K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə13/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   9   10   11   12   13   14   15   16   ...   79
Gəncliyin fəlsəfəsi

Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 54-55. 


-42 -
Mən qalamağa and içmişəm. 
Kim qalib olacaq, hələ bilmirik, 
Ancaq bütün qalan günlərimi, gücümü 
Despotluqla döyüşə həsr etmişəm!
1

Gənc cəmiyyətin gücünü görür, öz üzərində bu təzyiqi 
hiss edir, boğulur, lakin içindəki müdriklik, ruhunun qüdsi 
aləmlə bağlılığı onu sınmağa qoymur, icazə vermir. Şellinq 
qorxunun təhlili nəticəsində belə qərara gəlir ki, «həyata xas 
olan qorxunun özü insanın olmalı olduğu mərkəzdən qovur; 
belə ki, bu mərkəz istənilən iradənin saf mahiyyəti kimi hər 
xüsusi iradə üçün məhvedici oddur; orada yaşamaq üçün in-
san hər bir xüsusi üçün ölməlidir, ona görə də mərkəzdən kə-
nara çıxma cəhdi və orada öz mən-i üçün rahatlıq tapması, 
demək olar ki, zəruridir. Buradan da xüsusiyyətin həqiqi yox 
olması üçün günah və ölümün ümumi zərurəti irəli gəlir və 
hər bir insan iradəsi oddan keçirmiş kimi ondan keçməlidir 
ki, təmizlənsin».
2
Bəli, gənc çirkab dolu cəmiyyətlə mübarizə apara-apa-
ra təmizlənir, dəmir kimi «odda qovrula-qovrula» möhkəm-
lənir. Öz qorxusuna qalib gələ-gələ gəncin bütün digər hərə-
kətləri də bu üsyankar hisslə tərbiyə olunmağa, bu iradəyə 
tabe olmağa başlayır. Kyerkeqorun fikrinə görə, «iradə – dia-
lektik fəaliyyətdir ki, o da öz növbəsində insanın aşağı 
təbiətini idarə edir».
3
Bir belə təzyiqin altında gənc özündə 
bu iradəni tapmağa məcburdur. Bunu ondan missiyası tələb 
edir. Ülvi yazır:
1
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 28. 
2
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 993. 
3
Кйеркегор С. Ады чяк. ясяр, с. 318-319. 


- 43 -
 
Əskim nə qədər tüstülənməlidir, 
Tüstüdən qalmayıb həyatda bir iz, 
Əskim tüstülənir, yox, daha yetər, 
Yanmaq istəyirəm, yanacam gec-tez
1

 
Bu, kor, dağıdıcı üsyan deyil. Bu, insanlara həqiqət qa-
pısı olmaq, onların qaranlıq dünyasını nurlandırmaq, cılız 
qorxudan qurtarıb müqəddəs qorxunu tanıtmaq arzusudur. 
Ola bilsin bunu nəzərdə tutan Kyerkeqor yazır: «Günah – 
Allah qarşısında mütəəssirlikdir ki, özü olmaq istəyəndə və 
ya olmaq istəməyəndə».
2
Bayron da bütün nifrətini bu 
qaranlığa yönəldərək yazır: 
Biz koruq, həqiqət qaranlıqdır, 
Təbiətin dilini biz anlamırıq. 
… 
İnsan sadə azadlıqdan məhrumdur 
Hökm verməkdən, düşünməkdən, özü olmaqdan 
Düşüncə hüquqsuz kölədə doğulur
3

Yeri gəlmişkən, burada əhəmiyyətli bir ana da işıq sa-
laq. Gənclərin içində səbəbi çox vaxt naməlum qalan bir 
üsyanın, nifrətin olması təbii bir haldır. Təfəkkürünün yeni-
yeni formalaşması dövrünü əhatə edən bu halın dağıdıcı bir 
nəticə verə bilməsi də heç kəs üçün gizli deyil. Hər halda 
narkomaniyanın, hansısa gizli bir qüvvəyə xidmət edən 
fanatizmin, pozğunluğun, əsl mahiyyətinə bələd olmadan 
müxtəlif cəmiyyətlərə qoşulmağın, ümumiyyətlə, içindəki 
1
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 50. 
2
Кйеркегор С. Ады чяк. ясяр, с. 320. 
3
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 100. 


-44 -
insanlığı məhv edən adətlərin günü-gündən artması dedik-
lərimizə bariz nümunə ola bilər. Bu səbəbdən biz dönə-dönə 
ruhun ilahi aləmlə əlaqəli olmasının vacibliyini vurğulayırıq. 
Qorxu yalnız Allahdan olmalıdır, məhz bu qorxu insanı digər 
keçici, alçaldıcı qorxulardan xilas edir və insana içindən 
gələn Haqq səsi duymağa imkan verir. Lermontov öz qəlbini 
ümidlərin gömüldüyü okeana bənzədərək yazır: 
 
Sən ey tutqun ümman, o sirlərini 
Kim aşkar eləyər, kim öyrənər bəs? 
Kim açar kütləyə fikirlərini
Özümmü? Allahmı? Yoxsa ki, heç kəs!
1
 
 
Müşfiq də öz şeirində belə bir müraciət edir: 
 
Dərinlik çox gözəldir, sadə olursa, 
Nə çıxar o şeirdən başımı yorsa? 
Mənalı səslərinlə, şeirim incələş 
bir kaman kimi
Hər şey sadələşmədə, sən də sadələş 
hər insan kimi! 
2
 
Gənc bilir ki, o, bir ilahi əmanətin daşıyıcısıdır. O, həm 
də bilir ki, yalnız deyil, onunla birlikdə təbiət də həmin hik-
məti söyləyir. Sadəcə, onu dinləməyi bacarmaq lazımdır. Bu 
səbəbdən Şellinq hesab edir ki, «insan təbiətin xilaskarıdır, 
ona bir məqsəd kimi təbiətin bütün təzahürləri istiqamətlə-
nib. İnsanda söylənən söz təbiətdə qaranlıq, peğəmbəranə 
(hələ tam deyilməmiş) sözdür».
3
İnsan bu sözü bəşəriyyətə 
1
Лермонтов М.Й. Ады чяк. ясяр, 2006, с. 37. 
2
Мцшфиг М. Ады чяк. ясяр, с. 89. 
3
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 1026.


- 45 -
deməyə məsul edilib və onu deyə bilməmək qorxusu bütün 
digər qorxuları üstələyir. O, bu sözü eşitməz edən hər şeyə 
qarşı üsyan edir, özünü fəda edir. Lermontov yazır: 
 
Mən yerlərdə səadəti dərk edib, duyar, 
Dərin mavi göylərdə də görrəm Allahı.
1
 
 
Bizim istedad və missiyadan başlayan söhbətimizin 
qorxu məcrasına yönəlməsi bir təsadüf deyil. Missiyanın ver-
diyi, daha dəqiq desək, düçar etdiyi çaşqınlıq, qorxu hissi 
yüksələn xətt boyu inkişaf edir. Hüznlə, kədərlə başlayan bu 
yolda qorxu nifrət, üsyan və nəhayət cəngavərliklə əvəz 
edilir. Ən vacib olanı isə budur: bu uzun və ülvi yolun 
aparıcısı – ruhdakı müqəddəslik hissi, məqsədi – bəşəriyyətə 
Həqiqəti, Gözəlliyi, Ədaləti, Xeyiri çatdırmaq, yolun başında 
isə Allah özü durur. Başqa sözlə desək, məhz ruhunun ilahi 
aləmlə əlaqəsinin nurudur ki, bu gənclərə hər kəsin yaşadığı 
hisslərin daha ali qatını yaşada bilir, bu sərt mübarizədə öz 
ruhlarının saflığını, ülviyyətini qoruyub saxlamağa yardım 
edir. Bayron yazır: 
 
Azad düşüncəli ədəbi Ruh, – 
Azadlıq, sən zindanda daha nurlusan! 
Bütün xalqın ən yaxşı qəlbləri 
Sən qoruyur, səninlə nəfəs alır.
2
 
 
Ülvi yazır: 
Bir insan ki, xalq oduna qalana, 
Alovu sönsə də, közü qalacaq. 
1
Лермонтов М.Й. Ады чяк. ясяр, 2006, с. 51. 
2
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 159. 


-46 -
Bir insan ki, o eşq ilə yarada, 
Özü qalmasa da, izi qalacaq.
1
 
Bu yolun gedişi həyatın özü, insanlığın mahiyyətinin 
dərkidir. Gənc bu yolu keçdikcə müdrikləşir. Təfəkkürünün 
fəlsəfə qatına yüksələ bilir.
 
1
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 42-43. 


- 47 -

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin