Cəfərova Gülbahar Şahin qızı (magistrantın s a. a. )



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix28.06.2022
ölçüsü1,5 Mb.
#62452
1   ...   23   24   25   26   27   28   29   30   ...   45
C-f-rova-G-lbahar

Qara çuqun qabların istehsalı genişdır. Qara çuqun qablar birdəfəlik tökmə və 
metal formalara tökməklə istehsal olunur. Metal formalara tökməklə hazırlanan çuqun 
qabların səthi hamar, sıxlığı yüksək və səthi təmiz olur. Tökmə zamanı bir çox 
nöqsanlar əmələ gələ bilər. Bunlara misal;düzgün tökülmədikdə çatlar, tikiş xətləri, 
formanın birləşməyən yerlərində məsaməlilik, qabarıqlar, qopmalar, formanın 
səliqəsiz çıxarılması zamanı qiriqlar, çıxıntı olan hissələrin səliqəsiz təmizlənməsi və 
kəsilməsi və sair nöqsanlar əmələ gəlir.
Keyfiyyətinə verilən tələbərə isə sukeçirməməsi, təmiz və hamar səthi, sıxlıq, 
məmulatın istismar xassələrinə aşağı təsir göstərən digər xassələrin olmaması.
Çuqun qablar iki növdə buraxılır; 
I. Heç bir nöqsanı olmayan məmulatlar; 


46 
II. Məmulatın istismar xassələrinə təsir göstərməyib, az sayda nöqsanı olan qablar 
aiddir. 
Emallanmış çuqundan qablar da müxtəlif çeşidlərdə istehsal olunmaqla yanaşı, 
qara çuqun qablar kimi eyni keyfiyyət göstəricilərinə malikdir və istehsal zamanı 
yaranan nöqsanlar qara çuqunla eynidir. Fərqi yalnız emallanmasıdır. Bu cür qablar 
ya daxili emallanmış, ya da he iki tərəfdən emallanmış olur. Daxildən emal ağ rəngli, 
xaricdən emal isə birrəngli və dekorativ rəngli və naxışlı olur. Qabın qapaqla toxunan 
yerlərı emallanmır və həmin hissələr suyadavamlı lakla boyanır.
Emallanmış çuqun qablar da iki növdə istehsal olunur.
I. Bu növ qabların daxili emalında parlaqlıq 60%-dən az olmamalı.
II. Bu növdə isə az nöqsanların olmasıilə fərqlənir.
Emallanmış çuqun qabların parlaqlığının 40%-dən aşağı olmasına icazə verilir. 
Həmçinin gözlə görunməyən qirşlara, çatlara, dalğalara yol verilir. Sadalananlardan 
da göründüyü kimi emallanmış qabların keyfiyyətinə verilən tələblər, qara çuqun 
qablarla demək olarki, eynidir.
Çuqun qablar həmçinin özünün yüksək gigiyenikliyi ilə, dekorativliyi ilə, qidının 
uzun müddət saxlanması, hazırlanması üçün əvəzedilməz qablardır. Xammalından 
asılı olaraq çeşidləri dəyişilir. Hazırlanması üçün əsas xammalı aşağıdakı 
kimidir;kvas qumu, çöl şpatı, dağ süxurları, peqmatit və s. şüşə kütləsi 
üçün;ximikatlar, soda, rəngləyicilər, kobalt, xrom, mis, nikkel və s. metal oksidləri. 
Kobalt oksidi emalın metalla qarışmasını yüksəldir və davamlılığını artırır. Bu 
xammallar üyüdülərək istifadə olunur və xüsusi qızdırıcılarda 1200-1300 dərəcəyədək 
əridilir. Ərintini soyutmaqla bərkidilir. Sonra toz halına salınıb məmulatın üzərinə 
yayılır. Emal üzlük və astarlıq olmaqla bölünür. Astarlıq məmulatın möhkəm 
olmasında əsas faktordur. Emalda aşağıdakı nöqsanlar yol verilməzdir;dərin, nazik, 
gözlə görünən və görünməyən çatlar, emalın səthə yayılmaması, köpmələr və s.
Qara (dəmir və polad) və rəngli (alüminium, mis) metallar kimi istifadə edilən 
qabların istehsalı geniş yayılmşdır.


47 
Alüminium qablaralüminiumdan texniki təmizlik, duraluminium, silikondan 
hazırlanır. Qoruyucu və dekorativ örtüklər, oksid örtükləri, nikkel örtükləri, 
paslanmayan polad, silikat emalı, teflon, titan, titan keramika ("Gastrolux", "Titan 
plus" və s. ) istifadə edilir. Teflon örtüklü qabların, altındakı qızdırıcının dərəcəsini 
izləmək üçün bir sensor ("termospot") yerləşdirilə bilər ki, bu da aşırı qızdırmanın 
qarşısını alır. Bunun nəticəsində yeməklərin tez yanmasının qaşısı alınır.
Alüminium qablar deformasiyaya tez uğradığı üçün, 
alüminium ərintilərindən və alüminium tökmə 
alaşımlardan hazırlanmış qarışıqlardan istifadə olunur.
Tökmə alüminium ərintilərindən hazırlanmışqablar 
əsasən yeməkxana (qab, qazanlar, qızartma qablar, )kimi 
təqdim olunur.
Alüminiumdan və onun ərintilərindən hazırlanan 
qabların daha təhlekəsiz olması üçün qoruyucu örtüklə 
istehsalı və istisması məqsədə uyğundur.
Mis ərintilərindən qablar mis və mis-nikkel ərintilərindən hazırlanmış qablar(nikkel 
gümüşü - məhdud şəkildə istifadə olunur). Aşağıdakı qoruyucu və dekorativ örtüklər 
bu qablar üçün xarakterikdir: nikkel örtük, xrom örtük, gümüş örtük və s.
Galvanizli qablarsoyuq suyun (kolba, tanklar), sanitariya məqsədləri üçün 
(hövzələr, çəlləklər, çökəklər, tanklar), yanacaq sürtkü yağları (qutular, huniler, 
kerosin buketləri və yanacaq yağları) üçün saxlama və köçürmək üçün istifadə olunur.
Bunlar (dm
3
): tank - 25, 32, 36; kolbalar - 5, 7, 9, 10-13, 15. ölçülərdə buraxılır.
Qədim dövrdə hələ şüşə, keramıka qabların istehsal olunmadığı dövrdə insanlar mis 
qablardan istifadə edirdilər. Daha zəngin təbəqənin insanları qızıldan və ya qızıl 
suyuna çəkilmiş qablardan da istifadə edirdilər. Sağlamlıq baxımından xeyirli 
olsalarda xammalın qiymətli olması və istehsal xərclərinin yüksək olmasına görə 
başqa əvəzləyici qablar təşkil etdi.
Yeməkxana təyinatlı metal qabların təyinatına görə çeşidini araşdıraq.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin