32
32
Bazalt kimyəvi tərkibinə görə qabro ilə eynidir. Soyuma şə-
raitindən asılı olaraq bazaltın quruluşu kristal şüşə kimidir. Tünd boz
və qara rəngdə olur. Ağır süxurdur. Sıxlığı 2700
3300 kq/m
3
-dur.
Bazaltın sıxılmada möhkəmliyi 500 MPa-a qədər olur. Bazaltın çatları
və
məsamələri olduqda, onun möhkəmliyi kəskin surətdə azalır və
bəzən 100 MPa-a enir. Çox bərk və kövrək süxur olduğundan çətin
emal edilir. Bazalt, başlıca olaraq, yol örtüyü materialı kimi,
beton
işlərində isə doldurucu kimi istifadə edilir.
Tökmə daşların istehsalında bazaltdan xammal kimi istifadə
edilir.
Səpinti və sementləşmiş süxurlar
Bu süxurlar vulkan püskürməsi zamanı
ətrafa çökmüş və se-
mentləşmiş lava hissəcikləridir. Onları səpinti (vulkan külü, vulkan
qumu, pemza) və sementləşmiş (tuf lavası və vulkan tufu) süxurlara
bölürlər.
Vulkan külü vulkan püskürməsi zamanı xırda lava hissəciklə-
rinin tez soyumasından əmələ gələn tozdur.
Kül hissəciklərinin öl-
çüləri 0,1
0,2 mm olur. Rəngi bozdan qaraya qədər dəyişir.
Dostları ilə paylaş: