Cəfərova Gülbahar Şahin qızı (magistrantın s a. a. )


  1.3. Yeməkxana təyinatlı metal qabların keyfiyyət göstəriciləri və onları



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix28.06.2022
ölçüsü1,5 Mb.
#62452
1   ...   13   14   15   16   17   18   19   20   ...   45
C-f-rova-G-lbahar

 


27 
1.3. Yeməkxana təyinatlı metal qabların keyfiyyət göstəriciləri və onları 
formalaşdıran amillər. 
“Keyfiyyət”termini çox mürəkkəb və özündə geniş məlumatları birləşdirən 
termindir. Malın Keyfiyyəti dedikdə, onun təyinatına uyğun tələbatı ödəmə 
qabiliyyətininin məcmusudur. Hər bir istehlak malının özünəməxsus təyinat 
göstəriciləri vardır. Məsələn:Qabyuyan maşın üçün təyinat göstəricisi, qabların 
yuylmasıdır. Odur ki, bu göstəricilərə müvafiq insan təlabatını qarşılayan məmulatlar 
keyfiyyətli sayılır. Bu zaman məmulatın keyfiyyətinin aşkar etməkdə görünməyən 
qüsurlar vardır ki, bunları istehlakçılar görməyə bilər. Hansı ki, bunlar məmulatın 
keyfiyyətinə mənfi təsir edən daxili nöqsanlardır. Bu nöqsanların aşkara çıxarılması 
ilə mütəxəssis ekspertlər məşqul olur. Hər bir istehlakçını maarifləndirmək biz 
ekspertlərin mənəvi borcudur.
Məmulatların keyfiyyət səviyyəsi differansial, kompleks və qarışıq metodlarla 
qiymətləndirilir. Differanisial üsulla qiymətləndirilən nümunənin nisbi göstəriciləri 
aşağıdakı düsturla hesablanır. 
(5). q=
𝑃𝑖
𝑃𝑖𝑏
və ya 
𝑞 =
𝑃𝑖𝑏
𝑃𝑖
Metaldan 
hazırlanan 
məmulatların 
ümumi 
keyfiyyət 
göstəricilərinin 
formalaşmasında, onun xammal keyfiyyəti, istehsal və emal üsulları aiddir.
Metal ərintilərindən istehsal olunan yeməkxana təyinatlı mallara verilən tələb və 
eyni zamanda keyfiyyət göstəricilərinə, qidanın hazırlanması və saxlanması zamanı 
təhlükəsizlik göstəriciləri, qabların qapaqlarının düzgün oturması, tutacaqların 
erqonomik olması, korroziyaya davamlılıq, mexaniki təsirlərə davamlı, müstəvi 
üzərində düzgün dayanmaq, çəkilən şirə qatının qopmaya davamlı olması və s. aiddir.
Hər bir qab öz təyinatından asılı olaraq müxtəlif tələblərə cavab verməlidir. 
Məsələn;çuqun qabların üst səthi yaxşı şirələnməlidir və təmizləndiyi zaman heç bir 


28 
zərər dəyməməlidir. Xarici təbəqəsi rəngli boya ilə emal edilir, əsasən daxili qatının 
emalı davamlı olmalıdır. Bunun üçün su və istiliyə davam gətirən laklarla boyadılır. 
Metal qabların keyfiyyət göstəricilərinə verilən digər tələblərdən biri də bitişən 
yerlərin yaxşı cilalanmasıdır əks halda sızma baş verə bilər, buda böyük qüsurdur. 
Məmulatın həm əmtəə görünüşü həm də keyfiyyət dəyəri aşağı düşür[12]. 
Ümumiyyətlə metal qabların keyfiyyətinə və xarici görünüşünə verilən tələblərdən 
asılı olaraq, iki növə aid edilir.
I. 
Məmulatın keyfiyyətində və xarici görünüşünda çox da nəzərə çapmayan 
qüsurlar, normativ sənədlərə və texniki şərtlərə uyğun istehsal edilən qablar.
II. 
Nəzərə çarpacaq qədər qüsuru olan, lakin istifadə, istismar üçün yaralı qablar. 
Belə qablar bazarlarda nisbətən ucuz qiymətə satılırlar.
Hər bir istehlakçı və satış müəssələri malı alarkən və qəbul edərkən onun ilk öncə 
xarici görünüşünə baxmalı, ölçülərinin simmetrikliyinə və dəqiqliyinə nəzər yetirməli, 
standarta uyğunluğunu yoxlamalı, qabın içərisinə su tökməklə onda sızıntının olub-
olmamasını yoxlamalıdır.
Metal qabların çeşidinə aid olan bıçaq, qayçı, qoz sındıran, qənd doğrayan qayçı, 
konserv qutulaının ağzını açmaq üçün kəsici alətın keyfiyyəti yoxlanarkən onların 
kəsiciliyinə, kəsici hissənin möhkəmliyinə(HR=40-58), standartın və texniki şərtlərin 
tələbinə müvafiqliyi yoxlanmalıdır. Bıçaqlarda kəsici hissənin möhkəmliyi və sərtliyi, 
keyfiyyəti formalaşdıran əsas göstəricilərdən biridir. Əgər kəsci hissə yumuşaq, qeyri-
iti olarsa həm əyilərib sınar, həm də qidanı yaxşı kəsməz. Bunun üçün bıcağın 
hazırlanmasında istifadə edilən metal standartın tələblərinə uyğun olmalı, 
korroziyaya, sinmaya, əyilməyə davamlı olmalıdır. Bıçaqların çeşidinə bufet, 
yeməkxana, cib bıçaqları, texniki bıçaqlar, tibbi bıçaqlar aiddir[13]. 
Metal qablara tələb getdikcə çoxalır. Metal yeməkxana təyinatlı qablara tələbatın 

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin