PEDAQOGIKA ELMININ TƏDQIQAT METODLARI
1.
Pedaqogikanin tədqiqat metodları
1.1.Pedaqoji Müşahidə.
1.2. Müsahibə metodu
1.3. Pedaqoji eksperiment
1.4. Sosiaolji tədqiqat metodları
Ədəbiyyat:
1) Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı: 2013
2)
İsmixanov M.A. Pedaqogikanın əsasları. Bakı: 2013
3)
Kazımov N.M. Məktəb pedaqogikası. Bakı: 2010
4)
Paşayev Ə., Rüstəmov F. Pedaqogika (yeni kurs). Bakı: 2010
Pedaqogikanın tətdqiqat metodları
Metod elmi idrak prosesində tədqiqatçını məlum həqiqətlərdən naməlum
biliklərə doğru aparan
hərəkətlər, addımlar sistemidir. Metod ümumidir. Hər bir elmin özünün metodları vardır.
Tədqiqatın aparılma texnologiyası, konkret tədqiqat metodlarını konkret obyektə tətbiq etmək
metodika
adlanır. Metodikanın mahiyyətini öyrənilən obyektlə tətbiq olunan metodun arasındakı əlaqənin üzə
çıxarılması və nəzərə alınması təşkil edir.
Maddi aləmin dərk olunması prosesində tədqiqatçının rəhbər tutduğu fəlsəfi təlim
metodologiya adlanır.
Ümumiyyətlə, tədqiqat metodlarını nəzəri,
empirik-nəzəri, empirik (
emprio yunan sözü olub mənası
təcrübə deməkdir) olmaqla qruplara ayırmaq mümkündür. Son dövrlərdə, müasir elmşünaslıqda
daha bir
qrup metodlardan – metanəzəri elmi-tədqiqat metodlarından da bəhs olunur. Qeyd edək ki, pedaqoji
hadisələrin öyrənilməsinə idrak metodlarından heç də bir-birindən təcrid olunmuş şəkildə istifadə olunmur.
Empirik metodlara tədqiqatla bağlı ədəbiyyatın təhlili, təhlillə bağlı məktəb sənədlərinin
öyrənilməsi,
məktəbəqədər yaşlı uşaqların, şagirdlərin, müəllimlərin
fəaliyyətinin öyrənilməsi, müşahidə, müsahibə,
pedaqoji təcrübənin öyrənilməsi, ekspert xidməti, monitorinq, təcrübi iş, pedaqoji eksperiment aiddir.