111
111
Hidravlik əhəngin həqiqi sıxlığı 2600
3000 kq/m
3
, təkmə sıx-
lığı sıxlaşdırılmamış halda 700
800 kq/m
3
, sıxlaşdırılmış
halda isə
1000
1100 kq/m
3
-dur. O, sarımtıl və ya boz rəngli yapışdırıcı
maddədir.
Hidravlik əhəng tədricən tutan yapışdırıcıdır. Tərkibindəki
sərbəst CaO-in miqdarından asılı olaraq, onun tutmasının başlanğıcı
0,5
2 saat, tutmasının sonu isə 8
16 saatdır.
Hidravlik əhəngin sıxılmada möhkəmliyini t’yin etmək üçün
1:3 nisbətli (kütləyə görə) az plastiklikli məhluldan 70,7
70,7
70,7
mm öçülü kub nümunələr hazırlanır. 28 günlük nümunələrin sıxılmda
möhkəmlik həddi güclü hidravlik əhəng üçün 5 MPa-dan, zəif
hidravlik əhəng üçün isə 1,7 MPa-dan az olmamalıdır.
Hidravlik əhəngi 02 №-li ələkdən keçirdikdə alınan qalıq 1
%-dən, 008 №-li ələkdən keçirdikdə isə 15 %-dən çox olmamalıdır.
Hidravlik əhəng, başlıca olaraq, hörgü və suvaq məhlullarının
hazırlanmasında işlədilir. Belə məhlul yerüstü və yeraltı tikintilərdə
işlədilə bilər. Güclü hidravlik əhəngdən binanın
müxtəlif hissələri
üçün aşağı markalı yüngül və ağır betonlar hazırlamaq olar. Onun
əsasında qarışıq sementlər: əhəng-posa, əhəng-putsolan və s. ya-
pışdırıcılar hazırlanır.
Romansement
Tərkibində 25 %-dən çox gil qatışıqları olan təmiz və dolomitli
mergel daşlarının yandırılmasından və narın üyüdülməsindən alınan
yapışdırıcı maddəyə
romansement deyilir. Romansementin xassələrini
nizamlamaq üçün ona 5 %-ə qədər müxtəlif modifikasiyalı gips,
habelə 15 %-ə qədər aktiv mineral əlavələr qatılır.
Romansementin istehsalı mergelin çıxarılmasından,
tələb olu-
nan ölçülərdə xırdalanmasından, yandırılmasından və yandırılmış
materialın üyüdülməsindən ibarətdir. Xammal, əsasən, şaxta, bəzi
hallarda isə fırlanan sobalarda 900
1100
0
S temperaturda yandırılır.
Bu zaman mergeldə olan kalsium və maqnezium karbonatlar
parçalanır, kalsiumun silikat, alüminat və ferritləri əmələ gəlir. Buna
görə də romansement suda bərkimə qabiliyyətinə malikdir.
112
112
Romansementin həqiqi sıxlığı 2600
3000 kq/m
3
-dur. Sıxlaş-
dırılmamış halda tökmə sıxlığı 800
1000, sıxlaşdırılmış halda isə
1000
1300 kq/m
3
-dur.
Standarta görə romansementin tutmasının başlanğıcı 20 də-
qiqədən tez, tutmasının sonu isə 24 saatdan gec olmamalıdır. O, dörd
markada istehsal olunur: 25, 50, 100 və 150.
Romansement hörgü və suvaq məhlulları, habelə aşağı markalı
betonlar hazırlamaq üçün işlədilir.
Ondan buxara verməklə divar
daşları və kiçik bloklar da hazırlana bilər.
Dostları ilə paylaş: