K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə17/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   13   14   15   16   17   18   19   20   ...   79
Gəncliyin fəlsəfəsi

1
 
XIX əsrdə dekabristləri ruhlandıran Puşkindən XX 
əsrin sonlarında Ülvi də «dərs alır»: 
«Həyat quran nə yorular, nə durar», 
Budur mənə öyrətdiyin ilk şüar. 
Budur mənim idealım, inamım: 
«Qığılcım alışar alov doğurar».
2

Bəli, onlar keçmişdə kimə isə baxırlar, ancaq öz yolla-
rını gedirlər. Gənc keçmişdən cəmiyyətin qorxunc hədə-
lərindən qorxmamağı, min bir yol arasında öz cığırını açmaq 
istəyini, bu arzuların yanında ölümun nə qədər aciz olduğunu 
və …ölümdən qorxmamağı öyrənir. Düşüncələrinə görə cid-
di təqiblərə məruz qalan Miyanəci öz dostuna yazdığı məktu-
bunda belə bir «xahiş edir»: «Şəhərdə deyirlər ki, Eynəlqüzat 
Allahlıq iddiası edir. Mənim qətlimə fitva veriblər. Ey dost, 
əgər səndən fitva istəsələr, sən də fitva ver».
3
Bu gənclər 
üçün öz düşüncələrinin nəticəsini görmək, missiyalarını başa 
çatdırmaq duyğusu yanında ölüm qorxusu çox kiçik görünür.
1
Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 14. 
2
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с.61. 
3
Мяммядов З. Азярбайжан фялсяфяси тарихи. Бакы, Шярг-Гярб, 
2006, с. 117. 


- 55 -
Burada bir şeyi xüsusilə vurğulayaq. Allahdan bəşərə 
bir nur zolağı uzanır. Özündə bu nurun ucunu, mənbəyini 
kəşf edən şəxslər sanki vahid bir məkana düşmüş olurlar. 
Əlbəttə, ola bilsin ki, ora gedən yolda kimsə kimə isə 
bələdçilik etmiş olur. Lakin həmin məkana çatandan sonra 
yeganə bir Bələdçini – Allahı tanımaqla yanaşı, öz fər-
diyyətini, məhz onun üçün nəzərdə tutulmuş missiyanı ay-
dınca dərk etmiş olur.
Tarixə baxanda belə gənclərin həqiqətən də izsiz ke-
çib-getmədiyinin, nəinki «balaca cığır», bəzilərinin hətta bö-
yük yollar da saldığının şahidi olarıq. Şihabəddin Sührəvərdi 
XIII əsrdə məşşailik fəlsəfəsinin və təsəvvüfün birləşdiyi 
zirvə nöqtəsində bu gün belə aktuallığını itirməmiş işraqilik 
fəlsəfəsini yaratdı. Eynəlqüzat Miyanəci yazır: «Təqlidin 
ətəyindən bəsirət zirvəsinə yüksəlmək axtarışı ilə kəlam 
kitablarını 
mütaliə 
etdim. 
Məqsədimə 
çatmadım. 
Məzhəblərin yalnışlığını gördüm».
1
Gördü və təsəvvüf fəl-
səfəsinin özək xətti olan vəhdət əl-vücud nəzəriyyəsini 
sistemləşdirməyə cəhd göstərdi. Kyerkeqor öz fəlsəfəsində 
dövrünün ən tanınmış və nüfuzlu filosoflarını inkar etdi və 
özü sonralar böyük bir fəlsəfi cərəyana çevriləcək 
ekzistensializmin əsas ideyalarını irəli sürdü.
Təsadüfi deyil ki, belə gənclər öz cəmiyyətlərində 
məhz cəsarətli addımları, qorxmazlıqları, ən şiddətli təqib-
lərin, hətta edam təhlükəsinin qarşısında belə geri çəkil-
məməkləri ilə diqqəti cəlb ediblər. Onlar olduqları cəmiy-
yətdən o dərəcədə yuxarı qalxa bilirlər ki, reallığı, onun hələ 
işıq düşməyən səhifələrini belə görə bilirlər və həmin 
1
Йеня орада, с. 117. 


-56 -
qaranlığı işıqlandıracaq sözü demək iddiasına düşürlər. Və 
yəqin ki, onların hər birinin ürəyindən Ülvinin dediyi bu arzu 
keçir: 
… 
Bilin, deyilməyənləri 
Demək üçün yaşayıram.
1

Burada bir daha vurğulamaq lazımdır ki, əslində üzə-
rində ali missiyanı hiss edən hər bir insana bu duyğu yad 
deyil. Gəncin bu duyğusunda isə bir az tələskənliyin, bir az 
hisslərin, pərakəndə enerjinin çoxluğunun, bir az tənhalığın, 
bir az qorxunun, bir az üsyankarlığın, bir az da fədakarlığın, 
cəngavərliyin izlərini sezmək olar. Bu qədər qarışıq, dolaşıq 
hisslərin arasında öz məqsədini itirməyib yalnız ona doğru 
getməyin özü də bir hünər istəyir! Bu, obrazlı desək, fikri 
dağınıq, gözləri xəyalpərvərliklə göylərə dikilən bir adamın 
çəkici barmağına deyil, düz mismarın üstünə vurub bir zərbə 
ilə onu dibinə qədər taxtaya çalmağına bənzəyir.
Öz mülkündə – mən-ində bütün aləmi kəşf edən gənc 
öz ətrafını – maddi aləmi tanısa da, özünün bu aləmdə yerini 
görə bilmir, öz artıqlığını, lazımsızlığını hiss edir və düşünür 
ki, heç kəsin ondan xəbəri yoxdur. Və bu səbəbdən oradan 
gələn təhlükəni, hiyləni də görmür. Bu səbəbdən belə 
gəncləri aldatmaq, tora salmaq, onlara xata toxumaq çox 
asandır. Kyerkeqor yazır: «Dahi hər şey etməyi bacarır. 
Bununla belə, o, heç kimin görmədiyi bir boş şeydən asılıdır. 
Elə boş şey ki, dahi yalnız özünün qüdrəti sayəsində ona 
1

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin