qiyməti bu hörgüylə ölçülür. Həm də bu hörgü bütünlükdə
həmin daşdan qat-qat aşağı səviyyədə olsa belə. Gələcəkdə
nə qədər onunla fəxr etsə də, onu tarixinin şanlı səhifəsinə
salsa da, cəmiyyət bu gün onu sevmir, rədd edir, yad ünsür
kimi onun məhvinə çalışır.
Bu, tədricən, illər uzunu baş verəndə o qədər də ağrılı
proses olmur, nəinki qısa müddətdə, anidən. Çünki illər insa-
na həyatın, gerçəkliyin acı həqiqətlərini asta-asta, damızdıra-
damızdıra anladır. Gənc isə bu zərbələri qəfil almalı olur və
bundan sarsılır, dəhşətə gəlir. Lap Ülvi kimi:
Uran atomunu alimlər böldü,
Uran alovundan şəhərlər öldü,
Amma məhşər günü, məncə, dünyada
Ürək atomları bölünən gündü.
2
Bununla belə, ilahi əlaqəsi gəncə dayaq olur, missiyası
qarşısındakı məsuliyyəti onu yıxılmağa qoymur. Bu sə-
bəbdən yaşadığı halların hər birində gənc aşağıdan yuxarıya,
naqislikdən kamilliyə, cəmiyyətin bir üzvü olan şəxsiyyətdən
daxili mən-ə doğru bir yol keçir. Gənc təbiətən ona bəxş
olunmuş keyfiyyətləri, onların ən atəşli, ən enerjili vaxtında
özünə tabe edib, içində gizli olan daha yüksək səviyyəsini
üzə çıxara bilir: atəşi nura, enerjini qüvvəyə çevirə bilir. Lap
nağıllardakı kimi, gənc bir günündə bir ilini başa vurur.
1
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 362.
2
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 62.
- 29 -
Gerçəklik və ideya dünyası arasında qalan gənc üstün-
lüyü ikinciyə verir: onun gücünü, qüdrətini, eyni zamanda,
ucalığını, saflığını, ən əsası isə doğmalığını dərk etdiyi üçün.
Şellinq yazır: «Həqiqi azadlıq müqəddəs zərurətlə
barışıqdadır ki, biz onu mahiyyətin dərkində duyuruq, belə
ki, öz qanunlarına tabe olan ruh və ürək könüllü olaraq zəruri
olanı təsdiqləyirlər».
1
Bəlkə də bu gənclərin romantikliyi
məhz bundadır: reallığı görə-görə, duya-duya nicatı ideyalar
aləmində axtarır.
Lakin onlar yalnız bu seçimlə kifayətlənmir, oraya çə-
kilib gizlənmirlər, həm də onun vasitəsilə gerçəkliyə təsir
göstərməyə, onu çirkabdan təmizləməyə cəhd göstərirlər.
Maraqlıdır, Bayronun «Prometey»i doğurdanmı mifik
qəhrəman haqqındadır?
…sən istəyirdin
Bədbəxtliyə son qoyasan,
Hər kəsin ağlı nurlansın.
…
İnsan həyatı – nurlu bir axındır
Axıb – çirkabı yuyur.
2
Ülvi də eyni arzularla yaşayır:
Axtarın elmin nər balasını,
Versin haqsızların haqq bəlasını.
Söküb ürəklərin kin qalasını,
Təzədən şəfqətlə qura ağlaya.
3
1
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 1004.
2
Байрон Ж.Г. Ады чяк. ясяр, 1964, с. 51.
3
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 14.
-30 -
Gənc – İnsan əzab çəkir. Sınmamaq üçün bütün gücü-
nü-qüdrətini toplayır… və bu, onu gənc yaşında qocaldır, də-
liqanlı vaxtında müdrikləşdirir. Bayron deyir:
O! mən qoca deyiləm! Şübhəsiz
Bu dünya mənim üçün yaranmayıb!
…
Gerçəklik! Sən hakim səsinlə
Mənim xəyallarımı qovdun.
1
Ülvi isə sanki gerçəkliyin bütün ziddiyyətlərini həll et-
məyə, bütün sualları cavablandırmağa çalışır:
Özünə gəlməmiş bu zərbələrdən,
Yenə də gün gəlir – götürüb gəlir.
Yeni müəmmalar, yeni suallar,
Axtar cavabını, axtar birbəbir,
Tapmasan üstünü o toppuz alır.
2
İstedad bir cəmiyyət, bir xalq, bir millət üçündür və bu
çərçivə daxilindədir. Missiya isə daha genişdir. Burada
millət, məkan, zaman anlamları yox olur. Onu istəsən də bir
cəmiyyət çərçivəsində saxlaya bilməzsən. Burada artıq insan
var, bəşəriyyət var.
Vaxtında öz missiyasını həyata keçirmək üçün çarpışıb
vuruşan, gəncliklərində müdrikliyin zirvəsinə qalxa bilən və
artıq tarixə qovuşan adlar üçün zaman və məkan həddi
olmur. Əslində bu missiya sahibləri, bu əmanətin daşıyıcıları
keçmişdən bu günə rahatca, hər şeyin fövqünə qalxaraq
1
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 34.
2
Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 28.
- 31 -
(cəmiyyətin, dövrünün bütün sərt qadağalarına baxmayaraq)
gəldikləri kimi, bugünün məsulları da o rahatlıqla keçmişə –
öz sələflərinin yanına və gələcəyə keçə bilirlər. Çünki
onların dedikləri, yazdıqları bir günlük, bir qurum üçün
deyil. Bu missiya insanlıq missiyasıdır. İnsan yaranandan
ta-a bu günə kimi gələn və sonsuza kimi davam edəcək bir
əmanət.
-32 -
Dostları ilə paylaş: |