-182 -
Yaradıcı insan öz doğumunu fərqli qarşılayır – ya-
ranışın, yaratmanın ağırlığını yaşaya-yaşaya, yaradılışın ma-
hiyyətini duya-duya, yaranmanın səbəbini və məqsədini dərk
edə-edə, yaradılmanın məsuliyyətini çəkə-çəkə. Bu hiss ildən
ilə artır, ağırlaşır.
Ġnsan olmağın yükü budur!
Çəkdiyi əzabla insan yalnız yaranmır, həm də yaradır.
Bu yaradıcılıq qüdrətini ona yaşadığı əzab verir.
İnsan yaranır və …yaradır. İlk
hiss etdiyi şey yün-
güllük, yenilik, təzəlik olur. Deməli, insanın əsl doğuluşu
onun bu maddi dünyaya
gəlişi deyil, öz yaradılması ilə həm
də yaratdığı gündür.
İnsan yaranır və yaradır. Yaradıcı insan yaradır və ya-
ranır və…hər yaratdığı ilə yenidən doğulur.
Dostları ilə paylaş: