59
nümunə elasikliyə malik olur. Dartılma qüvvəsi götürüldükdə
nümunə öz əvvəlki
vəziyyətini alır. Bu cür aslılığa mütənasiblik, yəni Huk qanunu deyilir.
Bu qanunu
pozmadan metalı davam gətirdiyi gərginlik, mütınasiblik həddi aşağıdakı
düsturla
yazılır:
(9).
𝜎
𝑚
ü𝑡
=
𝑃
𝑚
𝐹
0
Nümunəyə tətbiq edilmiş yük götürüldükdə görünən deformasiyaya elastiklik həddi
deyilir. Elastiklik həddi aşağıdakı düsturla yazılır:
(10).
𝜎
𝑒𝑙
=
𝑃
0,05
𝐹
0
Axıcılıq həddi. Metal nümunədə sonraki mərhələlərdə plastiki deformasiya artır.
Yəni göstərilən qüvvəni artırmadan nümunə uzanır, yəni axır. Bu prosesə dartı
qüvvəsini təsiri kəsildikdə uzanmaya axıcılıq həddi deyilir. Axıcılıq həddinin təyini
ilə həmçinin örtüyün qalınlığnı təyin edilir.
Üsulun mahiyyəti, nümunə məmulatın
səthinə axıntının tezliyini,
axma gücünü, yayılma ərazisinin genişliyini tədqiq
etməkdir.
Zərbə özülülüyü. Metal məmulatların əyilməyə davamlılığını yoxlamaq məqsədilə
zərbə özülülüyü yoxlanılır. Bunun üçün nümunə standarta uyğun kəsilir və rəqqaslı
toxac adlanan cihaza yerləşdirilir. Rəqqas vasitəsilə nümunə əyilir.
Əyilmə dərəcəsi
təyin edilir. Kapyor adlanan bu cihaz üfuqi oxdan asılmış, dayaqlar üzərində
yerləşdirilmişdir. Kütləsi M olan rəqqası, H hündürlüyə qaldırılır
və bərkidici ilə
bərkidilir. Bərkidicini açıb, nümunənin üzərinə buraxılır. Sərbəst sürətlə düşən rəqqas
nümunəni əyir və ya sındırır.