Cəfərova Gülbahar Şahin qızı (magistrantın s a. a. )


  3.4. Yeməkxana təyinatlı metal qablarda rast gələn nöqsanların müvafiq



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix28.06.2022
ölçüsü1,5 Mb.
#62452
1   ...   37   38   39   40   41   42   43   44   45
C-f-rova-G-lbahar

 


71 
3.4. Yeməkxana təyinatlı metal qablarda rast gələn nöqsanların müvafiq 
standart normalarına uyğunluğunun ekspertizası. 
Məmulatın keyfiyyətin qiymətləndirən zaman onun xarici görünüşündə olan 
qüsurlar keyfiyyətə birbaşa təsir edən faktordur. Məmulatlarda nöqsanlar hər bir mal 
partiyasına görə onun təyinatına uyğun olaraq qiymətləndirilir. Nöqsanlar gözlə 
görünən və gözlə görülməyən olmaqla bölünürlər. Bunlar da hər bir mal nümunəsinə 
görə vacib, az vacib və əhəmiyyətsiz ola bilər. Metal məmulatlarındayaranan qüsurları 
aşağıdakı kimi bölmək olar. İstehsal və istismar zaman yaranan qüsurlar. İstehsal 
zamanı yaranan qüsurlar öz növbəsində tökmə zamanı, qoruyucu örtüklərin çəkilməsi 
zamanı, bəzədilmə prosesi zamanı yaranan qüsurlarara bölünür. Hər bir prosesdə ayri-
ayrı qüsurlar yarana bilir[29].Metal qabların ştamlama və mexaniki emalı zamanı 
(polad, alüminium, mis, bürünc, nikkel)əmələ gələn qüsurlara;çatlar, qırışlar, qablaın 
yan tərəflərində tikiş qüsurları aiddir. Çuqun qablarda isə emal zamanı, emalın 
çatlaması, qabarması, qopması, gözlə görünən məsaməlilik, emallı səthin pis və 
nahamar olması, boyanın qeyri-bərabər olması və s. qüsurlar ola bilir. Polad qabların 
emalı zamanı yaranan qüsurlar, çuqun qablardakı qüsurlarla eyni olmaqla bərabər 
aşağıakı qüsurlara da rast gəlinir;qabların bişmə sobalarından çıxarılmasının tez və ya 
gec olması səbəbilə məmulatda qabarma, balıqqulağıya bənzər qabarma qüsurları, 
qabarcıqlar, rənglərin bir-biri ilə qarışması və s. Bu sadalanan qüsurlar 
yolverilməzdir.Metaldan hazırlanan məmulatlar əsasən iki şəkildə istehsal olunur: 
tökmə və plastik deformasiya ilə, bu metal növü və ya istifadə olunan ərinti növü ilə 
müəyyən edilir. Hər bir üsul müəyyən qüsurlarla xarakterizə olunur, bu səbəbdən 
onlar ayrı-ayrılıqda nəzərdən keçirilir.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin