Cəfərova Gülbahar Şahin qızı (magistrantın s a. a. )


İşin vəzifələri və məqsədi



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix28.06.2022
ölçüsü1,5 Mb.
#62452
1   2   3   4   5   6   7   8   9   ...   45
C-f-rova-G-lbahar

İşin vəzifələri və məqsədi. Hazırki dövrdə respublikamızda istehlak bazarı tam 
azad şəkildə rəqabət mühitindədir. Belə şəraitda əhalinin tələblərinə uyğun və daha 
keyfiyyətli mallar çox satılır. Rəqabətə davamlı istehsal müəsisələri çalışırlar 
ki,yüksək keyfiyyətlə məhsul istehsal etməklə həm ölkədə,həm də xarici bazarlarda 
nüfuz qazansınlar. Belə olan halda əsas məqsəd yüksək keyfiyyətli məhsul istehsal 
etməkdir. 
Bəzən istehsalçı müəsissələr istehsal etdikləri məhsulları bir müddət keyfiyyətli 
istehsal etməklə,özlərinə istehlakçı kütləsi yığır,bir müddətdən sonra əlavə “mənfəət” 
götürmək niyyətilə,xammalın keyfiyyətini aşağı salaraq aşağı keyfiyyətli məhsul 
istehsal edirlər. Lakin bu cür yanaşma heç də doğru yanaşma deyil. Zaman keçdikcə 
məhsulun aşağı keyfiyyətli olması aşkara çıxır və alıcılıq qabiliyyəti azalır,nüfuzu 
sıfıra enir. Müəsissə istəyirsə,ölkədə və ölkə hüdudlarından kənarda da 
tanınsın,keyfiyyətli və rəqabətə davamlı məhsul istehsal etməlidir. 
Yeməkxana təyinatlı metal qabların bazarda satışı zamanı həm keyfiyyətli,həm də 
aşağı keyfiyyətli məhsulların olduğu məlumdur. Lakin bu qablar təyinatına uyğun 
olaraq yeməklərin hazırlanması və saxlanması üçün nəzərdə tutulmuşdursa,məhsulun 
keyfiyyətli olması lazımdır. Bunun üçün keyfiyyətli (müxtəlif təsirlərə 
davamlı,gigyenik,təhlükəsiz) metaldan və istehsalın sadə texnologiyalala aparılması 
nəticəsində,hər bir istehlakçının büdcəsinə uyğun məhsul istehsal edilməlidir.
Metal ərintilərindən istehsal olunan yeməkxana qabların keyfiyyət göstəriciləri 
keyfiyyət standartlarına cavab vermələridir. 
Dissertasiyada aşağıdakı vəzifələr və müddəalar müəyyən edilir: 

Ekspertizanın əsas strukturlarına aid olan elementlərin müəyyən olunması; 

Ekspertiza fəaliyyəti

Əmtəə ekspertizalarının aparılmasının prinsipləri,öyrənilmə sahələrinin təyini 
və metodologiyası; 




Ekspertizanın digər ekspertizalarla müqayisə etdirilməsi və fərqlərin aşkara 
çıxması; 

Ekspertlərin vəzifələrinin və hüquqlarının təyin olunması və keyfiyyətin 
təminində onların rolu; 

Metal qabların ekspertizasının strukturunun təyin edilməsi; 

Ekspertizanın düzgün və dəqiq olması üçün metod və texniki vasitələrin 
öyrənilməsi; 

Ekspertizanın qiymətləndirilməsi üçün sənədləşdirilmənin nizama salınması; 

Metal qabların istehlakçı xüsusiyyətlərini öyrənmək; 

İstehsal prosesində metal qabların istehlakçı xüsusiyyətlərinin formalaşmasını, 
o cümlədən xammalın və istehsal metodlarının xüsusiyyətlərini nəzərə almaq; 

Metal qabların çeşidinin təsnifatı və xüsusiyyətləri ilə tanış olmaq; 

Metal qabların keyfiyyət markalanmasına, qablaşdırılmasına, saxlanmasına dair 
tələbləri öyrənmək; 
Metal qabların keyfiyyətini ekspertiza etməkdə məqsəd,istehlak bazarına buraxılan 
məhsulların istifadə zamanı insan orqaniziminə necə təsir göstərməsidir. Odur ki,hər 
bir məhsulun tərkibinə vurulan metal ərintilərinin faizlə miqdarına düzgün əməl 
olunmalıdır. Əks teqdirdə qida ilə təmasda olması nəticəsində insan orqanizminə 
mənfi təsir göstərəcəkdir. İnsan orqanizminə daxil olan metalın müəyyən faiz 
miqdarının cüzi miqdarı daxil olaraq,zaman-zaman özünü brüzə verəcəkdir.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin