N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə79/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   104
N. M. A AB yli

 
§ 5. Hava əhəngi 
 
Tərkibində 8 %-ə qədər gil qatışıqları olan karbonat süxur-
larının 1000

1200 
0
S temperaturda yandırılmasından alınan yapış-
dırıcı maddəyə hava əhəngi deyilir.
Hava əhənginin aşağıdakı növləri vardır: sönməmiş əhəng 
(kəsək halında olan), hidrat əhəng və əhəng xəmiri, üyüdülmüş 
sönməmiş əhəng.
 
Sönməmiş əhəng (kəsək halında) 
Sönməmiş əhəngin istehsalı aşağıdakı mərhələlərdən ibarətdir: 
əhəng 
daşının 
çıxarılması, 
hazırlanması 
(xırdalanması 
və 
çeşidlənməsi) və yandırılması. 
Əhəngdaşını daş karxanasında açıq üsulla çıxarırlar. Sıx 
süxurları isə partlatma yolu ilə əldə edirlər. Daş parçalarının 
(kəsəklərinin) ölçüləri sobanın tipindən asılı olaraq müəyyən edilir.
Əhəngin istehsalında əsas mərhələ əhəngdaşının yaxud təbaşirin 
yandırılmasıdır. Bu mərhələdə əhəngdaşının əsas komponenti olan 
kalsium karbonatın parçalanması aşağıdakı reaksiya üzrə gedir: 
CaCO
3
= CaO + CO
2

Yandırıldıqdan sonra alınan material ağ və ya boz rəgli olub, 
əsas tərkibi CaO-dan ibarətdir ki, buna da sönməmiş əhəng deyilir.
Əhəngdaşının yandırılması zamanı onun kütləsi çox azalır, 
çünki təmiz əhəngdaşından 44 % karbon qazı ayrılır. Əhəngdaşının 
həcmi isə təxminən 10 % azalır. Buna görə də əhəng parçaları çox 
məsaməli quruluşlu olur.
Əhəngdaşının və digər növ xammalın yandırılması müxtəlif 
sistemli sobalarda və çox zaman arasıkəsilmədən işləyən şaxta və 
fırlanan sobalarda aparılır. 


106 
106 
Sobadan çıxarılmış sönməmiş əhəngi anbara vaqonetlərlə yaxud 
lentli konveyerlərlə daşıyırlar. Əhəngi mexanikləşdirilmiş bunker və 
ya silos tipli anbarlarda saxlayırlar. 
Sönməmiş əhəng xüsusi avadanlıqlı avtomaşınlarla, vaqonlarla 
və digər növ nəqliyyat vasitələri ilə daşınır. Daşınma və saxlanma 
zamanı əhəng nəmlənməkdən qorunmalıdır. 
 
Hidrat əhəng və əhəng xəmiri 
Sönməmiş əhəngi tikintidə işlətməzdən qabaq onu üyütmək və 
ya söndürüb hidrat əhəng yaxud əhəng xəmiri halına salmaq lazımdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin