N. M. AĞABƏyli


§ 4. Daş və posa ərintilərindən hazırlanan məmulatlar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə72/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   104
N. M. A AB yli

 
§ 4. Daş və posa ərintilərindən hazırlanan məmulatlar
Əridilmiş təbii daş materiallardan və posalardan tökmə üsulu 
ilə müxtəlif formalı və istənilən fiziki-mexaniki xassəli tökmə daş 
məmulatı almaq mümündür. 
Tökmə daşların istehsalında xammal materialı olaraq, püskü-
rülmüş süxurlardan (əsasən, bazalt və diabazdan), çöküntü süxurları 
ilə kvars qumunun qarışığından və eləcə də domna və marten 
posalarından istifadə edilir. Püskürülmüş süxurlardan və posalardan 
hazırlanan tökmə daşlar tünd rəngdə, karbonat süxurlarından 
hazırlanan tökmə daşlar isə açıq rəngdə olur.
Tökmə daşın istehsal texnologiyası aşağıdakı əməliyyatlardan 
ibarətdir: xammal materiallarının hazırlanması (xırdalanması, üyü-
dülməsi və qarışdırılması), şixtanın əridilməsi, məmulatın qəlib-
lənməsi və kristallaşması, tabalma. Xammal kimi posa ərintilərindən 
istifadə edilərsə, onda şixtanın hazırlanması və əridilməsi kimi 
əməliyyatlar aradan qalxır. Belə ki, posalar metallurgiya sobalarından 
birbaşa qızdırılmış mikserlərə (qarışdırıcılara) tökülür. Bunun nəticəsi 
olaraq, posalardan alınan tökmə daşlar süxurların əridilməsindən alı-
nan tökmə daşlara nisbətən ucuz başa gəlir. 
sobalrda (mufel, tunel yaxud kamera sobalarında) 800

900 
0

temperaturda kristallaşdırılır, sonra isə onun tabı alınır. 
Tökmə daş və posa məmulatları yüksək fiziki-mexaniki xassə-
lərə malikdir. Tökmə daşların sıxlığı 2900

3000 kq/m
3
, sıxılmada 
möhkəmlik həddi 200

240 , dartılmada 

20

30, əyilmədə isə 40

50 
MPa-dər. Məsaməliliyi çox az olduğundan (1

2 %) şaxtayada-
vamlılığı yüksəkdir. Tökmə daşların sürtülməsi bir çox təbii daş ma-
terialların (qranitin, bazaltın, diabazın) sürtülməsindən 3

5 dəfə az 
olub, qiymətcə 0,7 q/sm
2
-dır. Onlar yüksək termik davamlılığa 
malikdir.


92 
92 
Diabaz və bazaltdan hazırlanan tökmə daşlar turşuların və qə-
ləvilərin təsirinə davamlıdır. Hətta qaynar turşuların təsirindən belə 
uzun müddət dağılmır. 
Tökmə daşın xətti genişlənmə əmsalı poladın xətti genişlənmə 
əmsalına yaxındır. Buna görə polad karkası daş ərintisi içərisinə 
qoyduqda armaturlu daş, yəni polad-daş materialı almaq mümkündür. 
Bu materialın elastiklik xassələri və möhkəmliyi dəmir-beto-
nunkundan daha yüksəkdəir. Polad-daş materiallarını çoxlu dinamik 
yüklər daşıyan mühüm inşaat konstruksiyaları, məs., körpülər, 
sütunlar, pillələr və s. üçün istifadə etmək mümkündür. 
Tökmə daş məmulatının metal məmulata nisbətən bir sıra üs-
tünlükləri vardır. Metalların alınması mürəkkəb prosesdir və bunun 
üçün yüksəkkeyfiyyətli çoxlu filiz lazımdır. Daşların əridilməsi isə 
nisbətən asandır, bu istehsalatda tullantı yoxdur və sobaya verilmiş 
xammal bütöv ərinti halında çıxır. Tökmə daş hazırlamaq üçün 
istifadə olunan xammal təxminən hər yerdə vardır. 
Tökmə daş və posa məmulatlarından ağır şəraitdə istismar 
olunan 

intensiv sürtülmə, dəfələrlə donma və donu açılma, aqressiv 
mühitin təsirlərinə məruz qalan məsul konstruksiyaların hazır-
lanmasında istifadə edilir. Onlardan, həmçinin küçələrin və yolların 
döşənməsi üçün daşlar, metropoliten üçün üzlük materiallar, bünövrə 
yastıqları, su və buxar kəməri boruları, elektrik izolyatorları, 
dəyirmanlar üçün kürələr, heykəltaraşlıq detalları və s. material və 
məmulatlar hazırlanır.
Daş və posa ərintilərindən hazırlanan çoxməsaməli və lifli ma-
teriallar haqında «Istilik-izolyasiya materialları» fəslində məlumat 
veriləcəkdir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin