N. M. AĞABƏyli


§4. Püskürülmüş (maqmatik) süxurlar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə23/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   104
N. M. A AB yli

 
§4. Püskürülmüş (maqmatik) süxurlar 
Yer qabığının çox hissəsi püskürülmüş süxurların payına düşür 
(metamorfik süxurlarla birlikdə, təxminən 90 % təşkil edir). 
Püskürülmüş süxurlar qaynar halda olan mağmanın yerin səthinə 
çıxması və soyuması nəticəsində əmələ gəlmişdir. Onlar massiv və 
qırıntı süxurlarına bölünür. 
Massiv halda yerləşən mağma kütləsinin soyuma dərinliyi sə-
viyyəsindən asılı olaraq, püskürülmüş süxurlar dərinlik və tökülmüş 
süxurlara bölünür. 
Dərinlik (intruziv) süxurları mağmanın yerin müəyyən dərin-
liyində yüksək təzyiq və temperatur şəraitində soyuması nəticəsində 
əmələ gəlmişdir. Belə şəraitdə mağmanın soyuması tədricən getmiş və 
dağ süxurlarını əmələ gətirən mineralların kristallaşması üçün əlverişli 
şərait yaranmışdır. Nəticədə, bir-biri ilə heç bir sementləyici maddə 
olmadan birləşmiş xırda və iri kristallar əmələ gəlmişdir. Belə 
quruluşa qranit quruluş deyilir.
Tökülmüş (effuziv) süxurlar  mağmanın yer üzərində soyuma-
sı nəticəsində əmələ gəlmişdir. Süxurların əmələgəlmə şəraiti yer üzə-


29 
29 
rindəki şəraitə uyğun olduğundan soyuma sürətlə getmiş və dənələr 
əmələ gələ bilməmişdir. Ona görə də tökülmüş süxurlar gizli kristallik, 
yaxud şüşəyəbənzər (porfir) quruluşlu olur.
Qırıntı süxurları vulkan püskürmələri zamanı ətrafa atılan 
lava parçalarının tez soyumasından əmələ gəlmişdir. Bu süxurlar 
səpinti və sementləşmiş süxurlara bölünür. 
Dərinlik (intruziv) süxurları 
Inşaatda istifadə olunan əsas dərinlək süxurlarına qranit, siyenit, 
diorit və qabro aiddir. 
Qranit yer qabığında ən çox yayılmış püskürülmüş süxurdur. 
Tərkibi 60

65 % çöl şpatından (əsasən ortoklazdan), 25

30 % 
kvarsdan və 5

10 % slüdadan (əsasən biotitdən) ibarətdir.
Qranitin sıxlığı 2600

2800 kq/m
3
, sıxılmada möhkəmlik həddi 
isə 120

250 MPa, bəzən isə 300 MPa-a qədər olur. Dartılmada möh-
kəmlik həddi sıxılmada möhkəmlik həddindən 40

60 dəfə azdır. 
Dənələrin ölçüsündən asılı olaraq qranit üç növə bölünür: xırda dənəli, 
orta dənəli və iri dənəli. Xırda dənəli qranit mexaniki təsirlərə çox 
davamlı olmaqla, sürtülmə zamanı bərabər yeyilir və aşınmaya 
davamlı olur. Inşaatda, hidrotexniki və sanitar-texniki tikililərdə 
qranitdən üzlük materialı kimi geniş istifadə edilir. Qranitdən hazırlan-
mış qırmadaşdan yüksək möhkəmlikli və şaxtayadavamlı betonlar 
hazırlanır. 
Siyenit xarici görünüşcə qranitə oxşayır, lakin rəngi tünddür və 
dənəvər quruluşu qranitə nisbətən az seçilir. Tərkibi 80

85 % çöl 
şpatlarından və 10

20 % tünd rəngli minerallardan ibarətdir. Siyenitdə 
kvarsın miqdarı çox az (0

5 %) olur. Kvarsın miqdarı artdıqca (10

20 
%-ə qədər) o, qranitə keçir. Qranitlə siyenit arasında (kvarsın 
miqdarından asılı olaraq) orta bir yer tutan süxur vardır ki, buna 
qranosiyenit deyilir. 
Siyenit möhkəmliyinə görə qranitə yaxındır, lakin aşınmaya 
qarşı ona nisbətən az davamlıdır. Rəngi çəhrayı, qırmızı, açıq boz və 
ağ olur. Siyenitin sıxlığı 2500

2800 kq/m
3
, sıxılmada möhkəmlik 
həddi isə 150

250 MPa-dır. Qranitə nisbətən asan emal olunur. Tətbiq 
sahələri qranitdə olduğu kimidir.


30 
30 
Diorit, əsasən 50

60 % çöl şpatından (plagioklazdan) və 30

35 
% hornblenddən ibarətdir. Onun tərkibində 10 %-ə qədər kvars ola 
bilər. Rəngi boz, tünd boz və çox zaman yaşılımtıl boz olur. 
Dioritin sıxlığı 2700

2900 kq/m
3
, sıxılmada möhkəmlik həddi 
isə 150

300 MPa-dır. Xüsusən, xırda dənəli diorit daha möhkəm olur. 
Onlardan üzlük tavaları və sürtünmə təsirinə mə’ruz qalan məmulatlar 
hazırlanır.
Tərkibinə görə həm qranitə, həm də dioritə yaxın olan süxura 
qranodiorit deyilir. Azərbaycanda Kiçik Qafqaz dağlarının Gədəbəy 
ərazisində qranodiorit yataqları vardır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin