N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə75/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   104
N. M. A AB yli

Üyüdülmə narınlığı. Gips yapışdırıcı maddələrin su tələ-
batına, möhkəmliyinə və bəzi xassələrinə, onların üyüdülmə na-
rınlığının böyük təsiri vardır. Standarta əsasən üyüdülmə narınlığı 02 
№-li ələkdə qalan qalığın %-lə miqdarına görə qiymətləndirilir.

Su tələbatı. Yarımsulu gipsin hidratasiyası üçün nəzəri su-
rətdə 18,6 % (kütləyə görə) su lazımdır. Lakin təcrübədə normal 


97 
97 
qatılıqlı inşaat gipsi xəmiri almaq üçün 50

70 %, yüksəkmöhkəmlikli 
gips xəmiri almaq üçün isə 35

45 % su götürülür. Bunun nəticəsində 
bərkimiş gips yüksək məsaməlilikli olur. Gipsə qatılan suyun 
miqdarının artırılması, onun möhkəmliyinin azalmasına səbəb olur. 
Gipsin üyüdülmə narınlığı artdıqca onun su tələbatı da artır. 
Gipsə, onun kütləsinin 0,1

0,3 %-i qədər tutmanı ləngidən 
(əhəng, yapışqanlı su, suda həll olan polimerlər və s.) əlavələr qat-
maqla su tələbatını xeyli azaltmaq olur. 

 Tutma müddəti. Inşaat və yüksək möhkəmlikli gipslər tez tu-
tan yapışdırıcı maddələrdir. Gips yapışdırıcı maddələr tutma müd-
dətinə görə üç növə bölünür: tez bərkiyən 

tutmasının başlanğıcı tezi 
2 dəq., tutmasının sonu geci 15 dəq.; normal bərkiyən

tutmasının 
başlanğıcı tezi 6 dəq., tutmasının sonu geci 30 dəq.; yavaş bərkiyən 

tutmasının başlanğıcı tezi 30 dəq., tutmasının sonu isə normalaşdırıl-
mır.
Yarımsulu gipsin tez tutması, əksər hallarda, onun müsbət xas-
səsidir və bu xassə məmulatı qəliblərdən tez çıxarmağa imkan ve-
rir.Lakin bəzi hallarda gipsin tez tutması xoşa gəlməzdir. Belə ki, 
çoxlu miqdarda gipsi su ilə qarışdırmaq mümkün olmur. Gipsin tutma 
müddətini nizamlamaq (tezləşdirmək və ləngitmək) üçün ona su ilə 
birlikdə müxtəlif əlavələr qatılır. 

 Möhkəmlik. Gips yapışdırıcı maddələrin möhkəmliyi normal 
qatılıqlı gips xəmirindən hazırlanmış 40

40

160 mm ölçülü prizma 
formalı nümunələri sınamaqla təyin edilir. Nümunələr hazırlandıqdan 
2 saat sonra əvvəlcə əyilməyə, sonra isə sıxılmaya (sındırılmış tircik 
parçalarını) sınayırlar. 
Cədvəl 5. 1-də müxtəlif markalı gips yapışdırıcı maddələrin 
möhkəmlikləri verilmişdir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin