Cəfərova Gülbahar Şahin qızı (magistrantın s a. a. )



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix28.06.2022
ölçüsü1,5 Mb.
#62452
1   ...   14   15   16   17   18   19   20   21   ...   45
C-f-rova-G-lbahar

artması istehsalında istifadə olunan müasir texnologiyalar və hazır məhsulun 
davamlılığı ilə bağlıdır.  


29 
Metal qabların keyfiyyətinə əsas tələblər dövlət standartları ilə müəyyən edilir: 
GOST 17151-81 "Sac plitələrindən ev əşyaları. Ümumi texniki şərtlər ";GOST 
24303-80 ". Ümumi texniki şərtlər ";GOST 24308-80 "Nikkel gümüşdən, nikkel 
gümüşdən, xrom və ya nikkel örtüklü pirinçdən hazırlanmış qablar. Ümumi texniki 
şərtlər ";GOST 24488-81 "Məişət məmulatları üçün hazırlanmış məmulatlar. Ümumi 
texniki şərtlər ";ГОСТ 27002-86 "Korroziyaya davamlı poladdan qablar. Ümumi 
texniki şərtlər ";ГОСТ R 52116-2003 "Qara dəmir qablar. Ümumi texniki şərtlər ".
Yeməkxana təyinatlı metal qabları bir sıra keyfiyyət göstəricilərinə malikdir. 
Bunlara erqonomik, funksional, etibarlılıq, təmirə yaralılıq, uzunömürlülük, estetik və 
təhlükəsizlik xassələri aiddir[13,14]. 
Funksional xassə dedikdə, məmulatın öz təyinatına uyğunluğu başa düşülür. Odur 
ki, qabların öz funksional xassələrinə uyğun olaraq hazırlanan yeməklərin yaxşı 
bişirməsini, saxlanmasını, təyinatına uyğun həcmdə olmasını təmin etməlidir. Bəzi 
materiallı qablar öz təyinatını uyğun deyil. Məsələn, qara çuqun qablarda yemək 
saxlanan zaman yeməkdə olan vitaminlər parçalanır və yeməkdə “dəmir” dadı hiss 
olunur. Bundan nəticə çıxır ki, qabın təyinatına uyğun olması onun materialından da 
asılıdır. Funkional xassə bəzən digər xasələrin əlaqələndirilməsi ilə ortaya çıxır. 
Məsələn:qazanların funkional göstəricisi onun erqonomik, gigyenik olması ilə 
xarakterizə olunur.
Erqonomik xassə dedikde, memulatın istifadə rahatlığı, istifadəyə yararlığı, insanın 
antropometrik quruluşuna uyğun olması və s. başa düşülür. Yeməkxana təyinatlı 
metal qablar üçün erqonomik göstəricilərdən əsasən istifadə rahatlığıdır. Odur ki, 
qabların tutacaqlarının istiyə davamlı plastik materialdan hazırlanması daha 
əlverişlidir. Çünki elektriki pis keçirir və estetik cəhətdən gözəl görünür və həmçinin 
yüngül olur. Həmçinin tutaacaqlar barmaqlara uyğun olmalıdır ki, asanlıqla tutula 
bilinsin.
Metal qabların gigyenik xassələrinə onların çirkdən asan təmizlənməsi, çirklənmə 
dərəcəsi aiddir. Məmulatın səthi hamar olmalıdır ki, asan təmizlənə bilən olsun. 


30 
Məmulatların gigyenik xassələri ilə onda hazırlanan yeməklərin təhlükəsizliyi ilə 
xarakterizə olunur. Bunun üçün bir sıra metal qablar istehsal olunur. Bunlara 
paslanmayan polad qablar, emmalanmış çuqun və polad qablar, alüminium aiddir. 
Lakin alüminium qablarda yeməklərin hazırlanması əlverişli olsada lakin, saxlanması 
məsləhət deyildir.
Metal yeməkxana təyinatlı qabların təhlükəsizlik göstəriciləri dedikdə, istifadə 
zamanı təhlükəsiz olması, çıxıntıların kəsici olmaması, səthinin hamar olması, 
plastmas tutacaqların istinin təsirindən əriməyə davamlı olması, şüşədən hazırlanan 
qapaqların sınmaya davamlılığı və s. aiddir.
Etibarlılıq məmulatın istifadə müddəti ərzində keyfiyyətinin qoruyub 
saxlanmasıdır. Texniki məhsullar üçün bu göstərici işləmə müddəti ilə xarakterizə 
olunur. Məsələn:saatın işləmə müddəti batareya daşının bitmə müddətinə qədər 
müşahidə edilməlidir. Bu müddət ərzində öz etibarlılıq xassəsini qorumalıdır. Mətbəx 
qablarında isə etibarlılıq istismar dövrü ərzində qoruyucu örtüyün davamlılığı, 
mexaniki təsirlərə davamlılığı və s. başa düşülür. Etibarlılığa uzunömürlülük, təmirə 
yararlılıq xassələri aiddir.
Metal qabların uzunömürlülük göstəricilərinə onların istismar dövrü ərzində 
möhkəmliyi, davamlılığı, qoruyucu örtüyün davamlılığı və s. aiddir. Metal qabların 
uzunömürlülüyü həmçinin onların istifadə qaydalarına düzgün əməl olunmasından da 
asılıdır. Hər bir qab istifadə qaydalarına görə düzgün təmizlənməli, öz təyinatına görə 
yeməklərin bişirilməsi, saxlanmasına əməl olunmalıdır.
Estetik göstəricilərə, məmulatın rəng çalarlarının, bədii tərtibatının, formanın 
səmərəliliyi aiddir. Bu isə insanda xoş əhval yaradır nəticədə məmulatın alıcılıq 
qabiliyyəti artır. Süfrə dizaynına uyğun müxtəlif çeşidli metal qabların hazırlanması 
daha məqsədə uyğundur[15]. 
Yeməkxana təyinatlı metal qabların keyfiyyətinə təsir edən həmçinin keyfiyyəti 
qoruyub saxlayan amillərə onların saxlanması, daşınması, qablaşdırılması, 
markalanması və s. amillər təsir edir.


31 
Qablaşdırma məhsulun həm saxlanmasında, həm də daşınmasında məhsulun 
təhükəsizlik göstəricilərinə təsir edir. Qablaşdırılma sarğı, parafin və ya davamlı 
kağızdan hazırlanan taralarda qablaşdırılır. Qablaşdırılmış məmulatların üzərində 
metal qabın təyinatı, zərbəyə, deformasiyaya davamlılığı, ayrı-ayrı hissələrin 
mexaniki davamlılığını əks etdirən məlumat, istifadə qaydaları, məmulatın növü, 
çeşidi, istehsal olunduğu ölkə, qiyməti, standart (GÖST) və ya texniki göstəricilər 
(TŞ), saxlama şərtlərivə s. qeyd olunmalıdır.
Metal qablar nə qədər davamlı olsalarda düzgün istifadə və saxlama qaydalarına 
əməl olunmadıqda yararsız olurlar.
İstehlak mallarının o cümlədən yeməkxana qablarının keyfiyyətini formalaşdıran 
amillərə xammal, hazırlanma texnologiyası, daşınma, saxlanma, qablaşdırma və 
istirmar qaydaları əsas rola malikdir.
Xammal. Metal ərintilərindən istehsal olunan yeməkxana qabların hazırlanmasında 
korroziyaya davamlı metal eyni zamanda aqressiv mühitlərə davamlı, sanitar-gigyenik 
metal və ərintilərininin seçlməsi lazımdır. Bəzi metalların üzərinə çəkilən örtük 
təbəqəsi də göstərilən tələblərə cavab versə də, istismar olunduqdan sonra şirə qatı 
qopa bilər. Bunun üçün üzunömürlü olmur.
İstehsal texnologiyası. Elm, texnika və texnologiya inkişaf etdikcə yeni yeni 
avadanlıqlar, texniki maşınlar, avtomatlaşdırılmış alətlər və avadanlıqlar yaradılır. 
Hazır məhsulun daha gözəl və estetik olması üçün ən son avadanlıqlar tətbiq 
olunmalıdır. İstehsal zamanı texniki, sanitar tələblərə həmçinin, normativ-texniki 
şərtlərə uyğun aparılır[16]. 
Yeməkxana təyinatlı metal qablarda qablaşdırma, daşınma və saxlanma GOST 
32584-2013 standartlarına görə aşağıdakı kimi aparılır: 

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin