- 51 -
mənim ciyərimə
təzə nəfəs gətirir.
Ürəyimə sirli həvəs gətirir.
1
Bura yeganə məkandır ki, insan orada azad və ilahi
aləmlə əlaqəli olduğunu hiss edir. Bura – sonsuzluğa çıxış-
dır. Bura Şellinqin yazdığı kimi, «… bizim mülkümüzdür,
bizim varlığımızdır – bu, həm də əbədiyyətin insana böyük
güzəşti, ona inamıdır».
2
Mən – real və idealın, məhdud və sonsuzluğun qarşı-
laşdığı, çarpışdığı bir məkana dönür. Gənc öz gücsüzlüyünü,
acizliyini görməklə yanaşı, ruhunun sonsuz bir qüvvə, tükən-
məz bir mənbədən qaynaqlandığını da hiss edir. Eyni za-
mannda, mən – bir andır, məhdud bədəndə ilahi başlanğıcın
ara-sıra özünü büruzə verdiyi an. Kyerkeqor bu anı belə
təsvir edir: «An – elə bir ikimənalılıqdır ki, burada zaman və
əbədiyyət bir-birinə toxunur və bununla da müvəqqətilik
anlamı yaranır ki, burada zaman dönə-dönə əbədiyyəti ayırır,
əbədiyyət isə dönə-dönə zamana nüfuz edir, içindən keçir».
3
Bu anın verdikləri gözəl şeirlər, ecazkar tablolar, dərin
hikmətli əsərlər şəklində ortaya çıxır. Bu anın hökmüdür ki,
20, 30 yaşında bir gənc min illərin hikmətindən xəbər verə
bilir. Bu anın insan həyatındakı əhəmiyyətini hiss edən Ülvi
yazır:
Dostları ilə paylaş: