Cəfərova Gülbahar Şahin qızı (magistrantın s a. a. )



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix28.06.2022
ölçüsü1,5 Mb.
#62452
1   ...   11   12   13   14   15   16   17   18   ...   45
C-f-rova-G-lbahar

Təzyiq altında tökmə. Bu üsulun mahiyyəti əridilmiş maye metalı xüsusu qəliblərə 
tökmək və kristallaşdırmaqdan ibarətdir. Mayenin qəliblərə tökülməsi və təzyiqlə 
kristallaşdırılması birlikdə keyfiyyəti yüksəldir. Təzyiq altında tökmə ilə alüminium, 
mis, sink, qalay, qurğuşun ərintilərindən istehsalatda geniş tətbiq olunur. Həmçinin 
polad və çuqun tökməsində istifadə olunur.
Presləmə üsulu. Əlvan metalların bu üsulla emal olunur. Emal prosesində 1500 vt-
2000 vt güc sərf olunur. Müasir dövrdə polad kiçik hissəciklər şəklində presləmə 


24 
metodu ilə emal olunur. Presləmə üsulu, metalı sıxmaqla kiçik gözcüklü dəliklərdən 
keçirməklə həyata keçirilir. [10] 
Döymə emal. Metalları qızdıraraq döyərək müəyyən formalar verilir. Bu proseslər 
əsasən kiçik sexlərdə aparılır. Əl ilə və ya müəyyən avadanlıqlarla aparılır. Tökmə, 
presləmə üsulları ilə müqaisədə bir sıra üstünlüklərə malikdir. Döymə prosesi 
aşağıdakı ardıcılıqla gedir: 
I. Döymə dəzgahına uyğun metalın doğranması; 
II. Metalın qızdırılması; 
III. Sərbəst döymə prosesi; 
IV. Məmulatın son emal mərhələsi, təmizlənməsi.
Avadanlıq kimi çəkic, maşa və b. alətlər.
Ştamplama. Ştamlama, döymədən fərqli olaraq material qəliblərə yerləşdirilərək
qəlibin formasını alana qədər zərbələnir. Qəlib-yəni ştamp odadavamlı poladdan 
hazırlanmalıdır. METAK şirkətinin istehsalat zavodlarında ştamplama prosesi ilə 
yaxından tanış olmuşam. Proses aşağıdakı kimi aparılır:ГОСТ -3. 1404-86 
1. 
Pəstahlar qızdırma sobasına doldurub forsunka vasitasilə qazla qızdırılır (600-
650
0
); 
2. 
Pəstah dəmir maşa vasitəsilə qızdırma sobasından götürüb ştampda yerləşdirilir 
və detal ştamplanır.
Lehimləmə əsas metalin ərimə nöqtəsindən aşağıda ərimə nöqtəsinə malik olan 
əridilmiş dolgu maddəsi (lehim) vasitəsi ilə bir metala yeridilmə prosesidir. Son 
zamanlarda getdikcə geniş yayılmış istifadə kütləsinə malikdir. Boşluğa istənilən 
forma və ölçü vermək, istənilən səthi hamarlamaq, korroziyadan qorunma və 
məhsulların istehlakçı xüsusiyyətlərini yaxşılaşdırmaq üçün səth müxtəlif yollarla 
hamarlandırılır[10,11]. 
Səthlərin istənilən həndəsi şəkli, ölçüsü, dəqiqliyi və təmizliyi malların kəsilməsi 
ilə əldə edilir. 


25 
Əymə.”METAK” şirkətində döymə məmulatlarının istehsalı sexi 1997-ci ildən 
fəaliyyətə başlayıb. Bu proseseslə bir çox metal məmulatların əyilərək müəyyən 
formaya verilməsi həyata keçirilir. Qaynağı əvəz etmiş bu xidmət növünə təlabat 
gündən günə artır. Qaynaq tikişi zəif yer olduğundan adətən orada metal korroziyaya 
uğrayır və metal məmulaların bütövlüyü pozulur. Metal təbəqələri əymə isə tikişsiz 
bütöv konustruksiyalar əldə etməyə imkan verir. Əymə-metalın çöl qatının dartılması 
və daxili qatının sıxılması sayəsində məmulatın tələb olunan ölçü və formanın qəbul 
etməsi ilə nəticələnən əməliyyatdır. Əymənin maksimum uzunluğu 2500 mm, metal 
təbəqənin qalınlığı 4 mm-ə qədərdir. 

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin