K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə7/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   2   3   4   5   6   7   8   9   10   ...   79
Gəncliyin fəlsəfəsi

Dəbin laklı örtüyü ilə həqiqəti gizlədim 
Bəs bu nifrət dolu baxışlara nədən dözürəm, 
1
Кйеркегор С. Ады чяк. ясяр, с. 11.


- 25 -
İllərimi hədər yerə ötürürəm.
1
Dünyanın təzadlarını görən Ülvi isə belə deyir:
Ən dərin dərələr, müdhiş yarğanlar, 
Əlçatmaz dağların özülü olur. 
Gülüşlər, haraylar, ahlar, amanlar, 
Həmişə yan-yana düzülü olur.
 2
 
 
Bu gənc həm özünün Allah tərəfindən seçildiyini hiss 
edir. Eyni zamanda, cəmiyyət arasında fərqli olduğunu görür 
və bundan sıxılır, təcrid olunur. Lermontov yazır: 
Yerlərin, göylərin əzəl hakimi 
Mənə peyğəmbərlik verəndən bəri, 
Açılıb qarşımda bir kitab kimi, 
Qəzəbli, qərəzli bəşər gözləri.
3
 
 
Özünü həm hamıdan yüksəkdə, həm də hər kəsdən 
bədbəxt görür. Hər kəsin gördüyü onun üçün maraqlı deyil, 
primitivdir, amma onun gördüklərini də heç kim görmür, an-
latdıqlarını hər kəs anlamır. Əbu Turxan yazır: «Böyük 
insanın faciəsi əslində onun ali xoşbəxtlik məqamına 
yüksəliş cəhdindən doğur. Bu məqam isə özünü yara-
dıcılıqda və xilaskarlıq missiyasında büruzə verir». O, əzab 
çəkir… və xoşbəxt olduğu, sayılıb-seçildiyi, ülviyyət və 
müqəddəslik dolu dünyasına çəkilir və ətrafı da məhz bu-
1
Байрон Дж.Г. Избранное, М., Из-во «Детская литература, 1964, 
с. 34. 
2
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 22. 
3
Лермонтов М.Й. Сечилмиш ясярляри, Бакы, Чашоьлу, 2006, с. 
84. 


-26 -
radan seyr etməyə, buradan dəyərləndirməyə çalışır. Ülvi 
insanın bu dünya ilə «ünsiyyətini» belə təsvir edir: 
Ağlamaq insanın ilk adətidir, 
Danışmaq həyatla ilk vəhdətidir. 
Hər şey ilk olsa da, ömrü uzunu, 
Bir yalnız ölməyi son heyrətidir.
 1
 
Əlbəttə, gəncin bu günah, çirkab dolu, gözəlliklərin üs-
tü tozla örtülü aləmə döndüyü vaxtlar da olur. Missiyasından 
asılı olaraq ya öz duyduğu gözəlliyi bölüşməyə, ya da kimi 
isə xilas etməyə. Amma digərlərindən onun fərqi, üstünlüyü 
ondadır ki, onun istədiyi vaxt sığına biləcəyi, nurlana 
biləcəyi, yenə təmizlənib paklaşacağı bir dünyası var.
Lermontov yazır:
Varlığın yükü altında
Məğrur ruh heç yorulmur, 
… əgər bacarsa, 
Minlərlə insana bəxtəvərlik verərdi, 
Belə bir ruhla sən ya Tanrısan, ya da zalım.
2
Allahın yaratdıqları arasında İnsan ən uca ada, ən yük-
sək məqama və təbii ki, bütün bu «ən»ləri doğrultması üçün 
ən ağır yükə sahib varlıqdır. İnsan artıq doğulanda bu keyfiy-
yətlərlə, bu məsuliyyətlə doğulur və böyüdükcə əlavə keyfiy-
yətlərə, xüsusiyyətlərə yiyələnir, üzərinə başqa məsuliyyətlər 
götürməli olur: övlad, qardaş-bacı, valideyn, yoldaş, 
vətəndaş və s. kimi «vəzifələr». Əslində, ikincilər birincinin 
yanında qat-qat yüngül, asandır, çünki keçicidir, dəyişkəndir. 
1
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 62. 
2
Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 27. 


- 27 -
Lakin əksər hallarda ikincilər birinciləri üstələyir, çünki 
onları cəmiyyət verir, cəmiyyət tələb edir.
Cəmiyyət müəyyən struktura malik, stabilləşmiş qay-
daları, ənənələri olan və sosial münasibətlər üzərində tə-
şəkkül tapan bir «qurumdur». Bu «quruma» daxil olan tə-
fəkkürlər, dünyagörüşləri yonulub, rəndələnib onun tələb-
lərinə uyğunlaşmalıdır. Əks halda kənarda qalmaq, təcrid 
olunmaq, məhv edilmək təhlükəsi yaranır. Əslində, az adam 
tapılar ki, belə böyük bir təhlükə ilə üz-üzə durmaq istəsin. 
Bu cəmiyyətdə doğulan, onun «ənənələri» ilə tərbiyələnib 
böyüyən hər kəs istər-istəməz mənən də, zahirən də onun 
formasını mənimsəyir, onun «divarına» hörülüb, onun 
«rənginə» boyanır.
Onu da qeyd edək ki, məhz bu cəmiyyətdə doğulub bö-
yüdüyünə görə, onun bir saraymı, yaxud bir uçuq hasarmı ol-
duğunu görmək çətindir. Çünki bunun üçün gərək həmin «ti-
kilidən» yüksəyə qalxaraq ona kənardan baxa biləsən.
Bəli, «palaza bürünüb elnən sürünməklə» sakit və sta-
bil bir həyat tərzi keçirmək missiya daşıyıcıları üçün deyil. 
Bəzən və ya əksər hallarda bu missiya cəmiyyətin qanunları 
ilə səsləşmir. Bu, ilahi tələblərlə cəmiyyət tələblərinin üz-üzə 
gəlməsi, 
ilahi 
çağrışla 
vətəndaşlıq 
məsuliyyətinin 
çarpışmasıdır. Şellinq bunu mən-in subyektiv və obyektiv 
tərəfləri kimi şərh edərək yazır: «Mən-də əzəli ziddiyyətlər 
mövcuddur – subyekt və obyekt; hər ikisi bir-birini inkar 
edir, amma biri digəri olmadan ola bilmir. Subyekt özünü 
yalnız obyektə zidd olaraq təsdiq edə bilir, obyektə də 
subyektə, yəni nə birinci, nə də ikinci digərini məhv etmədən 


-28 -
real ola bilməz».
1
Cəmiyyət belələrini qəbul edə bilmir. 
Hazır divarın yanında düşüb qalmış, hörgüyə yaraşmayan bir 
daş kimi. O, bir almaz dənəsi olsa belə, bu gün onun dəyəri, 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin