Cəfərova Gülbahar Şahin qızı (magistrantın s a. a. )



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix28.06.2022
ölçüsü1,5 Mb.
#62452
1   ...   33   34   35   36   37   38   39   40   ...   45
C-f-rova-G-lbahar

Sink örtüklü qablar. Bu qabların tipik nümayəndəsi polad qablardır. Onlar yüksək 
mexaniki davamlılığına, örtüyün yüksək antikorroziyaya davamlı olması, estetik 
cəhətdən gözəl, parlaq olması ilə fərqlənirlər. Lakin rəngi zaman keçdikcə tutqunlaşır. 
Örtükdə oksid təbəqəsinin yaranması hesabına turşu, qələvilər birləşmələr yaradaraq 
həll olur. Bunun üçün bu qablarda qidanın bişrilməsi, suyun qaynadılması və digər 
istilik emalında istifadəsi düzgün deyil. Bu qabların istismar qaydaları markalanmanın 
üzərində göstərilməlidir. Məsələn “Yeyinti üçün yararlı deyil”. Bu qablar əsasən 
soyuq məhsulların saxlanması və daşınması üçün(vedrə, çəllək), sanitar məqsədlər 
üçün və digər məqsədlər üçün(vedrələr, bidonlar, ləyənlər), yumaq üçün ləyənlər, su 
yiğmaq üçün baklar istifadə edilir. Hər bir qabın özünəməxsus forması 
vardır;düzbucaqlı, silindirik, kvadrat və s.


65 
Qalaylanmış qablar. Poladdan olan qalaylanmış qablar əsasən süd məhsullarının 
saxlanması, daşınması, taxıl-dən məhsullarının yığılıb saxlanması üçün istifadə edilir. 
Həmçinin bu qablar hermetik flyaqlar, vedrələr, bidonlar aiddir. Sadalanan hər bir 
qabın tutumu fərqli olmaqla, kvadrat formalı qablar 200, 250, 750, 1000, 2000, 3000 
və 5500 𝑠𝑚
3
, silindirik formalı qablar 500, 1000 
𝑠𝑚
3
, düzbucaqlı formalı qablar 200, 
300, 500 
𝑠𝑚
3
ölçülərdə istehsal olunur.
Latun qablar. Bu qabların üst səthi nikket ilə örtülmüş halda buraxılır. Adətən 
qəhvədan və çayniklərin, samovarların istehsalında istifadə olunur. Bu zaman 
məmulatın divarının qalınlığı 0, 7-0, 8 mm, dib hissəsi isə 0, 9-1 mm çox 
olamamalıdır. Məmulatın nikkel örtüyünün keyfiyyəti yoxlanarkən onun parlaq
təmiz, nöqsabsız (ləkəsiz, cızıqsız, qabarcıqların olmaması) və s. fikir verilməlidir. 
Səthin rəngi gümüşü-ağ rəngə malik olmalıdır. Suyun qaynadılması və çayın 
dəmlənməsi məqsədilə istifadə onunan bu qrup məmulatlar istiliyə və həmçinin digər 
təsirlərə davamlı olmalıdır. Nikkellənmiş samovarların naxışları aydın və təmiz 
görünməlidir. Örtük təbəqəsinin qalınlığı 1, 5 mm çox olmamalıdır.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin