N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə21/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   104
N. M. A AB yli

Gilli minerallar. Bu minerallar alümosilikat minerallarının 
aşınması nəticəsində əmələ gəlmişdir. Gilli minerallar bir neçə qrupa 
bölünür. Bunlardan kaolinit, montmorillonit və hidroslüdalar daha 
geniş yayılmışdır. Onlar, əsasən, çöküntü süxurlarını əmələ gətirir.
Kaolinit yaxud sulu alümosilikat (Al
2
O
3

2SiO
2

2H
2
O) çöl şpat-
larının, slüdaların və digər bəzi silikatların aşınma məhsuludur. O, 
adətən, ağ, bəzən isə qonur yaxud yaşılımtıl çalarlı mineraldır. 
Kaolinit gilin əsas tərkib hissəsi olub, sıxlığı 2600 kq/m
3
, bərkliyi isə 
1-dir. 
Montmorillonit bentonit gillərini əmələ gətirir. Rəngi ağ yaxud 
açıq boz, sarımtıl çalarlıdır. Yüksək nəmudma qabiliyyətinə malikdir. 
Suda həcmini çox 

8

10 dəfə artırır. Əhəngdaşı və qumdaşlarının 
tərkibində 3

4 %-ə qədər montmorillonitin olması, onların suya və 
şaxtaya davamlılıqlarını kəskin surətdə aşağı salır. 
Hidroslüdalar slüdaların və bəzi silikatların (məs., çöl şpat-
larının) aşınmasından əmələ gəlmişdir. Hidroslüdalardan, məs., ver-
mikulitdən tikintidə geniş istifadə edilir. Vermikuliti yandıraraq mə-
saməli doldurucular alırlar. Həmin dolduruculardan yüngül beton-
larda, istilik-izolyasiya materiallarının istehsalında istifadə edilir. 
Dəmir-maqnezial silikatlar qrupu 
Bu qrupa daxil olan minerallar tünd rəngli olduğuna görə bəzən 
onları tund rəngli minerallar da adlandırırlar. Süxurların tərkibində 
tünd rəngli mineralların olması onların rəngini tündləşdirir, 
möhkəmliyini və zərbələrə qarşı müqavimətini artırır. Piroksenlərin  
çoxlu növləri vardır ki, bunlardan avgit daha geniş yayılmışdır. Avgit 
qara, yaşılımtıl-qara rəngdə olub, həqiqi sıxlığı 3200

3500 kq/m
3

bərkliyi isə 5

6-dır. 
Amfibollar geniş yayılmış süxur əmələgətirən minerallardır. 
Kimyəvi tərkibinə görə piroksenlərə oxşayır, lakin onlardan tərkibində 
uçucu komponentlərin (H
2
O, F və s.) olmasına görə fərqlənir. 
Amfibollar qrupundan olan minerallardan hornblend daha geniş 


27 
27 
yayılmışdır. Onun rəngi yaşıl və yaşılımtıl-qonurdur. Həqiqi sıxlığı 
3000

3500 kq/m
3
, bərkliyi isə 5,5

6-dır. 
Olivinlər yaşıl rəngli mineral olub, suyun təsirinə davamlılığı 
azdır. Həqiqi sıxlığı 3200

3500 kq/m
3
, bərkliyi isə 6,5

7-dir. O, su ilə 
birləşərək həcmini artırır və serpentinə keçir. Serpentinin bir çox növ-
ləri vardır ki, onlardan biri də  xrizotil-asbestdir Xrizotil-asbest nazik 
liflərdən ibarət material olub, asbest-sement sənayesində və istilik-
izolyasiya materiallarının istehsalında geniş istifadə edilir. 
Karbonatlar qrupu 
Çöküntü və metamorfik süxurlarda rast gələn karbonat qrupu 
minerallarından ən mühümləri kalsit, maqnezit və dolomitdir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin