-36 -
Bu yolun acısından, ağrısından,
«Ölüm» adlı yuxusundan mən qorxmuram.
1
Bayaq qeyd etdiyim kimi, bu qorxu şəxsi məhvindən
yaranan qorxu deyil, daha yüksək, düşündürücü bir qorxu-
dur. Çiyinlərindəki yüklə və ya içlərində alışıb yanan odla
yaşadığı cəmiyyətin tələbləri bir-birinə zidd gəldikcə gəncin
qorxusu da artır: bu yükü çəkə bilməmək qorxusu, ona
verilən məsuliyyəti doğrulda bilməmək qorxusu. Kyerkeqor
belə hesab edir ki, «narahatlıq – həyata, bizim şəxsi
gerçəkliyimizə həqiqi münasibətdir və … bu, xristian üçün
çox ciddi şeydir…
2
Gənclik ömrün elə bir çağıdır ki, o, mum kimi öz döv-
rünün «formasını» alır. Uşaq bir süngər kimi gördüklərini,
eşitdiklərini içinə çəkir, gələcəkdə qurulacaq binanın
özülünü hazırlayır. Artıq kamillik çağına çatmış bir insan
müşahidəçi, hətta istiqamətverici ola bilər. Gənc isə ilk
növbədə güzgü kimi üzərinə düşən işığı əks etdirir. Yalnız
sonradan, buna təfəkkürü çatarsa, həmin hadisəni təhlil edir,
mənfi və müsbət tərəflərini dəyərləndirir. Təsadüfi deyil ki,
cəmiyyətin hansı istiqamətdə inkişaf etdiyini gənclərin
əxlaqından, təfəkkür tərzindən bilmək mümkündür.
Təbii ki, ilahi missiya daşıyıcısı olan gənclər də cəmiy-
yətdə gedən proseslərə reaksiya verirlər. Lakin burada fərqli
bir reaksiya müzakirə mövzusudur. Gənc ruhuna, daşıdığı
əmanətinə yad olan bu təzyiqlər altında nəinki «formasını
dəyişmir», buqələmun kimi rəngdən rəngə düşmür, əksinə
onlarla mübarizəyə qalxır. Şellinq yazır: «Hər varlıq yalnız
1
Dostları ilə paylaş: