K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə53/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   49   50   51   52   53   54   55   56   ...   79
Gəncliyin fəlsəfəsi

 
Birinci və ikinci təbiət 
İnsanın birinci təbiəti ona yaranışından verilir. Bu, Al-
lah tərəfindən ona bəxş edilmiş «mən», məhz bu bədəndə var 
olan ruhun həqiqəti, məhz bu ruhla bu bədənin vəhdətinin 
mahiyyətidir. 
İkinci təbiət isə insan öz «mən»ini görəndən, onun ba-
rəsində düşünüb onu dərk etməyə başlayandan sonra for-
malaşmağa başlayır. İnsan birinci təbiətə fitrən malikdir
ikinci təbiəti isə təcrübə ilə qazanır və bu təbiətin xarakteri 
həmin təcrübədən bilavasitə asılı olur. Əbu Turxan da yazır: 
«Hər insanda iki insan var. Birincisi, öz təbiətinə, genlərinə, 
proqramına uyğun olan insan, ikincisi, bu fani dünyada
təsadüfi hadisələr sistemində formalaşmış sosial insan».
Birinci təbiət nüvə, əsas, mahiyyət, ikinci təbiət bu nü-
və üzərinə gələn qabıqdır. Birinci təbiət batin, ikinci təbiət 
zahirdir.
Hər iki təbiət bir-biri ilə sıx bağlıdır, bir-birini tamam-
layırlar, daha doğrusu, insanın kamilləşməsi, düzgün inkişaf 


-172 -
etməsi üçün tamamlamalıdırlar. Bununla belə, birinci və 
ikinci təbiət bir-birlərinə uyğun gəldikləri kimi, gəlməyə də 
bilirlər. S.Xəlilov yazır: «Uşaq taxta parçası deyil ki, onu 
yonub nə isə düzəldəsən. O hələ ilk yaranışdan 
proqramlaşdırılmış bir sistemdir. Gələcəkdə nə olacağı, necə 
olacağı təkcə düşdüyü mühitdən və tərbiyədən yox, həm də 
onun fitri payından asılıdır». Deyilənlərdən belə bir nəticə də 
çıxartmaq olar ki, ikinci təbiət birincinin reallaşması, eyni 
zamanda, tamamlanması üçün bir vasitə, «məkandır».
İlk baxışda deyilənlərdə nə böyük bir ziddiyyət, nə də 
bir təhlükə var, hər kəsə bəlli həqiqətdir. Lakin məsələyə bir 
də fərqli prizmadan baxaq: insanın ikinci təbiəti öz «mən»ini 
dərk etməyə və ya şüurlu şəkildə ətraf mühiti öyrənməyə və 
özünə də bir obyekt kimi kənardan baxmağa başlayanda 
formalaşmağa başlayır. Yəni insan «gözünü açıb» bu təbiətini 
görür, birinci təbiətinin varlığından isə bixəbər qalır və ya 
anadan belə ağıllı doğulduğunu zənn edir. Hər iki təbiət 
arasında bir uyğunluq olanda, onlar bir-birini tamamlayanda 
isə bu zənn əminliyə çevrilir.
Əslində isə, ikinci təbiətini özünün birinci təbiəti hesab 
etməklə, yəni birincini unutmaqla insanın itirdikləri qa-
zandıqlarından çox olur.
Nə qazanır? Yeni düşüncələr, ideyalar və bunlara mü-
vafiq olaraq daha geniş imkanlar və yollar – yeni şəxsiyyət. 
Nə itirir? Birinci təbiətini, deməli, orijinallığını. İkinci 
nə qədər güclü olsa da, surət, qabıq olaraq qalır.
İnsan ikinci təbiətinin əsl dəyərini dərk etməkdən məh-
rum qalır, çünki onu birinci sanır, yeniliyi, inkişafı sezmir. 
Öz-özünə sual vermir: mən «anadangəlmə» beləyəmsə, bəs 
mənim inkişafım nədədir? Fərqli bir mühitdə də mən bu 


- 173 -
«mən» olardımmı? Deməli, eyni zamanda ikinci təbiətin 
verdiyi üstünlüklər də qaranlıq, açılmamış qalır və insanı 
yüksəltməkdənsə, ona yük olur.
Müvafiq olaraq insan özünün birinci təbiətini də dərk 
edə bilmir, çünki onun mövcudluğunu qəbul etmək istəmir, 
...ancaq qabıqdan ibarət qoz kimi. Deməli, o, ikinci təbiətin 
məhz nəyi tamamladığını, nəyi qidalandırdığını, öz 
«mən»inin haradan gəlib, hara getdiyini görmür.
Nəhayət, sonuncu təhlükə: insan ikiüzlülüyə, yəni ri-
yakarlığa, nankorluğa meyllənir, çünki hər kəsi həqiqət ol-
mayan bir şeyə inandırmağa çalışır.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin