23
23
§1. Ümumi məlumat
Tikintidə təbii daş materialların geniş tətbiqi onların
Yer üzə-
rində geniş yayılması, təbii ehtiyatlarının çox olması və inşaat key-
fiyyətlərinin (möhkəmliyinin, şaxtayadavamlılığının, uzunömürlülü-
yünün) yüksək olması ilə əlaqədardır.
Dağ süxuru Yer qabığını (litosferanı) əmələ gətirən və tərkibi
bir və ya bir neçə mineraldan ibarət olan mineral kütlədir.
Mineral Yer qabığında kimyəvi və fiziki-kimyəvi proseslər nə-
ticəsində
əmələ gələn, az və ya çox dərəcədə bircinsli tərkibə malik
təbii kimyəvi birləşmədir.
Litosfera Yer qabığının bərk hissəsinə deyilir. Litosferanı təşkil
edən qranit, əhəngdaşı, mərmər və başqa süxurlar inşaatda ya təbii daş
materiallar kimi, ya da müxtəlif süni inşaat materiallarının (əhəng,
sement və s.) istehsalında istifadə edilir.
§2. Dağ süxurlarının təsnifatı və quruluş xüsusiyyətləri
Təbii daş materialların xassələrinin ətraflı öyrənilməsində
süxurların təsnifatının (siniflərə bölünməsinin) böyük əhəmiyyəti
vardır.
Dağ süxurlarını əmələ gəlməsinə görə üç qrupa bölürlər: püs-
kürülmüş (maqmatik), çöküntü və metamorfik (şəklini dəyişmiş).
Inşaat materiallarının istehsalında işlədilən dağ süxurlarının
keyfiyyəti onların
mineral tərkibi, quruluşu və teksturası ilə xarak-
terizə olunur.
Dağ süxurunun
quruluşu kristalların (dənələrin) ölçüləri və for-
ması, habelə onların qarşılıqlı əlaqəsi ilə müəyyən edilir.
Süxurlar
aşağıdakı quruluşda olur: kristallik, porfir, dənəli, oolit (yumurtavarı),
gizli-kristallik, balıqqulağılı və s. Eyni mineral tərkibli süxurlar
müxtəlif quruluşda və bununla əlaqədar müxtəlif xassəli ola bilər.
Məs., qranit və kvars porfiri eyni mineral tərkibə, lakin müxtəlif quru-
luşa malikdir və əksinə, müxtəlif tərkibli süxurlar eyni quruluşda ola
bilər, məs., qranit, siyenit və diorit
müxtəlif mineral tərkibdə, lakin
eyni kristallik quruluşdadır.
Dostları ilə paylaş: