Əlyazması hüququnda


 Torpaq resursları qiymətləndirilməsinin iqtisadi göstəriciləri



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix08.06.2022
ölçüsü0,61 Mb.
#60960
1   2   3   4   5   6   7   8   9   ...   18
crai-F-rid-Dissertasiya-son (1)

1.2. Torpaq resursları qiymətləndirilməsinin iqtisadi göstəriciləri 
Kənd təsərrüfatı torpaqdan istifadənin iqtisadi səmərəliliyini, torpaqların 
iqtisadi qiymətləndirilməi ilə eyniləşdirmək olmaz. Digər halda bu fikir 
torpaqlardan istifadənin iqtisadi səmərəliliyi və onun praktiki əhəmiyyəti barədə 
düzgün olmayan fikrin yaranmasına səbəb ola bilər.
Vahid ərazidən götürülən məhsulu və onun maya dəyərini xarakterizə edən 
təsərrüfatın idarəolunma səviyyəsinə torpaqdan istifadənin iqtisadi səmərəliliyi 
deyilir. Və yaxud hər bir torpaq istifadəçisinin əsas məqsədi hər hektar sahədən 
minimum xərc çəkməklə, yüksək məhsul əldə etməkdən ibarətdir. Müxtəlif 
keyfiyyətə malik olan torpaqlarda da eyni səviyyədə uyğun təsərrüfat yaratmaq 
mümkündür. Ona görə də hər hansı bir təsərrüfatda, geniş bir regionda 
torpaqlarından istifadənin iqtisadi səmərəliliyini düzgün müəyyən etmək üçün 
iqtisadi qiymətləndirmənin məlumatlarından istifadə edilir. 
Torpaqdan istifadənin səmərəliliyi kənd təsərrüfatında iqtisadi göstəricilər 
sistemi ilə müəyyən edilir. Göstəricilərə uyğun bitkilərin məhsuldarlığı, torpaq 
sahəsinin hər vahidinə düşən heyvandarlıq məhsullarının istehsalı və s. 
aiddir[2,4,16 ]. 
Torpaqlardan istifadənin iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsində 
müxtəlif metodlardan və götəricilərdən istifadə olunur. Torpaqdan istifadənin 
səmərəliliyinin yüksəldilməsində əsas məqsəd artmaqda olan əhalinin əkinçilik və 


heyvandarlıq məhsullarına olan ehtiyaclarının maksimum ödənilməsindən ibarət 
olduğu üçün, torpaqdan istifadənin iqtisadi səmərəliliyi də istehsal olunan ümumi 
məhsulun dəyərinin ona çəkilən xərclərə nisbəti ilə müəyyən edilməlidir. 
İqtisadçılar torpaqdan istifadənin iqtisadi səmərəliliyini vahid torpaq 
sahəsindən istehsal olunan məhsulun maya dəyərinə, rentabellik dərəcəsinə və 
əmək məhsuldarlığının səviyyəsinə görə müəyyən edirlər. 
Aparılan tədqiqatlardan aydın olur ki, istər kənd təsərrüfatı istehsalının, 
istərsə də torpaqdan istifadənin iqtisadi səmərəliliyi müxtəlif göstəricilər əsasında 
və müxtəlif qaydalarla müəyyən edilir. Təbii ki, bu da ondan irəli gəlir ki, ayrı-ayrı 
və ya bir qrup təsərrüfatların həm iqtisadi göstəriciləri, həm də istehsal vasitəsi 
kimi torpaqların kadastr göstəriciləri müxtəlif olur. Bəzi təsərrufatlarda eyni 
keyfiyyətə malik olan torpaqda əmək məhsuldarlığı, hər hektardan əldə olunan 
ümumi və xalis gəlir artmış, məhsulun maya dəyəri yüksəlmiş, rentabellik 
səviyyəsi aşağı düşmüşdür. Başqa göstəricidə isə bütün iqtisadi göstəricilərin 
müsbət istiqamətdə dəyişməsinə də təsadüf edilir. Bir neçə iqtisadi göstəricilərin, 
məsələn əmək məhsuldarlığının yüksəlməsi, vahid torpaq sahəsindən ümumi və 
xalis gəlirin artması iqtisadi səmərəliliyin yüksəlməsini göstərdiyi halda, məhsulun 
maya dəyərinin artması və rentabellik səviyyəsinin azalması əksinə, iqtisadi 
səmərəliliyin aşağı düşməsini göstərir. Ona görə də istər kənd təsərrüfatında 
istehsalın iqtisadi səmərəliliyini, istərsə də torpaqdan istifadənin iqtisadi 
səmərəliliyini müəyyən etmək üçün ümumilikdə təsərrüfat fəaliyyətini hərtərəfli 
əldə edən iqtisadi göstəricilər sistemindən istifadə etmək lazımdır. 
Kənd təsərrüfatında torpaq əsas istehsal vasitəsi olduğu üçün məhsul 
istehsalında istifadə edilən bütün vəsaitlər onun iqtisadi səmərəliliyini xarakterizə 
edən göstəricilər sistemini səciyyələndirir. Bu göstəricilər sisteminə əsasən 
məhsuldarlıq, ümumi məhsul, əmək məsarifi, əmək məhsuldarlığı, material-pul
məsarifləri, fond tutumu, maya dəyəri, ümumi gəlir, xalis gəlir, rentabellik dərəcəsi 
və s. daxildir. Hesab edirik ki, bu göstərilən sistemə torpağın potensial 
məhsuldarlıq imkanları da daxil edilməlidir. Qeyd edilən göstəricilər vasitəsi ilə 
torpaqlardan səmərəli istifadəyə təsir edən amilləri müəyyən etmək, yol verilən 


nöqsanları aradan qaldırmaq, bununla da kənd təsərrüfatında daha yüksək məhsul 
istehsalına nail olmaq mümkündür. 
Torpaqdan istifadənin iqtisadi səmərəliliyini müəyyən edən göstəricilər 
sırasında ümumi və əmtəəlik məhsul istehsalı başlıca yer tutur. Ümumi məhsul 
bütövlükdə hər hansı bir təsərrüfatda və ya onun ayrı-ayrı bölmələrində istehsal 
olunan məhsulun ümumi həcmini göstərir. Bura təsərrüfat üzrə əmtəəlik məhsul, 
həmçinin təsərrüfatın istehsalda istifadə edəcəyi məhsulların həcmi də daxildir. 
Bunlardan başqa bitməmiş istehsal, cari ildə növbəti illərin məhsulu üçün yerinə 
yetirilən işlər də ümumi məhsula daxildir. 
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq səviyyəsinə bir çox coğrafi, təbii-
ekoloji, iqtisadi və aqrotexniki amillər kompleksi təsir göstərir. Bitkinin faktiki 
məhsuldarlığı torpaqdan necə istifadə olunmasını qiymətləndirməyə imkan 
verməsə də potensial məhsuldarlıqla müqayisə etməklə bunu müəyyən etmək 
mümkündür.Torpaqdan istifadənin iqtisadi səmərəliliyini müəyyən edən 
göstəricilər sırasında əmək məhsuldarlığının rolu böyükdür. Çünki, hər bir 
sahibkarın və təsərrüfat başçısının başlıca məqsədi az əmək sərf etməklə daha çox 
məhsul istehsal etməkdən ibarətdir. Ona görə də əmək məhsuldarlığını yüksəldib, 
onun sabitliyini təmin etmək üçün ilk növbədə əmək məhsuldarlığına təsir edən 
konkret amilləri müəyyən etmək lazımdır. Bunun üçüın əmək məhsuldarlığı təhlil 
edilməli, onun artırılmasını şərtləndirən ehtiyat mənbələri aşkarlanmalıdır. Təhlil 
aparmaq üçün isə əmək məhsuldarlığının həcmi və onun dinamikası öyrənilməlidir 
[2,16,17]. 
Əmək məhsuldarlığının artırılmasına təsir edən amilləri üç qrupa ayırmaq 
olar: 1-məhsul istehsalına sərf edilən əmək məsrəfinin azaldılması; 2-bitkiçilikdə 
və heyvandarlıqda məhsuldarlığın artırılması; 3-əmək məsrəfinin azaldılması və
məhsuldarlığın artırılması. 
Bölgüdən görünür ki, əmək məhsuldarlığının yüksəldilməsi məsələsinə 
texnoloji və təşkilati-iqtisadi tədbirlər kompleks kimi baxılmalıdır. Əmək 
məhsuldarlığı məhsul vahidinə sərf edilən vaxt və ya vaxt vahidi ərzində istehsal 
edilən məhsulun həcmi ilə ölçülür. Əmək məhsuldarlığının həcmi natura və dəyər 


ifadəsində müəyyən edilir. Əmək məhsuldarlığının dinamikasını öyrənən zaman 
istehsal olunan məhsul vahidinə əmək məsrəflərinin azaldılmasına diqqət 
yetirilməlidir. Çünki əmək məhsuldarlığının artım tempi bir tərəfdən əmək 
məsrəflərinin azaldılmasından, digər tərəfdən isə məhsul istehsalının 
artırılmasından asılıdır [16,19]. 
Torpaqdan istifadənin iqtisadi səmrəliliyini müəyyən edən göstəricilər 
sistemində fondverimi və fondtutumu da xüsusi əhəmiyyət kəsb edir. Kənd 
təsərrüfatı məhsullarının istehsalında getdikcə daha çox əhəmiyyətə malik olan bu 
götəricinin mahiyyəti ondan ibarətdir ki, məhsul istehsalında əsas fondlardan 
məhsulun üzərinə ancaq aşınmış hissəsinin dəyəri daxil olunur. Buna görə də əsas 
istehal vasitələrindən istifadə edilməsinin səmərəliliyi məhsulun maya dəyəri 
səviyyəsində kifayət qədər əks olunmur. Dövriyyə fondlarının istifadə formasından 
asılı olmayaraq nəticə ilin yekununda məhsulun maya dəyərində tamamilə öz 
əksini tapır. Əsas fondlardan səmərəsiz istifadə olunduqda isə tez sıradan 
çıxmasına baxmayaraq onun ancaq amortizasiya olunmuş hissəsi maya dəyərinə 
daxil edilir. 
Həmçinin nəzərə almaq lazımdır ki texniki tərəqqi, yeni texnologiyanın 
tətbiqi kənd təsərrüfatında əsas fondların alınmasına yönəldilən vəsaitin 
artırılmasına səbəb olur. Odur ki, əsas fondlardan səmərəli istifadə olunması xüsusi 
əhəmiyyət kəsb edir. Fondverimi əas istehsal fondlarının hər manatı müqabilində 
ümum məhsul istehsalını bildirir. Fondtutumu istehsal edilən məhsulun bir 
manatına düşən əsas istehal fondlarının məbləğidir. Kənd təssərüfatı məhsulları 
istehsalında əsas fondlardan nə qədər az istifadə edilərsə və yaxud təsərrüfat eyni 
fondlarla nə qədər çox məhsul istehsal edirsə fondverimi o qədər yüksək olur. Əsas 
fondlarla təmin olunma kənd təsərrüfatına yararlı torpaq sahəsinin hər 100 
hektarına düşən başlıca istehsal fondlarının həcmi ilə, fondla silahlanma isə bir 
təsərrüfata düşən kənd təsərrüfatı istiqamətli başlıca fondların orta illik dəyəri ilə 
ölçülür. 
Araşdırmalar göstərir ki, istər kənd təsərrüfatı təyinatlı əsas istehsal 
fondlarının dəyəri, istərsə orta illik dəyəri, istərsə də bir təsərrüfata düşən kənd 


təsərrüfatı təyinatlı əsas istehsal fondlarının orta illik dəyəri illər üzrə müxtəlif 
olmaqla, gah artıb, gah da azalmışdır. Lakin nəzərə almaq lazımdır ki, əsas istehsal 
fondlarından kənd təsərrüfatında ən çox istifadə olunan maşın-mexanizmlərin 
əksəriyyəti istismar müddətini başa vurduqları üçün yararsız hala düşmüşdür. 
Kənd təsərrüfatında torpaqlardan səmərəli istifadəni xarakterizə edən 
göstəricilər sisteminə daxil olan maya dəyəri öz əhatə dairəsinə görə daha 
aktualdır. Belə ki, əmək məhsuldarlığı, əmək məsrəfləri, əsas fondlardan istifadə 
vəziyyətinin əks etdirdiyi xərclərdən başqa, məhsul istehsalında edilən dövriyyə 
vəsaitlərinin xərcləri, idarəetmə xərcləri və digər xərclər vardır ki, bunlar yuxarıda 
göstərilən məsələlərdə öz əksini tapmır. Bütün bu məsrəfləri cəmləmək üçün onlar 
pulla ifadə olunur. Məhsulun istehsalı və satışının dəyəri formasında istifadə edilən 
bütün məsrəflər məhsulun maya dəyərini təşkil edir. Maya dəyəri məhsulun 
təsərrüfata neçəyə başa gəldiyini göstərir, eyni zamanda istehsal və tam maya 
dəyərindən ibarət olur. 
İstehsalın maya dəyəri məhsulun istehsalı və onun təsərürfatda saxlandığı 
yerə qədər daşınması ilə bağlı olan xərcləri əhatə edir. Tam maya dəyərinə isə 
məhsulun satışı, onun satış yerinə daşınması ilə bağlı bütün xərclər daxildir. 
Beləliklə, maya dəyəri məhsul istehsalının bütün məsrəflərini əks etdirir. Buna 
görə də maya dəyəri istehsalın səmərəliliyini əks etdirən mühüm ümumiləşdirici 
göstəricidir. Maya dəyərinin aşağı salınması təsərrüfat nəticələrinin mənfəətlə başa 
çatmasına səbəb olur. Bu isə torpaqdan istifadənin iqtisadi səmərəliliyini müəyyən 
edən ən mühüm göstəricilərdən biridir. 
Maya dəyərinin aşağı salınması üçün onun strukturunun nədən ibarət 
olduğunu bilmək lazımdır. Maya dəyəri əmək haqqı məsrəflərindən, birdə maddi 
xərclərdən ibarət olur və istehsalda oynadıqları rola görə əsas və əlavə məsrəflərlə 
bölünür. 
Əsas məsrəflərə əmək haqqı, əsas vəsaitlərin amortizasiyası, cari təmiri, 
yanacaq, sürtkü materialları, gübrə, toxum, yemin dəyəri və digər xərclər daxildir. 
Əlavə məsrəflərə isə təsərrüfatın idarə edilməsi, ümumi təyinatlı binaların 
amortizasiyası xərcləri daxildir. Göstərilən məsrəflər təsərrüfatın maya dəyərinin 


strukturunu təşkil edir. Maya dəyərinin strukturu məhsul istehsalı xərclərinin 
ümumi məbləğində ayrı-ayrı xərc maddələrinin nisbətindən ibarətdir. 
Maya dəyərinin strukturu, onun ayrı-ayrı maddələrinin xüsusi çəkisi 
müxtəlif təsərrüfatlarda fərqli olur. Maya dəyəri təsərrüfat işinin mühüm tərəflərini 
əks etdirən kompleks göstəricidir. Buna görə kənd təsərrüfatı məhsullarının maya 
dəyərinin azaldılması yolları da müxtəlifdir. Belə ki, istehsalın idarə edilməsinin 
təkmilləşdirilməsi 
kənd 
təsərrüfatında 
bitkiçilikdə 
və 
heyvandarlıqda 
məhsuldarlığtın artırılması, əmək məhsuldarlığının yüksəldilməsi maya dəyərinin 
aşağı salınmasında başlıca yoldur. Əmək məhsuldarlığının yüksəldilməsi maya 
dəyərinin azalmasına müsbət təsir göstərsə də təkcə onu həlledici amil hesab etmək 
olmaz. Çünki maya dəyərinə təkcə canlı əmək məsrəfi deyil, eyni zamanda bütün 
maddi xərclər də daxildir. Buna görə də əmək məhsuldarlığı yüksəlmədən də maya 
dəyəri azala bilər. Məhsul istehsalına sərf edilən mal-materialların qiymətləri 
dəyişdiyi 
halda 
maya 
dəyəri 
artıb-azala 
bilər. 
İstehsal 
prosesinin 
mexanikləşdirilməsi, əsas və dövriyyə fondlarından qənaətə istifadə edilməsi, 
idarəetmə xərclərinin azaldılması da maya dəyərinin aşağı salınmasında böyük 
ehtiyat mənbəyidir [2,4,16,17]. 
Göstəricilərin təhlilində aydın olur ki, kənd təsərrüfatı torpaqlarında istehsal 
olunan 1 sentner məhsulun maya dəyərinin illər üzrə müqayisəsində böyük fərq 
müşahidə edilir, bitkiçilikdən fərqli olaraq heyvandarlıq məhsullarının 1 
sentnerinin maya dəyəri daha yüksəkdir. Güman ki, bu da heyvandarlığın yem 
bazasının zəif olması və cins tərkibinin pisləşməsi ilə əlaqədardır. 
Torpaq 
münasibətlərinin 
iqtisadi 
səmərəliliyini 
müəyyən 
edən 
göstəricilərdən biri də mənfəətdir. Maya dəyəri məhsul istehalının bütün 
məsrəflərini əks etdirsə də onun səmrəliliyi haqqında tam təsəvvür yaratmır. 
İstehsalın səmərəliliy haqqında mühakimə yürütmək üçün təkcə məsrəfləri deyil, 
gəlirləri də təhlil etmək lazımdır. Yalnız xərclərin gəlirlərlə müqayisə edilməsi
istehsalın səmərəliliyi haqqında nəticələr çıxarmağa imkan verir. İstehal edilmiş 
məhsuldan gəlir əldə edilməsi üçün bu məhsulların satılması problemləri 
araşdırılmalıdır. İstehsal ediləcək məhsulların vaxtında satıla bilməsi həmin 


məhsulların istehsalının artmasına səbəb olur. Buna baxmayaraq istehsal edilmiş 
məhsuldan mənfəət əldə etmək üçün onun vaxtında satışı həyata keçirilməlidir. 
Satışda əldə edilmiş gəlirdən məhsulun istehalına və satışına çəkilən bütün xərclər 
çıxıldıqdan sonra yerdə qalan hissəsi mənfəət adlanır. Mənfəətdən büdcə ödəmləri, 
bank öhdəlikləri çıxıldıqdan sonra təərrüfatın xalis gəliri yaranır. Məhsulun 
satışından əldə edilən mənfəət onun istehalına və satışına çəkilən bütün xərclərə 
nisbətən çox olarsa onda təsərrüfat səmərəli fəaliyyət göstərmiş olur. Bundan sonra 
daha yaxşı olar ki, istehsal olunmuş məhsulun həcmi yox, ondan gələn gəlir əsas 
götürülsün [2,12]. 
Bu göstəricilər torpaqdan istifadənin iqtisadi səmərəliliyini müəyyən edən 
göstəricilər sisteminə daxil olmaqla əas göstərici kimi torpaqlardan istifadənin 
yaxşılaşdırılmasına imkan verəcəkdir. 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin