N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə41/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   104
N. M. A AB yli

Əlavələr. Keramik məmulata bu və ya digər xassələr vermək 
üçün onlara müxtəlif əlavələr qatırlar. Belə ki, məsaməliliyi çox, 
istilikkeçirməsi az olan və özündən havanı yaxşı keçirən keramik 
məmulat istehsal etmək üçün gilə məsamə əmələgətirən əlavələr 
qarışdırırlar. 
 
 Bəzək materialları 
Bəzi 
keramik 
məmulatın sanqitar-gigiyenik xassələrini 
artırmaq, sukeçirməsini azaltmaq və xarici görünüşünü yaxşılaşdırmaq 
məqsədi ilə onların səthini nazik (0,1

0,2 mm qalınlığında) bəzək qatı 
ilə 

şir (mina) və anqob ilə örtürlər. 
Şir keramika məmulatının səthinə çəkilən şüşəyəoxşar nazik tə-
bəqədir. O, bişirilmiş keramik məmulatın səthinə çəkilir və sonra mə-
mulatı təkrar bişirdikdə onun səthinə möhkəm yapışır.


54 
54 
Şiri təşkil edən əsas komponentlər aşağıdakılardır: kvars qumu, 
kaolin, çöl şpatı, qələvi-metal duzları, qurğuşun oksidləri, borat 
turşusu və s.
Hazırlanma üsuluna görə şirlər iki cür olur: çiy 

bişirilməmiş, 
əridilmiş. 
Anqob bişirilməmiş keramik məmulatın səthinə çəkilən, ağ ya-
xud rəngli gildən hazırlanan nazik təbəqədir. O, bişirilmə zamanı 
ərimir, buna görə məmulatın səthi donuq rəng əldə edir. 
Məmulatın səthini örtmək və ona gözəl görünüş vermək lazım 
gəldikdə, yaxud şirlə saxsının termik genişlənmə əmsalları eyni olma-
dıqda anqobdan istifadə edirlər. Bu halda anqob şirlə saxsı arasında 
aralıq qat rolunu oynayır. 
Anqob şir hazırlanan materiallardan, lakin başqa nisbətlərdə 
hazırlanır.
 
§ 3. Keramik material və məmulatların istehsalı 
Keramik material və məmulatlar təyinatına, formasına və fiziki-
mexaniki xassələrinə görə müxtəlif olmasına baxmayaraq, onların 
istehsalı təxminən eyni olub, aşağıdakı mərhələlərdən ibarətdir: 
1) gilin çıxarılması, daşınması və saxlanması; 
2) keramik kütlənin hazırlanması; 
3) məmulatın qəliblənməsi; 
4) məmulatın qurudulması; 
5) məmulatın bişirilməsi. 
Bəzi keramik məmulatların (sanitar-texniki keramika, keramik 
borular, tavacıqlar və s.) istehsalında göstərilən mərhələlərlə yanaşı 
bəzək vurma mərhələsindən də istifadə edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin