31
31
Kvarslı porfir şüşəvarı quruluşlu, ayrı-ayrı iri kvars kristalları-
nın dənələri olan süxurdur. Aşınma zamanı həmin dənələrin süxur
kütləsindən ayrılması mümkündür.Boz, yaşılı-qara, qırmızı-qonur və
s. rəngdə olur. Sıxlığı 2400
2600 kq/m
3
, sıxılmada
möhkəmliyi isə
130
180 MPa-dər. Ondan qırmadaş kimi yaxud ədədi daş halında
istifadə edilir.
Kvarssız porfir siyenitin analoqu olub, ona nisbətən daha köv-
rək və temperatur dəyişmələrinə daha az davamlıdır.
Porfirit dioritin analoqudur. Boz, sarımtıl və bozumtul-yaşıl
rəngdə olur. Sıxlığı 2200
2800 kq/m
3
, sıxılmada möhkəmlik həddi isə
60
250 MPa-dır. Porfiritdən üzlük materialı kimi və eləcə də
qırmadaşların hazırlanmasında istifadə edilir.
Traxit kimyəvi tərkibinə görə siyenitə oxşayır, lakin ona nis-
bətən daha məsaməlidir. Ağ, açıq boz və açıq sarı rəngdə olur. Sıxlığı
2200 kq/m
3
, sıxılmada möhkəmlik həddi isə 60
70 MPa-dır. Traxit
yaxşı
emal edilir, lakin pardaqlanmır. Ondan inşaat işlərində divar
materialı kimi istifadə edilir və yüngül beton üçün doldurucular
hazırlanır. Sürtülməyə və aşınmaya az davamlıdır.
Traxitin bir növü olan beştaunit süxuru Şimali Qafqazda çı-
xarılır. Ondan turşuyadavamlı beton üçün
doldurucu kimi istifadə
edilir.
Liparit kimyəvi tərkibinə görə qranitə oxşayır. Rəngi açıq boz,
sarımtıl və yaşılımtıl-ağdır. Sıxlığı 2600
2700 kq/m
3
, sıxılmada
möhkəmlik həddi isə 130
180 MPa-dır. Liparitdən doldurucuların
hazırlanmasında, yol örtüklərində və digər tikinti işlərində istifadə
edilir.
Dostları ilə paylaş: