər, xarici ölkələrin və beynəlxalq
təşkilatların yerinə yetirdikləri layihələr, göstərdikləri maliyyə və texniki
yardımlar, getdikcə artan investisiya qoyuluşları böhranın qarşısını aldı və bir çox
sahələrdə yüksəliş meyllərinə nail olundu. Bu yüksəliş ayrı-ayrı sahələr üzrə
məhsul istehsalının artımında da özünü göstərir.
Əsasən 1995-ci ildən başlayan aqrar islahatlar bir çox sahələrdə olduğu kimi
kənd təsərrüfatının əkin strukturuna və bitkiçilik məhsulları istehsalının quruluşuna
da ciddi təsir göstərmiş, onların daxili və xarici bazarların tələblərinə uyğun
dəyişməsinə səbəb olmuşdur.
Bununla belə respublikanın torpaq-iqlim şəraiti aqrar sektorda istənilən
ərazidən yüksək məhsul almağa şərait yaradır. Bu göstərici artıq müxtəlif şəxsi
sahibkarlıq və kəndliailə təərrüfatları timsalında öz həllini tapmışdır. Hazırki
şəraitdə bir hektar əkin sahəsindən 40-50 sentner taxıl, 35-40 sentner pambıq, 350-
360 sentner tərəvəz istehal edən təsərrüfatlarımız mövcuddur [40].
Torpaqların məhsuldarlıq imkanları hesabına onlardan səmərəli istifadə
olunduqda onun münbitliyinin artması, məhsuldarlığının getdikcə yüksəlməsi
təcrübələrdə sübut olunmuşdur. Torpaqlarda elə bir qeyri-məhdud imkan
mövcuddur ki, bu imkandan səmərəli itifadə edildikdə yer kürəsi əhalisinin daima
kənd təərrüfatı məhsullarına olan tələbatını təmin etmək olar. Torpaq yerin bitki
növləri ilə örtülü olan, üzvi və mineral ehtiyatları ilə zəngin olan atmosfer, litosfer
və biosferlə təmasda yaranıb inkişaf edən, öz tərkibi və əhəmiyyəti ilə seçilən təbii
ehtiyat hesab olunur. Torpaqların əhəmiyyətli tərkibini, onlardan istifadə
edilməsinin zəruriliyini ibtidai insanlar əkinçiliyin yaranmağa başladığı dövrdən
öyrənməyə meyl etmişlər. Torpağın əkilməsinin ilk illərindən insanlar əkinçilikdə
məhsuldarlığın fərqli olmasını hiss edir və məhsuldarlığın artırılması üçün
mücadilə etmişlər. İlk əkinçiliklə məşğul olan insanlar təcrübələri artdıqca torpağın
məhsuldarlığının yüksəldilməsi haqqında əldə etdikləri bilikləri gənc nəslə
ötürərək onlara torpaqlardan necə daha səmərəli istifadə etmək haqqında
məlumatlar vermişlər. Qeyd etmək lazımdır ki, həmin dövrdə torpaqlardan
səmərəli istifadə haqqında toplanan bütün biliklər əkinçilik təsərrüfatının inkişafına
əsaslanırdı.
Ölkəmiz dünyada ilk əkinçiliyin inkişaf etdiyi regionlardan biri hesab
olunur. Ölkəmizdə suvarma əkinçiliyinin inkişafı barədə məlumatlara qədim
əlyazmalarda qeyd olunmuşdur. Hələ Qafqaz Albaniyası dövründə regionda
əkinçilik mədəniyyətinin ayrı-ayrı sahələrdə inkişaf etdirilməsi, torpaqdan vergi
tutulması haqqında yazılı məlumatlara rast gəlinir.
Təbii resurslardan, o cümlədən onun mühüm tərkib hissəsi olan torpaq
ehtiyatlarından istifadə tarix boyu insanların ictimai-siyasi və sosial-iqtisadi
həyatında əsaslı rol oynamışdır. İnsanlar torpağın öz dolanışıqlarının əsas mənbəyi
olduğunu dərk etdikləri vaxtdan onun müxtəlif xüsusiyyətlərə malik olduğunu
görür və onlarda əkilən flora növlərinin məhsuldarlığına göstərdiyi təsirləri qeyd
edirdilər. Nəticədə, illər ötdükcə insanlar torpaq, onun xüsusiyyətləri və bar vermə
üstünlükləri haqqında məlumatları toplamağa başlayırlar. Bu minvalla torpağın
becərilməsi, torpaqların məhsuldarlığa görə müqayisəsi, münbitliyi, insanların
təərrüfat fəaliyyətinin torpağa təsiri, torpağın səmərəli istifadəsi və s., bu kimi
məsələlər alimlərin tədqiqat obyektinə çevrilir.
Bir elm sahəsi kimi torpaqların tədqiqinə ancaq XIX əsrin ikinci yarısından
başlamışdır. İstər torpaqşünas — coğrafiyaçı alimlərin, istərsə də iqtisadçı
alimlərin torpaqla bağlı apardıqları tədqiqatların yüksək dəyərə layiq olduğunu və
onların hər birinin bu istiqamətdəki xidmətlərindən bəhrələndiyimizi qeyd etməyi
borcumuz hesab edirik.
İlk dövrlər torpaq kadastr sadəcə olaraq insanların əkdikləri sahələri və
saxladıqları heyvanların baş çayı barədə məlumatları əhatə edirdi. İstehsal sahələri
inkişaf etdikcə torpaq haqqında məlumatların qeydiyyatını aparmaq üçün xüsusi
sənədlər meydana gəlirdi. Torpaq üzrə həyata keçirilən əməliyyatların uçotunu
aparmaq üçün müvafiq qayda müəyyən edilirdi.
Torpaq dəyərləndirməsinin və torpaq ekologiyasının banisi hesab olunan
V.V.Dokuçayev və onun işlərinin davamçısı N.M.Sibirtsev, daha sonralar bu
sahədə öz tədqiqatları ilə tanınanrus torpaqşünas alimləri, həmçinin
respublikamızda H.Ə.Əliyev, M.E.Salayev, Q.Ş.Məmmədov, Ş.G.Həsənov,
M.P.Babayev, R.Ə.Əliyeva, A.H.Vəliyev, R.M.Quliyev və s. öz tədqiqatlarında
torpaqlardan səmərəli istifadə və onun mühafizəsi barədə yeni-yeni əsərlər
yazmışlar [2,18,23].
Torpağın keyfiyyəti onun məhsul vermə qabiliyyətinin əsas göstəricilərinin
bir-birindən hansı miqdarda məhsuldar olmasını müəyyənləşdirməkdə bir neçə
metodlardan istifadə edilmişdir. İllər keçdikcə alimlər həmin metodların fərqli
xüsusiyyətlərini araşdırıb tapmış, həmin xüsusiyyətlərin təkmilləşdirilməsi
yönündə yeni araşdırmalar həyata keçirmişlər. Son dövrlərdə isə torpaqların
münbitlik göstəriciləri üzrə qiymətləndirilmsi fikri daha çox əhəmiyyət kəsb
etmişdir.
Eyni zamanda göstərmək yerinə düşər ki, aqrokomplekslərdə və
aqrosistemlərdə əkinçiliyin məhsul vermə qabiliyyətinin artırılması yönündə torpaq
sərvətinin kəmiyyət və keyfiyyətinə təsirdə iqlim,su sərvətləri və sahənin
ekspozisiyasının təsirləri danılmaz hesab olunur. Bu baxımdan rus
tədqiqatçılarından Karmanovİ.İ, ŞaşkoD.İ, Azərbaycan alimi Ə.C.Eyyubov iqlim
göstəricisinin torpaqların dəyərləndirilməsinə yüksək qiymətləndirmiş, onun
qiymətləndirmədə əhəmiyyətini üstün hesab etmişlər [19,23]. Ölkəmizdə
torpaqların qiymətləndirilməsi tədqiqatlarında iqlim göstəriciləri Q.Ş.Məmmədov
və A.H.Vəliyev tərəfindən də nəzərə alınmışdır.
Kənd təərrüfatı məhsulları istehsalına həm təbii amillər və həm də iqtisadi
amillər böyük təsiri göstərir. Ancaq qiymətləndirmədə həmin amillərin torpağın
məhsuldarlığına kompleks təsiri çox vaxt nəzərə alınmır. Deməli torpaqlar həm
keyfiyyətinə və həm də iqtisadi baxımdan ayrılıqda dəyərləndirilməlidir.
Torpaqların
qiymətləndirilməsi üzrə göstəricilər ayrı-ayrı mənbələrdən
topladığımız materialların təhlili əsasında əldə olunmuş və onlar aşağıdakı formada
qruplaşdırılır:
— qiymətləndirmədə ancaq torpağın kəmiyyət və keyfiyyət göstəriciləri
yox,həm də onların iqtisadi göstəricilərinin də nəzərə alınması qeyd edilir;
— hazırda MDB üzvidövlətlərdə torpaq sərvətlərinin özlərinin keyfiyyət
qiymətləndirilməsi müəyyən fərqli göstəricilər əsas götürülərək onların
dəyərləndirməsi aparılır;
— republikamızda torpaq sərvətləri həm keyfiyyət, eyni zamanda iqtisadi
əhəmiyyətləri əsas götürülərək bir-birindən fərqli olmaqla dəyərləndirilir;
— son vaxtlar torpaq sərvətlərinin tam şəkildə, həm ekoloji,həm iqtisadi və
həm də digər təbii göstəricilərə əsasən dəyərləndirilməsi həyata keçirilir [12].
Torpaqların dəyərləndirilməsinə aid həyata keçirilən tədqiqat işləri öz
xarekterinə, tədqiqatların fərqliliyinə görə səciyyələnir. Belə ki, torpağın təbii
məhsuldarlıqını qiymətləndirmək üçün müxtəlif üsullardan istifadə etmək lazım
gəlir. Kənd təsərrüfatında torpaq əsas istehsal vasitəsi olsa da, məhsul istehsalı
həm təbii amillərdən, həm də iqtisadi amillərdən asılıdır. Qeyd olunanlara
söykənərək qeyd edə bilərik ki, torpaqları dəyərləndirərkən maddi-iqtisadi
göstəricilər kompleksi, həmçinin istehsalın səmərəliliyini əsaslandıran bütün
amilləri nəzərə alınmalıdır.
Dostları ilə paylaş: |