GİRİŞ Mövzunun aktuallığı:Ölkəmizdə bazar iqtisadiyyatinin,elm və texnikanin inkişafi
sürətləndikcə əhalinin tələbləri də artır. Respublikamızda gündən-günə genişlənən
iqtisadi əlaqələr bazar münasibətətlərinə müsbət təsir göstərir. Lakin iqtisadi
islahatların səbəbindən istehlak mallarına olan tələbin bir qismi xarici ölkələr
hesabına ödənilir. Son illər aparılan təcrübi tədqiqatlar onu göstərir ki,istehlak
mallarının saxtalaşdırılması nəticəsində insan və ətraf mühit üçün təhlükəliliyi artır.
Ekspertlərin qarşısında duran ən böyük problemlərdən biri də bunun aradan
qaldırılmasıdır.
Hazırkı dövürdə metaldan hazırlanan qabların tərkibinin,qidanın saxlanması
zamanı tərkibində baş verən kimyəvi proseslər nəticəsində metal oksidlərinin qidanın
tərkibinə keçərək baş verən dəyişiklik nəticəsində insan orqanizminə mənfi
təsirlərinin ekspertizasi olduqca vacib faktorlardan biridir. Bu problemlərin qarşısının
alınmasında yüksək təcrübəli mütəxəsis ekspertlərin cəlb olunması və keyfiyyətə
nəzarətin maarifləndirilməsi vacibdir.
Ümumiyyətlə sərişdəli və yüksək bilikli ekspertlərin cəlb olunmması ölkənin stateji
əhəmiyyətinə yaxşı təsir göstərmələ bərabər məhsulun satışına da təsir göstərir.
Metal malların istifadə sahələri geniş olduğundan bu məhsulların dünya bazarına
çıxarılması ölkə üçün böyük əhəmiyyətə malikdir. Bu sahədə yeni zavodların
tikilməsi,yüksək keyfiyyətli və standartlara cavab verən məhsulların istehsalı və
əhalinin tələblərinin nəzərə alınması nəticəsində insanların rifaq halının
yaxşılaşmasına gətirib çıxardır. Metaldan hazırlanan malların alıcılıq qabiliyyətinin
yüksək olması,bu malların istehsalını müasir texnologiya ilə və standartlarin tələbinin
yüksək olması ilə əlaqəlidir. Bu mallar hazırlaanmasında poladdan,çuqundan və
alimineumdan daha çox istifadə olunur. Qablar nə qədər korroziyaya davamlı
olsalar,istismarı bir o qədər rahat və əlverişli olar. Həmçinin malların keyfiyyəti ilə
yanşı estetik tələblərı də alıcı zövqünə uyğundursa bu mal satılır.