Cəfərova Gülbahar Şahin qızı (magistrantın s a. a. )


 Yeməkxana təyinatlı metal qabların istehsal texnologiyasının əsasları



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix28.06.2022
ölçüsü1,5 Mb.
#62452
1   ...   6   7   8   9   10   11   12   13   ...   45
C-f-rova-G-lbahar

1.2. Yeməkxana təyinatlı metal qabların istehsal texnologiyasının əsasları. 
Azərbaycan bir çox faydalı qazıntılarla zəngindir. Bunlardan biri də metallurgiya 
sahəsidir. Metal və ərintilərin istehsalı üsullarının texnologiyasını öyrənən sahəyə 
metallurgiya deyilir.
Bildiyimiz kimi metallar iki qrupa qara və əlvan metallara bölünür. Bunlar 
metalların əridilməsi prosesindən asılı olaraq metallurgiya sahəsinin əsas 
elementləridir. Qara metallurgiya sahəsinə dəmir filizinin alınması, təmizlənməsi, 
saflaşdırılması, çuqun və polad ərintilərinin alınması, ferro-ərintilərinin istehsalı aid 
edilir. Alınma prosesi ardıcıl olaraq, donma peçlərində aparılır. Elm və texnikanın 
inkişafı nəticəsində metallurgiya sənayesi də inkişaf edir və yeni metodlar, üsullar və 
daha keyfiyyətli aparılma texnologiyaları dəyişir. Həmçinin metallurgiya sənayesi 
ətraf mühitin çirklənməsində əsas yer tutur. Bunun qarşısının alınması yolları vacib 
problemlərdən biridir. Buna görə də tullantısız texnologiyaların yaradılması üzərində 
işlər görülür.[8]Ölkəmizdə dəmir, mis, qiymətli metalların və s. metal filizlərinin 
olması, metal sənayesinin inkişafı üçün əlverişlidir. Bir çox müəssələrdə metallurgiya 
sənayesi ilə məşğul olunur. Azərbaycanda fəaliyyət göstərən bir çox dövlət və özəl 
şirkətlər fəaliyyət göstərir. Bunlara “METAK”MMC, Gəncə alüminium, Sumqayıt 
boru-prokat alüminium zavoduları aiddir. Azərbaycanda metallurgiya sənayesi 1950-
ci illərdən formalaşmağa başladı. 1952-ci ildə Sumqayıt metal zavodu və boru-prokat 
zavodu, 1954-cü ildə Daşkəsəndə dəmir filizi mədəni və filizin alınması üçün zavod 
fəaliyyət göstərmişdir.
Dissertasiya işinin tədqiqat obiyekti üzərində tədqiqatı, laboratoriya və istehsalat 
texnologiya prosesini “METAK”MMC istehsalat və laboratoriya şəraitində həyata 
keçirmişəm.
“METAK”şirkəri 1997-ci ildən başlayaraq Azərbaycan bazarında metal 
məmulatları və polad boruların tədarükü ilə məşğul olan müasir və qabaqcıl 
şorkətlərdən biridir. Hazırki gündə”METAK”plastik boru və fitnqlər, tikinti işkələləri 


18 
və dirsəklər, intensiv bağçılıq üçün avadanlıqlar və məmulatların istehsalçısına 
çevrilib və yerli bazarda mükəmməl şöhrətə nail olub. Bununla yanaşı olaraq, 
təxminən 20 il əvvəl olduğu kimi, şirkət polad boru və metal məmulatlarının tədarükü 
və satışı ilə də məşğuldur.
“METAK”Rusiya, Ukraniya, Türkiyə və digər ölkələrin qabaqcıl polad boru 
vəmetal məmulatları istehsalçıları ilə məşul olur. Bu kateqoriyada METAK şirkətinin 
təqdim etdiyi bütün məhsullar öz əksini tapıb:tikişli və tikişsiz borular, sinklənmış 
borular, polad porifillər və başka metal detallar aiddir[7,8]. 
Yeməkxana təyinatlı malların hazırlanmasında əsasən metal və ərintilərindən 
istifadə olunur. Bu cür qablar daha dayanıqlı və möhkəm olur. Odur ki, metal 
ərintiləri metalların əridilməsindən, tərkibi müxtəlif minerallarla zəngin olan dəmir 
qazıntısından çuqunun ayrılması və metallokeramika metodu ilə alınır.
Metallokeramika metodu metal tozlarının qarışdırılıb, preslənməsi və bişirilməsi 
yolu ilə ardıcıl aparılır. Bişirilmə temperaturu, metalların əridilməsinə sərf olunan 
istilikdən dəfələrlə az olmalıdır. Bu metoda həmçinin tozlanmaya metallurgiya da 
deyilir.
Dövür inkişaf etdikcə metal ərintilərindən istifadə genişləndi. Metal qarışığından 
alınmış ərintilər çoxlu xassəyə maik olduğu üçün, hazırlanan məmulatlar da bir çox 
xassələri özlərində cəm edir.
İstifadə olunan ərintilərdən əsasən çuqun, poladərintilərindən istifadə edilir. İki 
metal qarışığından ibarət olan ərintlər 2-li, üç metal ərintisindən ibarət olanlar isə 3-lü 
və s. adlanır. Texniki sənayedə isə əasən bir neçə metal qarışığından ibarət 
ərintilərindən istifadə olunur. Polad tərkibli ərintilər, dəmir, fosfor, karbon və s. ilə 
zəngin olur. Həmçinin tərkibində az miqdarda oksigen və azota da rast gəlinir.
Satışda olan və zavodlarda istehsal olunan dəmirlər heç vaxt texniki cəhətdən təmiz 
olmurlar. Çünki, onların tərkibinə az və ya çox miqdarda karbon qatırlar ki, məhz 
onun xassələri və xarici görünüşünü yaxşılaşdırsın. Həmçinin tərkibə manqan, xrom, 


19 
nikkel, silisium, molibden əlavə olunurki bu da xassələrinə və xarici görünüşə təsir 
edir.
Dəmirdən poladın və çuqunun alınması aşağıdakı kimi gedir. Əvvəlcə filiz və digən 
materiallar əriməyə hazırlanır, çuqun donma peçlərində əridilir və sonuncu olaraq, 
çuqun, isti təzyiq altında emal olunur. Sonra məmulatın zaqatovkalarda termiki emalı 
və xüsusi dəzgahlarda soyuq emalı ilə başa çatır. Donma peçlərində əridilmək üçün 
xammala dəmir filizi, konsentirə olunmuş yanacaqlar(ağac kömürü, koks) və 
əhəng(CaCO3) aid edilir. Çuqunun alınması üçün dəmir filizinin emalı donma 
peçlərində alınır. Bu proses bərpa olunan prosesdir. Bərpa olunan proses dedikdə 
kimya və metallurgiyada buna oksidlərdən oksigeninin alınması başa düşülür. Donma 
peçlərindəki ərintilərdən isə bərpaedici kimi karbondan və karbon oksidindən istifadə 
olunur. Daş kömür, ağac kömürü, koks karbon tərkibli olmaqla bərpaedici kimi 
istifadə edilir.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin