-20 -
səviyyəsi, həyat tərzi və əxlaqı ilə bilavasitə əlaqəli olur.
Kimi cavab üçün valideynlərinə müraciət edir, kimi cə-
miyyətə, kimi də öz könlünə. Lermontov yazır:
Xeyir və şərin badəsini mənə içirdib
Nəyə hazırlayıb məni Yaradan,
Nədən sədlər çəkib etirazlardan
Mənim gənclik ümidlərimə?
Sənin həyatını mən bəzəyəcəm,
İnsanlar arasında şanın olacaq dedi!
1
Ülvi isə özünə bu sualı belə bir şəkildə verir:
Mən bir koram, kor bir rəssam, kor bir şair,
kor bir insan,
Bu cahanı görürəmmi, görmürəmmi?
Bəs nə üçün?
2
Bu sualı verən insanın öz mən-idir və cavabı da, əslin-
də, elə özündədir. Yəni bu, bir növ mən-in öz varlığını in-
sana
bəlli etməsi, diqqəti özünə yönəltməsidir. Onu da xü-
susilə vurğulamaq lazımdır ki, bu sualı vermək öz mən-inin
dərkinə istiqamətlənən ilk addımdırsa, ona cavab verə
bilmək ikinci addımdır.
Mən-i görmək gənc yaşında daha rahatdır. Uşaqlıqda
təfəkkür hələ tam formalaşmadığından, yaşlananda isə əsl
mahiyyətin üzərinə qabıq üzərindən qabıq gəldiyindən mən-i
1
Лермонтов М.Ю. Стихотворения. Поэмы. Маскарад. Герой
нашего времени, М., Худож. литер., 1984, с. 65.
2
Бцнйадзадя Ц. Бир юлцмцн ажыьына, Бакы, Эянжлик, 1993, с.
43.
- 21 -
ayırd etmək, onun səsini duymaq,
məqsədini anlamaq çox
çətinləşir.
Mən – insanda Allahdan olan ilahi zərrədir və ya insanı
Allahla vasitəsiz olaraq əlaqələndirən ilahi bağdır.
Mən-in
səsi əslində ilahidən gələn və məhz bu ruh üçün nəzərdə
tutulan hikmətin, həqiqətin səsidir. Bu səbəbdən onun
səsini
vaxtında eşidəndə, dediklərini vaxtında və olduğu kimi dəqiq
həyata keçirəndə buna istedad deyillər. Bəzilərinə bu səs
musiqi ilə, bəzilərinə rəqəmlərlə, bir başqasına rənglə, birinə
də şeir missraları ilə çatdırılır və buna müvafiq olaraq
bəstəkarlıq, rəssamlıq, riyaziyyatçılıq, şairlik istedadı ortaya
çıxır. Lakin bu, yalnız böyük bir nurun ilk işartısıdır. Ən
çətini isə onun mahiyyətindəki hikməti sezib, onu çatdırmağı
bacarmaq lazımdır. Axı qeyd etdiyimiz kimi, bunların heç
biri boş, mənasız informasiyalar olmayıb,
özlərində
əhəmiyyətli, dərin və müqəddəs bir hikmət daşıyırlar. Yəqin
buna görədir ki, deyilən ixtisaslar arasında gənc yaşlılara rast
gəlmək olur, ancaq filosoflar – çatdırılan informasiyaların,
hikmətlərin vəhdətini görüb dərk edən, onu bəşəriyyətə
çatdıran şəxslər isə nisbətən yaşa dolmuş, müəyyən həyat
yolu keçənlər arasında olur. S.Xəlilovun yazdığı kimi,
riyaziyyatla fəlsəfənin əsas fərqlərindən biri də özünü bunda
göstərir ki, riyaziyyatçılar yeni söz deməyi,
böyük kəşfləri
adətən gənc yaşlarında edə bildiyi halda, filosoflar bir qayda
olaraq, ən samballı əsərlərini ömür yarıdan keçdikdən sonra
yazırlar. Yəni fəlsəfə üçün tək istedad yetərli olmur və
insanın özünü dərk məqamına yüksəlməsi də şərtdir. Başqa
sözlə desək, Allahın verdiyi istedadı duymaqdan əlavə, onun
daşıdığı hikməti də dərk etmək həmin istedadın
tamamlanmasıdır.
Bu, isə artıq filosofluq zirvəsidir.
-22 -
Əlbəttə, bu, danılmaz bir faktdır ki, «mən»ini duyanlar
duymayanlardan qat-qat azdırlar. Lakin bəzilərinə bu səs o
qədər bərkdən, o qədər böyük bir tələblə səslənir ki, onu
duymamaq olmur. Məsələn, Bethoven belə hesab edib ki,
Allah hər kəsin qulağına nə isə pıçıldadğı halda, onun
qulağına qışqırır. Bethoven yalnız öz karlığına işarə etmir.
O, həm də bu səsi duymağın qaçılmazlığına,
bunun Allah
qarşısında bir borc olduğuna və bu səbəbdən seçimin də
özünə deyil, Allaha aid olmasına işarə edir. S.Kyerkoqor
yazır: «Dahi – qüdrətli Ansichdir
ki, bütün dünyanı
silkələyə bilər. Buna görə də, onunla bərabər, nizamı
qorumaq xatirinə, başqa bir fiqur da yaranır – tale. Tale –
Heçnədir; dahinin özü onu
görür və bu dahi nə qədər
dərindirsə, taleyi də bir o qədər dərindən görür; belə ki, bu
obraz sadəcə öngörmədir. Ancaq əgər dahi insan yalnız dahi
olmağı inadla istəyirsə, üzünü ətrafa çevirirsə, o, mütləq
qəribə şeylər edir və əgər özündən kənarda deyilsə yenə də,
yenə də taleyə tabe olacaq».
1
Qeyd etdiyimiz kimi, mən-i duymaq yalnız başlanğıc-
dır. Onun dediklərinin həyata keçirilməsi insan üçün seçilən
həyat yoludur. Bu – missiyadır. Bu, Allah qarşısında öz
borcunu yerinə yetirməkdir.
Missiya – insanın istedadının
Dostları ilə paylaş: