- 177 -
Sevgi o qədər maddiləşib ki, mənəvi tərəfi mənasızla-
şıb. İnsanlar məcburdurlar ki, qısa zaman kəsiklərinin ötəri
maddi həzzlərini eşq adlandırsınlar.
İradə ağıla çətin şərtlər qoyanda, ağıl da seçimi sərtləş-
dirir.
İradə zəifləyəndə ağlın dərin qatlarının aktivləşməsinə
ehtiyac qalmır. Səthi ağlın seçimi isə hisslərin həddindən o
yana keçmir. Belə olanda ruh da mürgüləyir, könül də.
Dostları ilə paylaş: