N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə73/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   104
N. M. A AB yli

V FƏSIL 
 
MINERAL YAPIŞDIRICI MADDƏLƏR 
 


93 
93 
§ 1. Ümumi məlumat 
Su ilə qarışdırıldıqda plastik xəmir halına düşən, sonra fiziki-
kimyəvi proseslər nəticəsində daş halına keçən narın üyüdülmüş toz 
halında olan materiallara mineral (qeyri-üzvi ) yapışdırıcı maddələr 
deyilir. Mineral yapışdırıcı maddələrdən maqnezial yapışdırıcı 
maddələr və turşuyadavamlı sement müstəsna olaraq, su ilə deyil, 
müvafiq olaraq maqnezium duzlarının sulu məhlulu və maye şüşə ilə 
qarışdırılır.
Mineral yapışdırıcı maddələr havada, suda (hidravlik) və 
avtoklavda bərkiyən yapışdırıcı maddələrə ayrılır. 
Havada bərkiyən yapışdırıcı maddələr yalnız havada bərkimək 
və uzun müddət öz möhkəmliyini saxlamaq yaxud artırmaq qabi-
liyyətinə malikdir. Bunlara əhəng, gips və anhidrit, maqnezial ya-
pışdırıcı maddələr, maye şüşə və turşuyadavamlı sement aiddir. 
Hidravlik yapışdırıcı maddələr  həm havada, həm də suda bər-
kimək və uzun müddət öz möhkəmliyini saxlamaq yaxud artırmaq qa-
biliyyətinə malikdir. Belə yapışdırıcı maddələrə hidravlik əhəng, 
romansement, portlandsement və onun növləri, alüminat və genişlənən 
sementlər, putsolanlı və posalı yapışdırıcı maddələr daxildir. 
Avtoklavda bərkiyən yapışdırıcı maddələr doymuş buxarın 
0,8

1,5 MPa təzyiqi altında və 175

180 
0
S temperaturda avtoklav 
emalı zamanı daha effektiv bərkimə qabiliyyətinə malikdir. Bunlara 
əhəng-silisium, əhəng-posa, əhəng-kül, nefelin sementi və s. yapış-
dırıcılar aiddir.
A. HAVADA BƏRKIYƏN YAPIŞDIRICI MADDƏLƏR 
 
§ 2. Gips və anhidrit yapışdırıcı maddələr 
Gips və anhidrit yapışdırıcı maddələrin istehsalında əsas xam-
mal olaraq, gips daşından (CaSO
4

2H
2
O) istifadə edilir. Bundan başqa 
anhidritdən (CaSO
4
), gipslə gilin təbii qarışığı olan gəcdən və gips 
tərkibli sənaye tullantılarından da gips yapışdırıcı maddələr istehsal 
olunur. 


94 
94 
Gips daşı anhidritə nisbətən daha geniş yayılmışdır. Təmiz gips 
daşı yataqlarına çox az hallarda rast gəlmək mümkündür. Adətən, 
onların tərkibində 10

15 % və daha çox miqdarda qatışıqlar olur. 
Anhidrit yataqları gips daşı yataqları arasında yerləşmiş olur. O, qrunt 
suları təsirindən tədricən hidratlaşaraq gips daşına çevrilir. Odur ki, 
anhidritin tərkibində 10

15 % və daha çox gips daşı olur. 
Xammalın yandırılma şəraitinə, habelə tutma və bərkimə 
sürətinə görə gips yapışdırıcı maddələr iki qrupa bölünür: aşağı və 
yüksək temperaturda yandırılan yapışdırıcılar.
Xammalı aşağı temperaturda yandırılan yapışdırıcı maddələr tez 
tutma və tez bərkimə qabiliyyətinə malikdir və onların tərkibi başlıca 
olaraq, CaSO
4

0,5H
2
O-dan ibarətdir. Bu yapışdırıcılara inşaat, 
yüksəkmöhkəmlikli (texniki), qəlib və tibb gipsləri aiddir. 
Xammalı yüksək temperaturda yandırılan yapışdırıcının əsas 
tərkibi CaSO
4
olub, tədricən tutma və tədricən bərkimə qabiliyyətinə 
malikdir. Bunlara anhidrit sementi və estrix (döşəmə) gips aiddir. 
 
Inşaat gipsi 
Inşaat gipsi gips daşının 150

170 
0
S temperaturda termik emal 
edilməsindən alınan yapışdırıcı maddədir. Bu zaman gips daşının 
tərkibində olan CaSO
4

2H
2
O dehidratasiya olunaraq (susuzlaşaraq) 

modifikasiyalı yarımsulu gipsə çevrilir: 
CaSO4
4

2H
2
O = CaSO
4
·0,5 H
2
O+1,5 H
2
O. 
Bu reaksiya izotermik reaksiyadır və onun getməsi üçün, yəni 1 
kq yarımsulu gips almaq üçün 588 kC istilik lazımdır.
Inşaat gipsinin istehsalı əsasən üç mərhələdən ibarətdir: gips 
daşının xırdalanması, üyüdülməsi və termik emalı.
 
Gips daşı qazanda qızdırılan zaman dehidratasiya olur və 
tərkibindəki su buxar halında ayrılır. Bu halda qızdırılma rejiminə cid-
di əməl olunmalıdır. Belə ki, temperatur 180

200 
0
S-yə qaldırılarsa, 
onda gips daşı tam susuzlaşar və bu da onun keyfiyyətinin aşağı 
düşməsinə səbəb olar. Gips daşı 140

160 
0
S temperaturda 1,5

3 saat 
termik emal edildikdə yaxşı keyfiyyətli yapışdırıcı alınır. Qızdırılma 
müddəti 3

4 saata çatdırıldıqda və gipsə onun kütləsinin 0,1

0,15 %-i 
qədər xörək duzu əlavə etdikdə daha yaxşı keyfiyyətli gips 


95 
95 
yapışdırıcısı alınır. Belə gipsin normal qatılığı 40

45 %-ə enir və 
sıxılmada möhkəmlik həddi 15

16 MPa-a qədər artır. 
Gips bişirmə qazanlarının tutumu 3

15 m
3
olur və gips qazanda 
qızdırılan zaman tüstü qazları ilə təmasda olmadığından daha təmiz 
yapışdırıcı alınır. 
Yüksək möhkəmlikli gips 
Təbii gips daşından yüksək möhkəmlikli gips almaq üçün iki 
üsuldan istifadə edilir: təzyiq altında buxarla emal etmə və maye 
mühitində qaynatma. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin