- 61 -
düşüncənin zirvəsinə qalxmaq da, eyni zamanda, min bir yol
arasından özünəməxsus yolu tapmaq da mən-dən keçir.
Əbu Turxanın bildirdiyinə görə, Mütləq Həqiqəti dərk
etməsi üçün Allah insana üç kitab verib: ilahi kitab, təbiət və
insan özü (əql). Öz mən-inin, eyni zamanda, ruhunun əlaqəli
olduğu ilahi bir sonsuzluğun kəşfi təbii olaraq gənc üçün
üçüncü mənbənin – təbiətin də qapılarını açır. Onu da əlavə
edək ki, biz gəncin ruhunun axtarış əzmini, yaradıcılıq eşqini
və artıq kifayət qədər bir yolu qət edə bilməyini nəzərə
alaraq üçüncü mənbəyin qapılarının açılmasını təbii hesab
edirik.
Gənc öz ruhunun hələ tam maddiyyata qapılmaması,
ilahi aləmə açıq olması sayəsində rahatca hər üç kitabın oxu-
cusuna çevrilə bilir. Fərqli «dillərdə» yazılmasına, hər
birinin özünəməxsus «sahəsi» olmasına baxmayaraq, hər üçü
eyni mənbədən «xəbər verir». Güman ki, bu səbəbdən gənc
özü ilə təbiət arasında bir bənzərlik, doğmalıq görür və
yalnız Yaradandan deyil, həm də Onun yaratdığından
ruhlanır. Axı Əbu Turxanın da bildirdiyi kimi, «Yaradana
sevgi Onun yaratdıqlarına sevgidən keçir». Təbiət daha
səmimidir. Məhz təbiətlə təkbətək qalanda insan rahatca özü
ola bilir. Əlbəttə, gənc yenə də hər şeyə məhz öz mən-inin
pəncərəsindən baxır və çatdırmaq istədikləri də bu
bənzərliklər olur. Bayron yazır:
Dostları ilə paylaş: