43
43
yarılma və mişarlama yolu ilə alınan daşlar, tavalar və digər material
və məmulatlar aiddir.
Divar daşları sıxlığı 900
2200 kq/m
3
, sıxılmada
möhkəmlik
həddi 0,4
50 MPa olan əhəngdaşlarından və tuflardan alınır. Bu daşla-
rın ölçüləri 390
190
188, 390
190
288 və 490
240
188 mm olur.
Hər bir belə daş hörgüdə 8
12 ədəd kərpici əvəz edir. Divar daşlarının
şaxtayadavamlılığı F 15-dən və yumşalma əmsalı 0,6
0,7-dən az
olmamalıdır. Onlardan xarici və daxili divar hörgülərində,
eləcə də
arakəsmələrdə istifadə edilir.
Divar blokları divar daşlarından ölçülərinin böyük və küt-
ləsinin çox olmasına görə fərqlənir. Bloklar
ya bilavasitə karxanada
süxur kütləsindən, ya da zavodda iri bloklardan
mişarlanma yolu ilə
alınır. Onlar yaşayış, ictimai və sənaye binalarının çox cərgəli
divarlarında istifadə edilir. Bunlardan başqa pəncərəaltı
bloklar da
istehsal edilir.
Bloklar sıxlığı 2200 kq/m
3
-dan az və sıxılmada möhkəmlik həd-
di 5 MPa-dan çox olan süxurlardan hazırlanır.
Üzlük daşlar və tavalar. Bütün üzlük daş materiallar və mə-
mulatlar daş emalı müəssisələrində
bloklardan mişarlama yaxud
yonulma üsulu ilə alınır.
Üzlük daşları tavayaoxşar (qalınlığı 150
250 mm) və piramida
görünüşlü (qalınlığı 300 mm və daha çox) olur.
Xarici üzlük tavaların qalınlığı 40
100 mm olur.
Üzlük daşları və tavalarının üz səthləri kobud emal edilmiş, yo-
nulmuş yaxud sadəcə olaraq düz səthli (mişarlanmış halda) ola da
bilər.
Mişarlanmış tavalar yonulmuş tavalara nisbətən daha davamlı
olur. Belə ki, yonma zamanı tavada mikroçatlar əmələ gəlir.
Kürsü tavaları, karniz detalları, qurşaqlar və binaların digər çı-
xıntı hissələri atmosfer təsirlərinə davamlı sıx süxurlardan hazırlanır
və onların səthlərinə
elə forma verilir ki, yağış və qar suları da-
yanmayıb axa bilsin.
Döşəmələr və pilləkən pillələri üçün olan tavalar sürtülmə və
sürtülüb-yeyilmə təsirlərinə davamlı olmalıdır.
Haşiyə daşları. Küçələri, avtomobil yollarını səkilərdən ayır-
maq üçün haşiyə daşlarından istifadə edilir. Onlar, əsasən,
üç növdə
hazırlanır: düz, lekal və trapes formalı. Haşiyə daşı uzunluğu
44
44
700
2000 mm olan brus formasında olur.
Onun üz tərəfi təmiz, alt
tərəfi isə kobud yonulmuş olur. Hündürlüyü 300 və 400 mm, üst
hissəsinin eni isə 100, 150 və 200 mm-dir.
Dördtin daş. Yol örtüklərində, xüsusən eniş və yoxuşlarda iş-
lədilən paralelepiped formalı daşdır. Üz və alt səthləri düzbucaqlı
formada olub, bir-birinə paraleldir. Yan səthləri isə aşağıya doğru da-
ralır. Sıx və möhkəm dağ süxurlarından yarılma yaxud yonulma üsulu
ilə alınır. Hündürlüyü 100
160, eni 120
150 və uzunluğu 150
250
mm olur.
Dördtin daşların hazırlanmasında işlədilən süxurların sıxılmada
möhkəmlik həddi 100 MPa-dan az, kütləyə görə suhopması isə 0,6 %-
dən çox olmamalıdır.
Qırmadaş
müxtəlif dağ süxurlarının daşqıran maşınlarda
xırdalanmasından alınan kələ-kötür formalı daşdır. Ölçüləri 5
70 mm,
bəzən isə 150 mm-ə qədər olur. Betonlarda iri doldurucu kimi işlədilir.
Dostları ilə paylaş: