Əlyazması hüququnda


Tədqiqatın məqsəd və vəzifələri



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix08.06.2022
ölçüsü0,61 Mb.
#60960
1   2   3   4   5   6   7   8   9   ...   18
crai-F-rid-Dissertasiya-son (1)

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işində başlıca məqsəd Kür-Araz 
iqisadi rayonunda kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin nəzəri-
metodoloji aspektlərini və mövcud ekoloji vəziyyətini, habelə torpaq 


münasibətlərinin nizamlanmasının ekoloji hüquqi və sosial-iqtisadi əsaslarını təhlil 
edib torpaqdan istifadənin ekoloji-iqtisadi əhəmiyyətinin artırılmasına dair elmi 
cəhətdən əsaslandırılmış təkliflər və tövsiyyələr verməkdir. 
Tədqiqatın məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi 
qarşıya qoyulmuş və həll edilmişdir: 
— İqtisadi rayonda kənd təsərrüfatında torpaqdan istifadənin nəzəri -
metodoloji əsaslarının öyrənilməsi; 
— İnsanların təsərrüfat fəaliyyətinin torpaqdan istifadəyə təsirinin tədqiqi; 
— Keçirilən torpaq islahatının ekoloji-hüquqi əsasının təhlili və yeni torpaq 
münasibətlərinin qiymətləndirilməsi; 
— Səmərəli torpaqdan istifadə subyektlərinin inkişafı və əkinçilik 
sahələrinin ekoloji-iqtisadi qiymətləndirilməsi; 
— Kənd təsərrüfatında torpaq ehtiyatlarından istifadənin mövcud ekoloji 
vəziyyətinin təhlili və iqtisadi əhəmiyyətinin dəyərləndirilməsi; 
—Torpaqların məhsuldarlıq qabiliyyətinə şoranlaşma, bataqlıqlaşma, 
eroziya,çirklənmə və s. təsirinin müəyyən edilməsi; 
— İqtisadi rayonda suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaş-
dırılmasının ekoloji-iqtisadi səmərəliliyinin əsaslandırılması; 
— İqtisadi rayonda kimyalaşdırılmasının torpaqdan səmərəli istifadəyə 
ekoloji təsirinin qiymətləndirilməsi; 
Tədqiqat obyekti. Tədqiqatın obyekti kimi Kür-Araz (Aran) iqtisadi 
rayonunun müxtəlif torpaq tipləri və onların istifadəsindən yaranan torpaq 
sahələrinin ekoloji-iqtisadi qiymətləndirilməsi seçilmişdir. 
Tədqiqatın predmetini iqtisadi rayonda yeni torpaq münasibətlərinin 
formalaşması əsasında kənd təsərrüfatında torpaqdan istifadənin ekoloji və iqtisadi 
səmərəliliyinin yüksəldilməsi yolları, onların meliorativ təkmilləşdirilməi 
mexanizmi təşkil edir. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin