- 167 -
bir ürəyə də bu ağırlığı verməyə qıymırsan. Onu səndən tam
alacaq birini yox, onun ağırlığını səninlə bölüşə biləcək
birini axtarırsan.
Elə bil nə isə demək istəyirsən, amma demirsən, … de-
yə bilmirsən. Səni anladacaq, səni təsvir edəcək, sənin bütün
varlığını əks etdirəcək bir söz. Bütün ümidin bu sözədir. Gah
hələ vaxtının çatmadığını, gah da artıq çox gec olduğunu
düşünürsən. Onu eşidəcək qulaq, duyacaq ürək olmayıb daşa
çırpılmağındansa, öz içini parçalamasını üstün tutursan.
Elə bil nə isə demək istəyirsən, amma demirsən, …
deyə bilmirsən.
Dostları ilə paylaş: