N. M. AĞABƏyli


§2. Keramik material və məmulatların istehsalı üçün xammal



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə37/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   104
N. M. A AB yli

 
§2. Keramik material və məmulatların istehsalı üçün xammal 
Keramik material və məmulatların istehsalı üçün işlədilən 
xammalı şərti olaraq iki qrupa bölürlər: plastik və qeyri-plastik 
materiallar. Plastik materiallara gillər və kaolin, qeyri-plastik 
materiallara isə yavanlaşdırıcı materiallar, aşqarlar və əlavələr 
daxildir. 


48 
48 
Gillər 
Gilərlin təsnifatı. Su ilə qarışdırıldıqda plastik xəmir əmələ 
gətirən, quruduqda öz formasını saxlayan, bişirildikdə isə daş kimi 
bərkiyən mexaniki çöküntülərə gil deyilir. Gillər tərkibində çoxlu çöl 
şpatı olan püskürülmüş süxurların aşınmasından əmələ gəlmişdir. 
erallar gilə plastiklik verir.
Gilli mineralların xassələri onların kristallik qəfəsələrinin qu-
ruluşu ilə əlaqədardır. 
Kaolinit sıx quruluşlu kristallik qəfəsəyə malik olduğundan o, 
nəmlənmə zamanı özünə az su birləşdirir. Lakin quruma zamanı asan-
lıqla özündən su ayırır. 
Montmorillonitin kristallik qəfəsəsi sıx deyildir (kaolinitə nisbə-
tən) və buna görə o, asanlıqla özünə çoxlu miqdarda su birləşdirir və 
saxlayır. Montmorillonit gillər yüksək plastikliyinə və daha çox 
şişməsinə görə
fərqlənir. 
Illit (hidroslüda) mineralı xassələrinə görə kaolinit və montmo-
rillonit arasında orta mövqe tutur. 
Gilin tərkibində kvars, karbonat, dəmir, sulfat və üzvi qatışıqlar, 
həll olmuş duzlar və digər qatışıqlar olur. 
Tərkibi, başlıca olaraq, kaolinitdən ibarət olan daha təmiz gilə  
kaolin deyilir. Kaolində xeyli miqdarda ölçüləri 0,01 mm-dən kiçik 
hissəciklər olur və o, bişirildikdən sonra ağ rəngini saxlayır. 
Keramik material və məmulatlar istehsalında işlədilən gilləri 
şərti olaraq dörd qrupa bölmək olar: keramik (dulusçuluq), kərpic, 
bentonit və odadavamlı gillər. 
Keramik (dulusçuluq) gillər, başlıca olaraq, gilli minerallardan 
(kaolinitdən, hidroslüdadan) və onların az və ya çox dərəcədə kvars, 
çöl şpatı, dəmir oksidləri, karbonatlar və digər qatışıqlar ilə qa-
rışığından ibarətdir. Belə gillərdən keramika sənayesində üzlük kərpic 
və tavacıqların, boşluqlu blokların, kirəmitin, drenaj və kanalizasiya 
borularının, döşəmə tavacıqlarının, terrakotanın, kaşının, fayans və 
çini məmulatların və s. materialların hazırlanmasında istifadə edilir. 
Kərpic gilləri keramik gillərə nisbətən daha çox qarışıq, mineral 
və dənəli tərkibinə görə dəyişkən olur. Onların tərkibi gilli mi-
nerallardan və xeyli miqdarda kvars, karbonatlar, dəmir oksidləri və 
digər qatışıqlardan ibarətdir. Bu gillərdən gil və yol kərpiclərinin, 


49 
49 
divar bloklarının, kirəmitin, üzlük tavacıqların, yüngül keramik 
doldurucuların (keramzit, aqloporit) istehsalında istifadə edilir. 
Bentonit gillər vulkan tufu, külü və lavalarının kimyəvi parça-
lanma yolu ilə dəyişməsindən əmələ gəlmişdir. Bu gillərin tərkibi əsa-
sən, montmorillonit mineralından ibarətdir. Tərkibində 0,001 mm-
dən kiçik hissəciklərin miqdarı 85

90 %-ə çatır. Bentonit gillərdən 
hidrotexniki və yeraltı tikintilərdə (hidroizolyasiya və kipləşdirici 
material kimi), yolların və uçuş meydançalarının bərkidilməsində, 
keramzit və aqloporitin istehsalında, eləcə də keramika sənayesində 
(plastifikator kimi) istifadə edilir.
Odadavamlı gillər əsasən, kaolinit mineralından ibarət olub, da-
ha təmizdir və tərkibində mexaniki qatışıqlar (kvars, çöl şpatı, slüda, 
karbonatlar) azdır. Onlardan, başlıca olaraq, odadavamlı materialların 
hazırlanmasında istifadə edilir. Belə gillərdən çini məmulat və digər 
keramik materiallar da istehsal edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin