Tədqiqatın informasiya bazası. Tədqiqatın informasiya əsasını
Azərbaycan Respublikası Dövlət Statistika və keçmiş Dövlət Torpaq və
Xəritəçəkmə Komitələrinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, MEA-nın Torpaqşünaslıq
və Aqrokimya,Coğrafiya institutlarının statistik-hesabat və fond-tədqiqat
materialları, həmçinin müxtəlif elmi ədəbiyyat məlumatları təşkil edir. Tədqiqat
metodları kimi iqtisadi-statistik, balans, riyazi, müqayisəli təhlil, ümumiləşdirmə,
sistemli yanaşma və s. üsullardan istifadə olunmuşdur.
Tədqiqatın elmi yeniliyi. Disertasiya işində əldə edilmiş elmi yeniliklərə
aşağıdakıları aid etmək olar:
— Torpaq islahatının həyata keçirilməsini təmin edən qanunvericilik bazası
təhlil edilmiş və onların həyata keçməsi yolları göstərilmişdir;
— Kür-Araz iqtisadi rayonunun torpaqlarından istifadə səviyyəsi ekoloji-
iqtisadi qiymətləndirilmişdir;
— İqtisadi rayonda torpaq kadastrının araşdırılması əsasında torpaqların
keyfiyyətcə və iqtisadi qiymətləndirilməsi məsələləri təhlil edilmişdir;
— İqtisadi rayonda torpaqların meliorativ vəziyyəti təhlil edilmiş və onun
yaxşılaşdırılması barədə müvafiq təkliflər verilmişdir;
— Suvarılan torpaqlarda şorlaşma,bataqlaşma, eroziya və çirklənmə
dərəcələrindən asılı olaraq ərazilər ayrılmışdır.
Tədqiqatın təcrübi əhəmiyyəti. İqtisadi rayonda aparılan tədqiqatın
nəticələrindən və irəli sürülən təkliflərdən torpaqdan istifadənin ekoloji-iqtisadi
səmərəliliyini müəyyən edən amillərin müəyyən edilməsində, torpaqdan səmərəli
istifadəyə maneə olan səbəbləri aşkar edib qiymətləndirilməsində, mövcud ekoloji
problemlərin aradan qaldırılmasında, torpaqların mellorativ vəziyyətinin
yaxşılaşdırılmasında, aqrar məhsullar istehsalının düzgün planlaşdırılmasında və
yerləşdirilməsində, həmçinin torpaqdan istifadənin iqtiadi səmərəliliyinin
artırılmasına dair müvafiq proqram və tədbirlərin hazırlanmasında istifadə oluna
bilər.
İşin strukturu: Dissertasiya işində mövzunun aktuallığı, üç əsas fəsil,
nəticə və təkliflər, həmçinin sonda ədəbiyyat siyahısı verilmişdir.
|