çətin əriyən metallara bölünürlər. Yüksək temperaturda əriyən metallar çətin əriyən
15
metallar adlanır. Çətin əriyən metalların ətimə temperaturunu adətən dəmirə görə
hesablayırlar (1539°C-dən yuxarı). Volfram ən çətin əriyən metaldır. Ərimə
temperaturu 3380°C –dir. Çətin əriyən metallara molibden-2611°C, niobium-2469°C,
tantal-2997°C, vandium-1920°C kimi metallar aiddir. Asan əriyən metallar aşağı
temperaturda əriyən metallardır. Bu qurupun tipik nümayəndəsi civədir (-38, 88°C).
Digər nümayəndələrə qalay, qurğuşun, sinki misal göstərmək olar.
7. Maqnit xassələri. Maqnitləşməyə yüksək meyilli metallar ferromaqnetiklər, zəif
meyilli metallar isə paramaqnetiklər deyilir.
Metallar fiziki xassələrə məruz qaldıqda, məsələn, qızması və soyuması, elektrik
keçirmə nəticəsinə və s. bu kimi proseslərdə tərkibində heç bir dəyişiklik baş vermir.
Kimyəvi proses zamanı tərkibində dəyişiklik baş verir. Bunu bariz nümunəsi
metalların korroziyaya uğramasıdır. Korroziya-ətraf mühitin təsiri nəticəsində,
əlverışsiz mühitdə (qələvi, duz və turşu məhlulunda) metalda kimyəvi dəyişiklik baş
verir və metal dağılır. Korroziya, polad və çuqunda pas, misdə ağ təbəqə,
alüminiumda ağ-yaşıl təbəqə və s. şəkilində aşkar olunur. Metal məmulatlarını
keyfiyyətinin qorunub saxlanmasında korroziyaya davamlılıq vacib problemlərdən
biridir. Bunun qaşısının alınması məqsədi ilə qoruyucu təbəqələr vurulur. (Fəsil 3;3. 3
ətraflı qeyd ediləcək. )[6]
Ümumi olaraq metalları mühitə davamlılığına görə təsnifləşdirsək, aşağıdakı kimi
yaza bilərik.
a.
Korroziyayadavamlı metallar;
b. Odadavamlı metallar (5510°C yüksək);
c.
Tuşuyadavamlılıq.
Bəzi metalların və ərintilərinin korroziyaya davamlığını artırmaq üçün tərkibinə
elementlər vurulur. Bunlara misal üçün, polad və çuqunun tərkibinə nikkel, xrom,
titan və başqalarını göstərmək olar. Metal məmularların keyfiyyət dərəcəsini
yüksəldən amillərdən ən başlıcası korroziyaya davamlılıqdır. Korroziya metallarda
kimyəvi proses olub, metalın dağılmasına gətirib çıxardan amildir. Korroziya ətraf
16
mühitin təsiri ilə atmosferdə, yüksək temperaturda, yüksək quru və ya nəm mühitdə,
aqressiv mühitdə (turşu, qələvi və ya duz məhlullarında) yaranır. Bu proses dəmir
məmulatlarını üzərində pas, mis üzərində isə ağ təbəqə şəklində brüzə verir. Bu
problem metaldan və ərintilərindən hazırlanan məmularlar üçün əsas problem hesab
edilir. Bunun üçün korroziyaya davamlı metallar yaratmaq lazım gəlir. Bunun üçün
tədqiq olunan metallar ətraf mühitə davamlı olsalar, korroziyaya qarşı da davamlı
olarlar. Hər bir metalın ətraf mühitə müqaviməti fərqlidir. Buna misal olaraq
alüminiumu göstərmək olar. Alüminium şirin suda, atmosferdə davamlı olsa da, turşu,
qələvi və duzlu suda davamsızdır.
Qeyd:Yuxarıda sadalanan məlumatlara görə alüminium qablarda yeməklərin uzun
müddət saxlanılması düzgün deyil.
Metalları korroziyadan qorumaq üçün ərintilərdən istifadə . Məişətdə istifadə
olunan yeməkxana təyinatlı mallar üçün əsasən mis ərintiləri istifadə olunur: mis -
mis-sink ərintisi; bürünc - qalay ilə mis ərintisi; nikkel ilə nikkel-mis alaşımı; nikkel
gümüşü - mis, nikkel və sink bir ərintisi. Polad və çuqunun korroziyaya davamlılığını
artırmaq üçün titan, xrom, nikkel və başqa elementlər vurulur.
|