66
Örtüyün qalınlığının təyin edilməsi.
Qopartma üsulu ilə çox kiçik məmulatların örtüyünün qalınlığı təyin edilir. İri
məmulatlarda isə qalınlığı təyin etməkdə orta qalınlıq seçilir və təyin edilir.
Məmulatlarn çəkisindən asılı olaraq örtüyü qopartdıqdan əvvəl və sonar təyin edilir.
Örtüyün orta qalınlığının hesablanma düsturu:
(11).
H=(Q1Q2)*10000;
burada;
H-orta qalınlıq, mkm.
Q1-örtüyü çıxardıqdan əvvəl çəki, q.
Q2-örtüyü çıxardıqdan sonra çəki, q.
Çıxartma üsulunda dəqiqlik qorutucu örtüyün keyfiyyətinə təsir edir.
Damcı üsulu ilə örtüyün kimyəvi tərkibinin təyini.
Damcı üsulu ilə kimyəvi tərkibin təyini ilə məmulatın kimyəvi tərkibi daha dəqiq
ölçülür. Tədqiqiat zamanı məmulatın səthində metalın reaktivlə əlaqəsini çətinləşdirən
oksidləşdirici və yağlı təbəqə olmamalıdır. Bunun üçün tədqiqatdan əvvəl məmulatın
üzərini benzinlə isladılmış tənziflə təmizləyirlər və quruyana kimi silirlər. Məmulatın
səthinə bir neçə damla qələvi və turşu ilə təsir edib, səthini əridirlər.
Bu prosesdə
metal məmulatını deyil, örtüyü əridirlər. Bu proses aşağıdakı kimi gedir. Əvvəlcə
təbəqənin üzərinə bir neçə damla turşu əlavə edib, məmulatın səthinə yayırlar.
Təbəqənin rənginin dəyişdiyini müşahidə etdikdə, turşunu su ilə yaxşı yuyub, saat
şüşəsinə tökürlər. Məhlulu qarışdırıb sonra da süzgəc kağızına keçirirlər və bu təhlili
damcı üsulu ilə təyin edirlər.
Alüminiumun təyini. Təhlili aparmaq üçün əvvəlcə natrium qələvisinin 6%-li
məhlulu, alizarinin spirtli məhlulunun1%-li və 10%-li
sirkə turşusu məhlulunu
götürürlər. Məmulatın səthinə pipetkanın köməyi ilə 6%-li natrium qələvisi tökürlər.
Bir iki dəqiqədən sonra məhlulu süzgəc kağızı ilə qurudurlar, kənarlarına qırmızı
alizarinin məhlulunu səthə damcı ilə hopdururlar və bir damla sirkə turşusunu da
67
əlavə edirlər. Bu zaman alizarinin qələvili bənövşəyi rəngi itir və al-moruğu rənglı
alümin-alizarın ləkəsi qalır.
Alüminium ərintilərindən alüminiumu ayırmaq üçün əvvəlcə məmuların səthinə
10%-li natrium qələvisini pipetka
vasitəsi ilə tökürlər, 5 dəq gözlədikdən sonra süzgəc
kağızı ilə qurudurlar. Səthdə, ağ və tutqun ləkə müşahidə olunur. Bu onu göstərir ki,
ağ rəng alüminiumun, tutqun ləkə isə ərintinin olduğunu göstərir.
Misin təyini. Tədqiqat üçün əvvəlcə azot tuşusu, 10%-li sarı qan duzu (ferrosoanid
kalium), 25%-li ammonyakın sulu məhlulu, 10%-li sirkə turşusu məhlulu və 10%-li
seqnet duzunun məhlulunu götürürlər. Tədqiq olunacaq səthə iki damcı azot
turçusunu isladılmış süzgəc kağızı ilə isladırlar və səthə kip basırlar və səthin
üzərində 1-2 dəq saxlayırlar. Tədqiq olunan məmulatı mis ilə hopdurulmuş məhlula
keçirirlər.
Burada misi aşkar etmək üçün, kağızın ortasına iki damcı seqnet duzu
məhlulu tökürlər və ammonyak buxarında saxlayırlar. Kağızın tünd göy rəngə
boyandığını müşahidə edirik. Ammonyak kağıza tam hopduqdan sonra üzərinə 2-3
damcı sarı qan duzu (ferrosoanid kalium) əlavə edirlər. Daha sonra 1-2 damcı sirkə
turçusunu da əlavə edirlər. Kağızda ferrosoanid kaliumun al-qırmızı qəhvəyi rəngə
boyandığını müşahidə edirik.
Nikkelin təyini. 10%-li
Natrium fosfor tuşusu məhlulu, azot turşusu, 1%-li
dimetilqlioksimin spirti, sulu ammonyakın 25%-li məhlulu götürülür. Tədqiqat süzgəc
kağızına 1-2 damla natrium fosfat tamamilə hopdurulduqdan sonra 2 damla azot
turşusu əlavə edib üzərinə əşya şüşəsi keçirirlər. 4 dəqiqədən sonra nümunədən kağızı
çəkirlər, turşu tam neytrallaşana qədər ammonyak buxarında saxlayırlar. Səthin
üzərində dimetilqlioksimin qırmızı həlqəsinin olması nikkelin olduğunu göstərir.
Xromun təyini. Azotla, duz turşusunun qarışığı,
natrium peroksid, 5 q benzidin
sirkə turşusu məhlulu ilə 100 mq sirkə turşusu məhlulu götürülür. Məmulatın üzərində
vazelin həlqənin mərkəzi hissəsinə 2-3 damla azotlu duz turşusu tökülür. Turşu
məhlulunu 5 dəqiqədən sonra saat şüşəsinə tökürlər. Natrium peroksidi, qatı
qələvi
reaksiyası əmələ gələnə qədər neytrallaşdırıllar. Alınan çöküntüdən bir damla
68
süzgəckağızının mərkəzi hissəsində yerləşdirilər. Tədqiqatda xromatları kağızın
səthində yayıldığını benzid ilə aşkar edirlər. Bunun üçün kağızında ləkənin üzərinə 2
damla benzidin sirkə turşusu əlavə edirlər. Əgər xrom varsa, onda aydın müşahidə
edilən həlqə yaranır.
Sinkin təyini. Natrium xlor,
kükürd turşulu kadium, su, duz turşusu götürülür.
Əvvəlcə məmulatın səthinin üzərinə 10 q natrium xlor, 5 q kükürd turşulu kadium, 20
ml duz turşusu və 100 ml su qarışığından bir damla tökürlər. 5 dəqiqə keçdikdən
sonra məsaməli çöküntü və ya boz ləkə əmələ gəlirsə sinkin olduğunu göstərir.
Kükürd turşulu kadium məhlulu təmiz alüminiumla reaksiyaya girmir.
Qalayın təyini. Məmulatın səthinə bir damla qatı azot turşusu tökürlər, 1-2
dəqiqədən sonra su ilə yuyub, süzgəc kağızı ilə qurudurlar. Turşunun təsiri ilə tutqun
ləkələr əmələ gəldikdən sonra səth quruyur və metaqalay turşusunun ağ örtüyü səthi
örtür.
Qurğuşunun təyini. 10%-li yodlu kalium və azot turşusu götürülür (1:8). Məmulatın
səthinə 1 damla azot turşusu töküb, 5 dəqiqə keçdikdən sonra, 10%-li yodlu kalium
məhlulundan 1 damla əlavə edirlər. Əgər qurğuşun vardırsa, səthdə sarı kristallik
çöküntü alınır. Tədqiqatı davam etdirirlər. Səthi yağdan təmizləyib, qurudurlar. Təmiz
səthə 40%-li sirkə turşusu məhlulu ilə islanmış pambıq qoyurlar.
Digər bir parça
pambığı yodlu kaliumla isladıb, sirkə turşulu səthi silirlər. Əgər qurğuşun varsa,
pambıq sarı rəngə boyanır.
Yeməkxana təyinatlı metal qablarda qoruyucu örtük
GOST 32584-2013uyğun
olaraq aşağıdakı kimi aparılır:
Dostları ilə paylaş: