İnsan ömrü –
dəqiqələr, saniyələr…
Bu anların biri boşsa,
1
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 55.
2
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 262.
3
Кйеркегор С. Ады чяк. ясяр, с.184.
-52 -
İnsan ömrü
bu boşluqdan,
soyuq çəkər.
1
Bu anın sehridir ki, ona bənd olan gənc bir daha ondan
aralanmaq istəmir, onun arzusu ilə yaşayır. Bu anın
qüdrətidir ki, gəncdə bəşəriyyət qarşısında bir cavabdehlik
yaradır – gənc özündə bəşəriyyəti xilas edə biləcək bir güc,
yenilik gətirə biləcək bir əzm hiss edir.
İki hiss qarışır bir-birinə: güclü enerji və sonsuzluqla
əlaqə imkanı. Ziddiyyətin dialektikasının tələbi, hökmü ilə
gənc axtarışa çıxır – bu ikisini birləşdirən, hər ikisini tam
əhatə edə bilən bir şeyin axtarışına. Bu, naməlum, sonu
görünməyən bir axtarışdır və ilk addımını atan gənc əvvəlcə
qarşıda duran bu yolun uzunluğundan qorxur. Ülvi yazır:
Yollara baxıram gözüm qaralır,
Görəsən hayana gedir bu yollar?
Vallah, qınamayın, sona çatınca
Ayağı demirəm, ürək yorular.
Hayanadı bu yollar?
2
Lakin axtarış toxumu gəncin qəlbinə düşəndən cücər-
məyə başlayır və onun rahatlığını əlindən alır. Bu səbəb-
dəndir ki, Şihabəddin Sührəvərdi 37 yaşına kimi yazdığı 52
əsərində dövrünün az qala bütün fəlsəfi cərəyanlarına
toxunur, hər biri haqqında öz fikrini bildirməyə çalışıb.
Şellinq 37 yaşına kimi yaradıcılığında artıq üç mərhələ keçir.
1
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 42.
2
Йеня орада, с. 61.
- 53 -
Bu axtarışlar idi ki, Bayronu, Müşfiqi rahat yatmağa
qoymur, Lermontovu bu sözləri deməyə məcbur edir:
Vaxtdır, qoy şəfəqlər rişxənd edərək
Sükut dumanını qovsun, zamandır.
Dərdsiz şair ömrü, de, nəyə gərək?
Tufansız okean nə okeandır?
1
Müşfiq də içindəki sakitlikdə dənizdə tufandan öncəki
əlaməti hiss edir:
Fikrim qasırğalı dəryalar kimi
İstənilən qədər dalğalanmamış,
Könlüm uzaq gedən xülyalar kimi
İncə buludlarla çulğalanmamış.
2
Bu elə bir axtarış odudur ki, gəncin bütün anlarını dol-
durur. Ülvi də öləziyən közün sakit həyatını istəmir:
Bilirəm: qığılcım, alov tək deyil,
Alovun peşəsi şəfəq saçmaqdır.
Düz yolda çarpışmaq igidlik deyil,
İgidlik balaca cığır açmaqdır.
3
Bu axtarışın, «alovlanmağın» tələbi ilə gənc hər sahə-
yə, hər məkana, …hər zamana baş vurur və bir çox hallarda
axtardığını keçmişdə tapır – onu indi kimi incitməyən,
gələcək kimi məchul olmayan keçmişdə. Təbii ki, onların
tapdıqları doğma ruhlardır. Məsələn, Eynəlqüzat Miyanəci,
Şihabəddin Sührəvərdi, Nəsimi kimi neçə gənc öz həyat
1
Лермонтов М.Й. Ады чяк. ясяр, 2006, с. 37.
2
Мцшфиг М. Ады чяк. ясяр, с. 27.
3
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 61.
-54 -
yolunda – həm düşüncələrində, həm talelərində Mənsur
Həllaca üz tutur, onun qismətini bölüşürlər. Lermontov
özünü Bayrona bənzədərək yazır:
Onun kimi boş yerə sakitlik arayıram,
Bir düşüncə qovur məni hər yerə,
Geriyə baxıram – keçmiş dəhşətdir,
İrəli boylanıram – doğma ruh yoxdur.
Dostları ilə paylaş: |