Cəfərova Gülbahar Şahin qızı (magistrantın s a. a. )



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix28.06.2022
ölçüsü1,5 Mb.
#62452
1   ...   31   32   33   34   35   36   37   38   ...   45
C-f-rova-G-lbahar

ekspertizası. 
İstehlak mallarının ekspertizası texniki şərtlərə və hər bir mal nümunəsinə uyğun 
aparılır. Yoxlama qaydası malların kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun 
keçirilir. Yoxlamalar bəzən etalon nümunəyə əsasən, bəzən də müqaisə etməklə 
aparılır. Keyiyyətin yoxlanması ilk öncə məmulatın xarici görünüşünə baxmaqla 
aparılır. Formanın simmetrikliyi, bütövlüyü, səmərəliliyi, detalların birləşmə 
keyfiyyəti və mütənasibliyi müəyyən edilir. Məmulatın xarıci görünüşünə baxmqla 
onun nöqsanların, həmçinin sanitar-gigyenik göstəricilərini tədqiq etmək mümkün 
olmursa laboratoriyada tədqiqat aparılır. Nünunələr 3 formada ekspertlər tərəfindən 
seçilir və lazimi ünvanlara göndərilir. 1-ci seçilmiş nümunələr laboratoriyaya;2-ci 
seçilmiş nümunələr ekspertiza üçün göndərilir;3-cü nümunələr isə arbitaj təhlil üçün 
saxlanılır. Laboratoriya sınaqları üçün ayrılmış nümunələr damğalanır və göndərilmə 
tarixi qeyd edilir. Nümunə haqqında məlumatlar ekspertiza aktında qeyd edilir.
İctimai iaşə müəssələrində nikkel-gümüşdən və eləcədə paslanmayan poladdan 
geniş tətbiq olunur. Yaxşı istilikkeçirici, gigyeniklik və estetik xassələr məhz bu 
sadalanan metal qablara aiddir [27]. 
Melixor-mis (80% mis) və nikkel (18-20%) ibarət metallar yüksək keyfiyyətə 
malikdirlər. Metallik parıltısını itirməməyi üçün mütəmadi təmizlənməlidir.
Hər birmal qrupunun həmçinin yeməkxana təyinatlı malların ekspertizasını 
apararkən əsas vacib göstəricilərdən biri də onların sanitar-gigyenik tələblərə cavab 
verməsidir. Sanitar-gigyenik xassələr dedikdə, məhsulun insana, ətraf mühitə və s. 
obyektlərə təsiri nəticəsində təhlükəsizliyi ilə xarakterizə olunan amildir. Azərbaycan 
Respublikası Qanununa görə sanitar-gigyenik ekspertizani, Azərbaycan Respublikası 
Səhiyyə Nazirliyinin sanitar-epidomoloji mərkəzi tərəfindən aparılır və qanunla 
tənzimlənir. Qanunla tənzimlənən məsələlərə sanitar və gigyenik qaydalar, normalar, 
insanların təhlükəsiz və sağlam yaşaması üçün göstəricilər aiddir.


61 
Qida mallarının ekspertizasını isə Qida Təhlükəsizliyi Agentliyi tərəfindan 
yoxlanılır. Hazırda tədqiqat işinin aparılmasında məqsəd qeyri-qida obyektləri olan və 
həmçinin qida ilə birbaşa təsirdə olan metal yeməkxana qablarının sanitar-gigyenik 
xassələrə və həmçinin ümumi keyfiyyət göstəricilərinə malik olması, eyni zamanda 
onlarda saxlanılan, daşınılan, qablaşdırılan ərzaq məhsullarına da təsir edir.
Metal qabların sanitar-gigyenik ekspertizasını apararkən standarta əsasən 
Paslanmayan poladdan, boz çuqundan, sinklənmiş təbəqə ilə örtülür və s. metallardan 
istifadə olunur(ГОСТ54154-2010). Qapaqlar minalanmış poladdan, alüminiumdan və 
istiliyə davamlı şüşədən hazırlanmalıdır(ГОСТ-27002, ГОСТ-17151)[27]. 
Metal qablarda qidanın saxlanması, bişirilməsi zamanı ümumi sanitar-gigyenik 
tələblər: 

Orqanoleptiki göstericilər;Qidanın saxlanması zamanı kənar iyin, dadın 
olmaması, qidada bulanıqlıq, çöküntü və s. olmasi yol verilməzdir.

Metal qabın yaxşı minalanması əks təqdirdə zərərli birləşmələrin qidanın 
tərkibinə keçməsi nəticəsində sağlamlğa təsiri danılmazdır. Bəzən istismar zamanı 
örtük təbəqəsinin qopması nəticəsində də baş verə bilər. Bu yolverilməzdir.

Qoyucu örtüyün, məmulatın təyinatına uyğun olaraq normativ-texniki 
sənədlərdə göstərilən qalınlıqda olmalıdır.
Sanitar-gigyenik xassələrinin qiymətləndirilməsi üçün məmulartı sanitar-gigyenik 
ekspertizadan keçirdərək, onun təhlükəsizliyini müəyyən edirlər. Tədqiqatın obyekti 
kimi mis qablar,polad qablar,alüminium və s. aiddir. Həmçinin xammal, onun 
istehsalı prosesi, saxlanması, daşınması, texnoloji avadanlıqlar və s. realizsiya 
prosesləri.
Bildiyimiz kimi, metal ərintilərindən alüminium, düralüminium paslanmayan 
polad, nikkel-xrom ərintilərindən qablar hazırlanır. Hər bir metal ərintisinin sanitar 
cəhətdən müsbət və mənfi cəhətləri və qidani saxlamaq qaydası vardır. Onları 
nəzərdən keçirək: 


62 
Paslanmayan polad və nikkel-xrom ərintilərindən qablar daha gigyenik sayılır. Bu 
metal ərintiləri korroziyaya davamlılğı və kimyəvi cəhətdən sabitliyi ilə seçilirlər. 
Qidada hər hansı bir zərəli birləşmə yaratmırlar. Xrom-nikkel ərintilərinin tərkibinə 
əlavə olaraq 3, 4%-dən çox olmamaq şərti ilə mis, 0, 015% arsen və s. ərintilərdə 
istifadə edilir. Bu əlavələr metal qabların sanitar-gigyenik, fiiziki-mexaniki 
xassələrinə təsir edir. 
Texnoloji proses zamanı aşağıdakı sanitar normalara əməl edilməlidir: 

Havanın temperaturunun yol verilən ölçüsü 13-31
0
C ГОСТ 12. 1. 005-88 üzrə; 

Havanın icazə verilən rütubəti 75%-dən çox olmamalı ГОСТ 12. 1. 005-88 
üzrə; 

Havannın hərəkət sürəti ГОСТ 12. 1. 005-88 üzrə 0, 1-0, 6 m/san; 

Işıqlandırma həddi CH və ППА9-71 üzrə 150-200 Lk. 
Aşağıda sadalanan metal qabların sanitar qaydalara uyğun və tez istismar 
müddətini başa vurmğın qarşısını almaq üçün istifadə və qulluq qaydaları 
göstərilmişdir.
Bıçaq, çəngəl, qaşıq mallarına qulluq: 
Bıçaq, çəngəl və qaşıqları təmiz yuyub, yaxşı qurulamaq lazımdır. Yaxşı 
qurulamadıqda metal təbəqə üzərində tez bir zamanda ləkələr əmələ gəlir. Bu da yaxşı 
görünmür. Bıçaq məmulatlarını digər metal mallarla bir saxladıqda zaman zaman 
metala dəyərək kütləşir. Bıçaqları isti suda yumaq da kütləşməyə səbəb olur[27]. 
Çəngəlləri daha yaxşı yumaq lazımdır. Çünki, metal kəsiklərin arasında qida 
qalıqları yığılır və metalla reaksiyaya girib, məmulatı korlayır.
Alüminium mallarına qulluq: 
Alüminium qablar qulluğa ehtiyacı olan həssas materialdır. Üzvi turşularla və 
qələvilərlə asan reaksiyaya girərək dağılır. Bu da orqanizim üçün faydalı olmayan 
kimyəvi birləşmələr xaric edir. Belə qablarda turşulu qidaların hazırlanması;meyvə 
suları, süd məhsularının bişirilməsi üçün istifadə edilməsin.


63 
Alüminium qabların qulluq qaydası isə xüsusi qayda tələb edir. Yaxşı olar ki, qida 
qalıqlarını sürtmək üsulu ilə təmizlənməsin. Bu zaman metal təbəqə cızılır və 
qoruyucu təbəqə dağılır.
Gümüş qablara qulluq: 
Gümüş qablara xüsusimetallik parıltısı ilə seçilirlər. Bunu qorumaq üçün 
məmulatları ilıq suda yuyub, yun parça ilə qurulamaq lazımdır.
Emallı qablara qulluq: 
Bu qabları təmizləmək digərlərinə nisbətən çox da əmək sərf etmir. Yuyucu vasitə 
ilə yuyub, təmizlənir. Əgər dərin qida yanıqları olarsa, içərisinə su töküb, səhərə qədər 
saxlamaq kifayətdir ki, yanıq yumuşalıb, asan təmizlənsin.
Çuqun qablara qullluq: 
Çuqun qablarda qida qalıqlarını təmizləmək üçün qazana duz töküb, qızdırılmalı və 
sonra yuyucu vasitə ilə yuyulmalı.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin