N. M. AĞABƏyli


Kalsit  yaxud əhəng şpatı



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə22/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   104
N. M. A AB yli

Kalsit  yaxud əhəng şpatı (CaCO
3
) litosferada ən çox yayılmış 
minerallardan biridir. Həqiqi sıxlığı 2600

2800 kq/m
3
, bərkliyi isə 3-
dür. Laylara ayrılması üç istiqamətdədir. Şəffaf yaxud ağ rəngdə olur. 
Kalsitin tərkibində qatışıqlar olduqda onun rəngi çəhrayı, göy, sarı, 
qonur və s. rəngdə olur. Suda az həll olur ( 1l suda 0,03 q). 
Tərkibində aqressiv karbon qazı (CO
2
) olan suda isə kalsit çox həll 
olur, çünki bu halda sönmüş əhəng [Ca(OH)
2
] əmələ gəlir ki, bu da 
CaCO
3
-ə nisbətən suda 100 dəfə artıq həll olur. Kalsitin əsas 
diaqnostik əlaməti onun 10%-li HCl turşusu məhlulunda intensiv 
surətdə qaynamaqla həll olmasıdır. 
Maqnezit (MgCO
3
) kalsitdən ağır və bərkdir. Təbiətdə az ta-
pılır. Rəngi ağ, boz və sarıdır. Həqiqi sıxlığı 2900

3100 kq/m
3
, bərk-
liyi isə 4

4,5-dir. Soyuq turşularla, demək olar ki, reaksiyaya girmir. 
Lakin qızdırılmış xlorid turşusunda həll olur. Odadavamlı materiallar 
və yapışdırıcı maddələr istehsalında istifadə olunur.
Dolomit (CaSO
3

MgCO
3
) fiziki xassələri etibarı ilə kalsitə 
yaxındır, lakin kalsitdən möhkəm və bərk olub, suda az həll olur. 
Şəffaf yaxud ağ, çox vaxt sarımtıl çalarlı mineraldır. Həqiqi sıxlığı 
2900

3100 kq/m
3
, bərkliyi isə 3,5

4-dür. O, 10%-li HCl məhlulunda 
toz halında olduqda, yaxud HCl qızdırıldıqda həll olur. Odadavamlı 
materialların və yapışdırıcı maddələrin istehsalında xammal kimi 
istifadə olunur. Dolomitdən inşaat daşı və beton üçün qırmadaş da 
hazırlanır. 


28 
28 
Sulfatlar qrupu 
Bu qrupdan olan minerallardan ən çox yayılanı gips və anhid-
ritdir. Onlar çöküntü süxurlarının tərkibində olur. 
Gips (CaSO
4

2H
2
O) kristal quruluşludur, bəzən xırda dənəli 
olur. Rəngi ağdır. Tərkibində mexaniki qatışıqlar olan gips göy, sarı 
və ya qırmızı rəngdə olur. Bəzən şəffaf gipsə rast gəlmək də müm-
kündür. Həqiqi sıxlığı 2300 kq/m
3
, bərkliyi isə 1,5-dir. Gips suda nis-
bətən yaxşı (kalsitdən 75 dəfə çox) həll olur. Gipsdən gips yapışdırıcı 
maddələrin, portlandsementin və digər yapışdırıcıların istehsalında 
istifadə edilir.
Anhidrit (CaSO
4
) xarici görünüşcə gipsə oxşayır. Rəngi ağ-
qırmızımtıl və ya göyümtül olur. Anhidrit laylar və damarlar şəklində 
gips və ya daş duz ilə birlikdə təsadüf olunur.Suyun uzunmüddətli 
təsiri zamanı anhidrit gips daşına keçərək həcmini 30%-ə qədər artırır. 
Həqiqi sıxlığı 2800

3000 kq/m
3
, bərkliyi isə 3,5-dir. Anhidritdən ya-
pışdırıcı maddələrin istehsalında istifadə edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin