N. M. AĞABƏyli


§ 4. Maye şüşə və turşuyadavamlı sement



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə78/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   104
N. M. A AB yli

 
 § 4. Maye şüşə və turşuyadavamlı sement 
Maye şüşə 
Üyüdülmüş kvars qumu (SiO
2
) ilə sodanın (Na
2
CO
3
), potaşın 
(K
2
CO
3
) yaxud natrium -sulfatın qarışığından ibarət olan şixtanın 
şüşəəridən sobada 1300

1400 
0
S temperaturda 7

10 saat müddətində 
əridilməsindən alınan kütləyə maye şüşə deyilir. Sobada qum ilə soda 
arasında, yaxud qum ilə potaş arasında aşağıdakı reaksiyalar gedir: 
Na
2
CO
3
+ mSiO
2
= Na
2
O

mSiO
2
+ CO
2

K
2
CO
3
+ mSiO
2
= K
2
O

mSiO
2
+CO
2

Kvars qumunu natrium-sulfatla birlikdə əritdikdə şixtaya 
hökmən kömür qatılır. Kömür natrium-sulfatı reduksiya edib, natrium-
sulfitə çevirir ki, o da SiO
2
ilə tam reaksiyaya girir: 
2Na
2
SO
4
+ mSiO
2
+ C = 2Na
2
O

mSiO
2
+ 2SO
2
+ CO
2

Beləliklə, maye şüşə suda həll olan natrium yaxud kalium si-
likatdır. Çox zaman natrium əsaslı maye şüşə işlədilir, çünki soda və 
natrium-sulfat potaşa nisbətən daha ucuz və tapılan materiallardır.
Əridilmiş kütlə sobadan çıxarıldıqdan sonra soyudulur. So-
yudulma həm hava ilə, həm də su ilə aparıla bilər. Silikat ərintisini 
havada soyutduqda iri silikat parçaları, suda soyutduqda isə xırda 
silikat dənələri alınır. 
Silikat parçaları (dənələri) adi şəraitdə suda həll olmur. Onları 
həll etmək üçün avtoklav yaxud qeyri-avtoklav üsulundan istifadə 
edilir. Avtoklav üsulu daha geniş yayılmışdır. Bu üsulda silikat 
parçaları avtoklava doldurularaq 0,6

0,8 MPa təzyiq altında 
buxarlandırılır (150 
0
S temperaturda). Buxarın təsirindən silikat 
parçaları yenidən əriyir və bununla maye şüşə alınır. Silikat dənələri 
qeyri-avtoklav üsulla, normal atmosfer təzyiqində, xüsusi aparatda 
90

100 
0
S temperaturlu su ilə maye şüşəyə çevrilir. 


104 
104 
Maye şüşə kolloid məhlul olub, yapışdırıcılıq qabiliyyətinə 
malikdir. Onun sıxlığı 1350

1500 kq/m
3
-dur. Tərkibində 50

70 % su 
olur. 
Maye şüşə yalnız havada bərkiyir.
Maye şüşə turşuya və oda davamlı yaxmaların, məhlulların və 
betonların hazırlanmasında tətbiq edilir. Ondan, həmçinin oddan 
mühafizə boyaları hazırlamaq, beton üzərində ağ nefti keçirməyən 
suvaq düzəltmək və qruntları bərkitmək üçün də istifadə olunur. Maye 
şüşədən uzunmüddət su, qələvi, habelə fosfor, hidrogen-flüorid və 
H
2
SiF
6
turşularının təsirinə məruz qalan konstruksiyalarda istifadə 
etmək olmaz. 
Turşuyadavamlı sement 
Kvars qumu ilə dinatrium-silisium-heksaflüoridin (Na
2
SiF
6

birlikdə üyüdülməsindən və ya ayrıca üyüdülərək mükəmməl surətdə 
qarışdırılmasından alınan materiala turşuyadavamlı sement deyilir. Bu 
sement maye şüşə ilə qarışdırıldıqdan sonra havada bərkiyərək 
möhkəm daş halına keçir və bir çox mineral və üzvi turşuların təsirinə 
davamlı
olur. 
Təyinatına görə maye şüşə iki tipdə buraxılır: I tip 

turşuya-
davamlı yaxmalar üçün, II tip 

turşuyadavamlı məhlullar və betonlar 
üçün. I tip sementdə Na
2
SiF
6
-in miqdarı (kütləyə görə) 4 

0,5 %, II 
tip sementdə isə 8 

0,5 % olmalıdır. Kaliumlu maye şüşədən istifadə 
olunduqda onun miqdarı 14

0,5 % götürülür. Kvars qumunun 
tərkibində SiO
2
-nin miqdarı (kütləyə görə) azı 95 % olmalıdır.
Turşuyadavamlı sementin tutmasının başlanğıcı I tip sement 
üçün 40 dəqiqədən, II tip sement üçün 20 dəqiqədən tez, tutmasının 
sonu hər iki tip sement üçün 8 saatdan gec olmamalıdır. Sementin 
narınlığı 008 və 0056 №-li ələkdə qalan qalığın miqdarı ilə xarakterizə 
olunur və bu miqdar hər iki növdən olan sement üçün müvafiq olaraq, 
10 və 30 %-dən çox olmamalıdır.
Digər yapışdırıcı maddələrdən fərqli olaraq turşuyadavamlı 
sement H
2
S və H
2
SiF
6
turşularından başqa bütün mineral turşuların 
təsirinə davamlıdır. Lakin o, qələvilərin, qaynar suyun, su buxarının 
təsirindən dağılır. Odur ki, turşuyadavamlı sement yalnız turşu 
mühitində istifadə edilməlidir. 


105 
105 
Turşuyadavamlı sementdən turşuyadavamlı yaxmalar, məhlullar 
və betonlar hazırlanır. Onun köməyi ilə ədədi turşuyadavamlı 
materialları kimya aparatlarının və başqa konstruksiyaların səthinə 
yapışdırırlar.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin