-178 -
Ürəyin dedikləri içində həbs olunanda, dillə düşmən
kəsiləndə sükut haray salır. Qulaqların o harayı eşitməsin de-
yə
daha çox, daha bərkdən danışırsan. Bilirsən ki, sussan
sükutun harayını eşidəcən. Bu
haraydan bütün bildiklərini
unudacan, bütün etdiklərini yadırğayacan.
Sən bilirsən sükut nə rəngdədir?
Sükut ürəyin dilidir, deməli, ürəyin də rəngindədir. Qa-
ranlıq ürəyin sükutu nə qədər qorxunc, dəhşətlidirsə,
nurlu
ürəyin sükutu da bir o qədər məsum, həzin, ecazkardır.
Qaranlıq ürəklərlə sükuta dalmaq insanı nə qədər qaraldırsa,
nurlu ürəklərin sükutu bir o qədər nurlandırır. Qaranlıq sükut
vəhşətlə doludur, nurlu sükut sevgi ilə. Yəqin buna görə
sevdiyinlə susmaq da gözəldir.
Bunlar dilin sükutudur. Bəs ürəyin sükutu necə olur?
Ürək susanda dil susmağı bacarmır.
Elə hey boş söz
yığnağı ilə danışır.
Ürək susanda ruh susur, ruh susanda nur kəsilir, nur
kəsiləndə İNSAN ölür, bioloji varlıq olan,
ancaq heyvanla
müqayisə oluna bilən insan qalır.
Dostları ilə paylaş: